fal

is. divination f ; bonne avanture f, prédiction f de l’avenir ; cabale f ; ələ baxıb ~ açma chiromancie f ; kart ilə ~ açma cartomancie f ; ~a baxmaq interroger l’avenir ; dire la bonne aventure ; kart ilə ~ açmaq tirer les cartes

faqot
falçı
OBASTAN VİKİ
Fal
Fal — gələcəklə bağlı məlumat əldə etmək məqsədilə fövqəltəbii qüvvələrlə təmas qurmağı nəzərdə tutan ritual; Sehrin fərqli növü; Gələcək həqiqətləri və ya sadəcə bilinməyən faktları öyrənməyə imkan verən və bir çox millətlərin mədəniyyətlərində mövcud olan okkultik metodları və ritualları özündə birləşdirir. Türk xalqlarında falın yaranmasının tarixi çox qədimlərə gedir. Şərqi Türküstanda tapılmış VIII əsrə aid edilən “Irq bitik” faldan bəhs edən ən mükəmməl əlyazma hesab olunur. Zərlə fala baxmanın prinsiplərinin verildiyi bu kitab ilk arifmomantika nümunəsi sayılır. Türk xalqlarında qədimdə nisbətən sadə, bəsit fala baxma üsullarından (məsələn, odla, oxla, heyvan içalatı ilə və s.) istifadə olunmuşdur. İslam dinində falçılıq müsbət qəbul olunmamış, hətta bu işlə məşğul olmaq kafirliyə bərabər tutulmuş, dua yazmaq, cadu etmək, paltarın üstündə dua-pitik gəzdirmək, gələcəkdən xəbər vermək Allahın işinə qarışmaq kimi qəbul olunmuş və belə adamların qırx gecəlik namazının qəbul olunmadığına inanılmışdır. Dünyasını dəyişmiş falçıları torpağın qəbul etməməsi haqqında rəvayətlər bu gün də xalq arasında dolaşmaqdadır. Bu mənfi münsibətlərə baxmayaraq, islam dini falçılığı məişətdən təcrid edə bilməmişdir. Qədimdə xalq məişətində çox güclü mövqeyi olan fal icra vasitələrinə görə aşağıdakı növlərə ayrılır: Piromantiya (odla fala baxma); Hidromantiya (su ilə fala baxma); Nekromantiya (ruhları çağırmaqla fala baxma); Ornitomantiya (quşların uçuşu ilə fala baxma); Xiromantiya (əl çizgilərinə görə fala baxma); Astrologiya (ulduzlarla fala baxma); Arifmomantiya (rəqəmlərlə fala baxma). Azərbaycanda “fala inanma, faldan da qalma” məsəli əslində falçılığın Azərbaycan məişətində nə qədər geniş yayıldığının bir göstəricisidir.
Crepis fallax
Crocodylus falconensis
Crocodylus falconensis — əsl timsahlar sinfinin nəsli kəsilmiş nümayəndəsi. Erkən pliosendə Venesuela ərazisində yayılmışdır. Neotropikdə elmə məlum olan timsahlar arasında bazal növ olduğuna inanılır. Kəllənin uzunluğu 59 sm-dir, sifəti nisbətən əzələli və geniş forması baxımından itiburunlu timsahdan fərqlənir. Göz yuvaları burun dəliklərindən daha böyükdür. Başın ölçüləri heyvanın ümumi uzunluğunu təxminən 4–4.5 m olduğunu deməyə əsas verir. Bədən çəkisi təxminən 300–400 kq olaraq qiymətləndirilir.
Demetrius (Falerli)
Falerli Demetrius (yun. Δημήτριος Φαληρεύς, lat. Demetrios Phalereus, m. ö. 350 – 283) qədim yunan filosofu, peripatetik məktəbin nümayəndəsi, Teofrastusun tələbəsi. Demetrius həm də siyasi xadim kimi tanınmış, bir zaman Afina hökmdarı olmuşdur. Ancaq sonra o, təqiblərə məruz qalmış və Misirə qaçmalı olmuşdur. Demetrius tarix, siyasət, bəlağət və başqa sahələrdə çoxlu əsər yazmışdır, ancaq onların çoxu zamanımıza gəlib çatmamışdır. Onun bəzi əxlaqa aid fikirlərini Diogenes Laertius qələmə almışdır. O deyirdi ki, gənclər evdə öz ata-anasının, küçədə yoldan keçənlərin, təklikdə isə özlərinin qarşısında abırlarını saxlamalıdırlar.
Dendrobium falconeri
Dendrobium falconeri (lat. Dendrobium falconeri) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin dendrobium cinsinə aid bitki növü. Callista falconeri (Hook.) Kuntze Dendrobium erythroglossum Hayata Dendrobium falconeri var. albidulum B.S.Williams Dendrobium falconeri albidulum (Rchb.f.) Dendrobium falconeri var. giganteum B.S.Williams Dendrobium falconeri var. robustum Rchb.f. Dendrobium falconeri var.
