FASİQLƏR
fiqhə görə davamlı olaraq günah işləyən insandır. Quranın bir-neçə yerində (49: 6, 49: 11) fasiqlər haqqında məlumat verilmişdir. Fasiqlər Allahı və dini inkar etmir. Sadəcə dinin buyruqlarını yerinə yetirmirlər. Onlar dindən çıxmasalar da, günahkar müsəlman olaraq qalırlar. Ancaq ənənəvi olaraq fasiqlərin məhkəmələrdə şahidlik etmələrinə yol verilmir. İslam məzhəblərdə böyük günahlar törətmiş insanlarla əlaqəli müxtəlif hökmlər vardır.
Məsələn, xaricilərə görə onlar dinsiz sayılır və cəhənnəmə atılacaqlar. Mütəzililər isə fasiqləri nə müsəlman, nə də dinsiz hesab edirlər. Onlara görə günahkarlar bu dünyada şübhə içində qalmaqdadırlar. Onlar etdiklərindən tövbə etsələr Allah onları bağışlayacaqdır.
Bunu etməsələr cəhənnəmə atılacaqlar, ancaq əzablarının ağırlığı kafirlərdən yüngül olacaqdır. Bu yanaşma mütəzili inancının ən başlıca prinsiplərindən biri olmuşdur.