Fatal Nation
Fatal Nation qrupunun rəsmi olaraq yaranma tarixini 3 iyun 1999-cu il hesab etmək olar. O zamanlar qrupun hal-hazırkı zərbçisi Ramin Sadıqov və gitaraçı Elxan Alşin uzun müddət başqa kollektivlərdə çıxışlarından sonra güclərini birləşdirmək, bu zamana kimi bakılı qrupların heç birinin ifa etmədikləri bir tərzdə çıxış etmək qərarına gəldilər.
Baxmayaraq ki, Elxan və Ramin 1996-cı ildən tanış idilər, onlar fərqli qruplarda çıxış edirdilər. 1997-ci ildə Elxan tərəfindən Pantera, Sepultura və Тool tərzlərində çıxış edən (trash, death və psixodeliyanın qarışığndan yaradılmış cəhənnəm musiqisi), ancaq daimi bass-gitaraçısı və vokalçısı olmayan bir qrup yaradıldı. Həmin zamanlarda qrupun zəbçisi sonradan Unformal qrupunda çıxış edən Yevgeni Manuxin idi, Ramin isə o zamanlar Heavengate-də thrash-metal proyekti ilə paralel olaraq, Trap qrupunda Aleksandr Qonçarov ilə birlikdə heavy-metal proyektində iştirak edirdi, bundan əlavə də Elxana qrupda (artıq Fatal Nation adlanırdı) köməklik göstərirdi. Bir müddət sonra Fatal Nation-la Yevgeni Manuxin, digər tərəfdən də Elxanla Natiq Məmmədov (sonradan Fatal Nation-un daimi bass-gitaraçısı) arasında yaradıcı mübahisə baş verdi və artıq A.Qonçarovla (Trap) və Heavengate qrupundan ayrılmış Ramin Sadıqov Fatal Nation ilə daha ağır, aqressiv və çətin musiqi yaratması barəsində Elxanın onunla birlikdə işləmək təklifini qəbul edir.
Artıq 1999-cu ilin payızında həmin dövr üçün yekun sayılan heyət formalaşır – Alşin Elxan (gitara), Məmmədov Natiq (bass-gitara), Sadıqov Ramin (zərb) və əvvəllər qrupa ingilis dilində tekstlərin yazılmasında yardımçı olan və eyni zamanda Amalgama qrupunda çıxış edən vokalçı Toğrul Manafov. Bu heyətlə 2000-ci ilin qışında qrup özünün ilk ilində ANS Records-da ilk əməklərinin bəhrəsini yazmağa yönəlirlər. "The Nail – Symbol of a New Revolution" adlı albom hazırlanır, hansı ki, ölkədə rok musiqisinin ağır vəziyyətinə görə sonradan heç işıq üzü belə görə bilmir.
2001-ci ildə qrupu Toğrul Manafov (vokal) tərk edir, ancaq bu qrupda ruh düşkünlüyü yaratmır, yeni metal zirvələrini fəth etmək arzusuna olan qrupa yeni vokalçı Timur və sonradan ikinci gitaraçı Aleksandr Kastryulni (sonradan Tula qrupları olan I'N'F və Shatter-də çıxış edən) ilə yoluna davam edən Fatal Nation "The Banner of Madness" və "Analysis" kompazisiyalarının demo versiyasını yazaraq Moskvaya – Sergey Troiçkinin (Korroziya Metala) rəhbərlik etdiyi Ağır Rok Korperasiyasına (ARK) göndərirlər və ARK-ın təklifi ilə 2001-ci ilin aprelində Moskvaya gələn qrup bir müddət sonra yenə də maliyyə problemləri səbəbindən Bakıya qayıtmalı olur.