Doqmit (Fallout)
Doqmit (ing. Dogmeat) və ya it — postapokaliptik mövzulu rol videooyunlarından ibarət "Fallout" seriyasında it qeyri-oyunçu personaj (NPC). Doqmit ilk dəfə orijinal "Fallout" (1997) videooyununda oyun personaj üçün qeyri-məcburi bir yoldaş kimi təqdim edilmiş, daha sonradan oyunun sikveli olan "Fallout 2" (1998) və başqa videooyunlarda kameo etmişdir. Doqmitin eyni rolu canlandıran başqa versiyaları "Fallout 3" (2008) və "Fallout 4" (2015) videooyunlarından mövcuddur. Personajın bütün inkarnasiyaları müsbət reaksiyaya səbəb olmuş və seriyanın ən yaddan qalan hissələrindən biri olaraq qəbul edilmiş, eləcə də videooyun sahəsindəki ən populyar saydkiklərdən biri hesab edilmişdir. "Black Isle Studios"un istehsal etdiyi və "Interplay Entertainment" tərəfindən yayımlanan orijinal "Fallout" videooyununda "Sığınacaq sakini" adlanan oyunçu personaj Doqmit ilə ilk dəfə Canktaun adlı bir şəhərdə qarşılaşır. Doqmitin keçmiş sahibi yerli qanqster Gizmo tərəfindən işə alınan cinayətkarlar tərəfindən öldürülən, Maks Rolatanskiyə yaxından bənzəyən adsız bir şəxs idi. Oyunçu personaj Doqmit bəsləyirsə və ya dəri gödəkçə geyinərsə, Doqmit onun dalına düşəcək və yanında döyüşəcək. Seriyanın kanonuna görə, Doqmit 30 dekabr 2161-ci il tarixində sığınacaq sakini tərəfindən öz öhlədiyinə götürülür və 20 aprel 2162-ci il tarixində onun Ustadın hərbi bazasına hücumu zamanı güc bariyeri tərəfindən öldürülür. Personaj "Fallout" üçün hazırlanan bir filmdə görünməli idi, lakin layihə sonradan ləğv edilmişdir.
Drosera falconeri
Drosera falconeri (lat. Drosera falconeri) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin şehçiçəyikimilər fəsiləsinin şehçiçəyi cinsinə aid bitki növü.
Falafel
Falafel və ya Fəlafel (ərəb. فلافل‎) — dərin qızardılmış noxud və ya paxla, və ya hər ikisindən top və ya börək şəklində hazırlanır.
Falanqa
Falanqa — yun. φάλαγγα - "barmaq". Digər mənalarda da işlənir: Falanqa (hərb) — Qədim Makedoniya, Yunanıstan və bir sıra digər dövlətlərdə piyada qoşunlarının döyüş düzülüşü. İspan Falanqası — İspaniya faşist partiyasına verilən ad. Falanqa (zoologiya) — Hörümçəkkimilər sinfindən olan həşərat.
Falanqa (hərb)
Falanqa (yun. φάλαγξ) — qədim yunan ağır piyadalarının (hoplitlərin) döyüş üçün nizələrini qabağa uzadıb bir neçə sıraya düzülüşü. Adətən, 8–16 cərgədən ibarət olurdu. Makedoniya ordusu da belə quruluşa malik idi. Tarixdə ilk məlum falanqa quruluşu, hərəsində 800–1000 hoplit olan 8–16(bəzən 25)cərgədən ibarət idi. Cəbhədən 500 metr idi. E.ə 400-cü ildə, kolxidalılarla döyüşdə, yunan sərkərdəsi Ksenofont falanqanı, müstəqil hərəkətə edə bilən, ayrı-ayrı dəstələrə — lohlara, ayırdı. Makedon falanqası Makedoniyalı II Filipp tərəfindən ilk dəfə təşkil olunan doyüş düzülüşü, başqa yunan falanqalarından fərqli olaraq burada hoplitlər uzun nizələrlə sarissalarla silahlanmışdılar. E.ə IV-cü əsrin ikinci yarısından, Makedoniyalı II Filipp falanqanı öndən peltastlarla, cinahlardan isə süvarilərlə qorunmasını tətbiq etdi. Məşhur Böyük makedon falanqasında 16384 hoplit, 8192 peltast və 4096 katafraktari var idi.
Falaris
Falaris (q.yun. Φάλαρις; e. ə. VII əsr – e. ə. VI əsr) — e.ə. VI əsrin birinci yarısında Aqrigentin tiranı, Leodamın oğlu. O, qəddarlığı ilə tanınmışdır. Əfsanəyə görə, o, nifrət etdiyi insanları mis öküzə salaraq yandırmış, körpələri yemiş, əsir götürdüyü leontinililəri Etnaya atmağı əmr etmişdir. Onun adı 148 məktubdan məlumdur.
