FAO

BMT-nin ərzaq və Kənd təsərrüfatı təşkilatı.
Fandinq
Fasiləsiz Hərrac
OBASTAN VİKİ
FAO
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (LATI /FAO/) (ing. Food and Agricultural Organization of the United Nations, FAO) — vəzifəsi əhalinin kənd təsərrüfatı məhsulları ilə təminatını yaxşılaşdırmaq məqsədilə fərdi və kollektiv fəaliyyətlər aparmaq və həmçinin kənd təsərrüfatının inkişafı məsələləri üzrə hökumətlərarası təşkilatların işlərini əlaqələndirmək üçün BMT-nin ixtisaslaşdırılmış təşkilatı. 1945-ci ildə yaradılmışdır. Əsas vəzifələrindən biri – kənd təsərrüfatı istehsalı, meşə və balıq təsərrüfatında inkişaf etməkdə olan ölkələrə kömək göstərməkdir. Inkişaf etmiş kapitalist ölkələrdən ərzağın birbaşa digər ölkələrə çatdırılması, kənd təsərrüfatında elmi araşdırmaların və işlərin həyata keçirilməsi və təşkilinə köməklik daxil olmaqla, FAO yardımı maddi və qeyri-maddi xarakter daşıyır. FAO milli və beynəlxalq miqyaslı tədbirlərdə iştirak edir. FAO umumdünya torpaq xəritəsini tərtib etmiş, dünya səhralaşma xəritəsinin hazırlanmasında iştirak etmişdir. Hal-hazırda FAO səhralaşma problemi ilə əlaqəli 50-yə yaxın layihə həyata keçirir. Onlar arasında "Səhralaşmanın qiymətləndirilməsi və xəritələşdirilməsi", "Quraq və yarımquraq otlaq yerlərinin ekoloji idarə edilməsi" və s. var.
Fao yarımadası
Fao (ərəb. شبه جزيرة الفاو‎) — Fars körfəzində, İraqın cənub-şərqində yerləşən yerləşir. Burada İraqın mühüm neft obyektləri qərarlaşır. Burada iki neft terminalı vardır:Hor əl-Əməyyə və Mina əl-Bakr. Yarımadada yerləşən yeganə əhəmiyyətli şəhər Umm-Kasrdır. Şəhərdə ABŞ hücumuna qədər mühüm hərbi baza yerləşirdi. İran-İraq müharibəsi (1980—1988) zamanı yarımada strateji əhəmiyyətinə görə dəfələrlə iki ölkə arasında toqquşma yeri olmuşdur. 1986-cı ildə İran ordusu İraqın zəif müdafiəsindən istifadə edərək yarımadanın cənub hissəsini işğal edə bilmişdilər. Ancaq Umm-Kasrı ələ keçirmək mümkün olmamışdır. 11 fevral 1986-ci ildə İran tərəfi müharibə tarixində ən böyük zəfərlərini əldə edərək yarımadanı ələ keçirə bilirlər.

Digər lüğətlərdə