Falaris öküzü
Falaris öküzü, həmçinin mis öküz və ya Siciliya öküzü — e.ə. VI əsrin ikinci yarısında Aqrigent tiranı Falaris tərəfindən istifadə edilən qədim edam aləti. Öküzün yaradıcısı afinalı misgər Perilay hesab edilir. O, Falarisin göstərişi ilə mis öküzün ilk qurbanı olmuşdur. Falarisin özü, Pindar və Diodorun nəql etdiyi əfsanəyə görə, üsyan nəticəsində devrildikdən sonra, bənzər bir mis öküzdə yandırılaraq edam edilmişdir. Политические отношения и государственные формы в античном мире. Сборник научных статей. Под редакцией проф. Э. Д. Фролова. СПб., 2002.
Falco
Qızılquş (lat. Falco) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinə aid heyvan cinsi.
Falco aesalon
Ördəktutan qızılquş və ya sərçəçalan (lat. Falco columbarius) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinin qızılquş cinsinə aid heyvan növü. Bioloji xüsusiyyətlərini tam əks etdirmədiyini və ölçücə kiçik olan bu quşun təbiətdə ördək ovlanması faktının yanlış olduğunu əsas götürərək, sərçəkimilərə aid kiçik quşlarla qidalanan bu qızlıquş növünün adı Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutu tərəfindən 2019-cu ildə sərçəçalan kimi dəyişdirilib. Qızılquşlar fəsiləsinin kiçik nümayəndələrindən biridir. Qanadları qısadır. Üst tərəfi və başı tünd-göy, alt tərəfi isə cizgili ağımtıl-kürəndir. Quyruğu köndələn zolaqlıdır. Dişisinin bel tərəfi qonurdur. Avropa, Asiya və Şimali Amerikada yayılıb. Qışlamaq üçün Afrikaya köçür.
Falco albicilla
Ağquyruq dəniz qartalı (lat. Haliaeetus albicilla) — Haliaeetus cinsinə aid quş növü. Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilmişdir. Berkut qartal boyda iridir. Ümumi rəngi qonur, qarın tərəfi nisbətən açıq rənglidir. Quyruğu qısa və təmiz ağdır. Dimdiyi sarıdır. Yayılması: Avropada və Asiyada yayılıb. Azərbaycanın Xəzəryanı və Kür-Araz sahələrində məskunlaşıb. Oturaq yaşayır, qışda biotopunu dəyişməklə kifayətlənir.
Falco alopex
Tülkü qızılquş (lat. Falco alopex) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinin qızılquş cinsinə aid heyvan növü. Bu, uzun ensiz qanad və quyruğa malik böyük müşgüldür. Uzunluğu 32-38 sm, açılan vəziyyətdə qanadlarının uzunluğu 76-88 sm, kütləsi 250-300 qram arasında dəyişir. Dişiləri erkəklərindən 3% böyük olur.
Falco amurensis
Amur qızılquşu (lat. Falco amurensis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinin qızılquş cinsinə aid heyvan növü.
Falco araea
Falco ardosiaceus
Boz müşgül (lat. Falco ardosiaceus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinin qızılquş cinsinə aid heyvan növü.
Falco atriceps
Şahin (lat. Falco pelegrinoides) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinin qızılquş cinsinə aid heyvan növü.
Falco berigora
Qonur qızılquş (lat. Falco berigora) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinin qızılquş cinsinə aid heyvan növü.
Falco biarmicus
Bığlı qızılquş (lat. Falco biarmicus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinin qızılquş cinsinə aid heyvan növü. Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilmişdir. Göyərçindən iridir. Başının üstü kürəndir. “Bığları” zəifdir. Bel tərəfi qonur, qarın tərəfi isə ağımtıldır və üzərində naxışlar uzanır. Quyruğu tünd bənövşəyi rənglidir və köndələn qonur zolaqlar var. Afrikada, Aralıq dənizi ətrafında, Kiçik Asiyada, İraqda və Cənubi Qafqazda yayılıb. Azərbaycanda Qobustanda və Naxçıvan MR-də Şahbuz rayonu Dərəboğaz və Qızılqışlaq qayalığında nəsil verməsi göstərilib.
Falco cenchroides
Ağsaqqal qızılquş (lat. Falco cenchroides) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinin qızılquş cinsinə aid heyvan növü.
Falco cherrug
Ütəlgi qızılquş (lat. Falco cherrug) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinin qızılquş cinsinə aid heyvan növü. Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilmişdir. Qarğadan az iridir (0,8-1,1 kq). Bel tərəfi paslı-qonur, qarın tərəfi isə ağdır, amma üzərində damcı formalı naxışlar uzanır. Quyruğu uzundur, tünd qəhvəyi və sarı rəngli köndələn zalaqları var. Ayağı sarıdır. Avropada və Asiyada yayılıb, qışlamaq üçün Şimali Afrikaya qədər miqrasiya edir. Azərbaycana qışlamaq üçün gəlir və miqrasiya edən bəzi populyasiyası buradan keçir (oktyabrda və martda). Seyrək ağac və qaya olan açıq sahələrdə yaşayır.
Falco chicquera
Qızılı boyunlu qızılquş (lat. Falco chicquera) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinin qızılquş cinsinə aid heyvan növü.

Значение слова в других словарях