Faydalılıq
Faydalılıq (ing. utility) — bu və ya digər məhsul və ya xidmətdən istifadə zamanı və ya hər hansı bir fəaliyyət növünün həyata keçirilməsi nəticəsinə fərdlərin (individual şəxslərin) əldə etdiyi məmnuniyyətin ölçü dərəcəsidir.
== Mahiyyəti ==
Faydalılığın ödənilməsi səviyyəsi istehlak olunan maddi nemətlərin həcmi ilə birbaşa əlaqəlidir. Yəni, faydalılıq istehlak olunan əmtəə miqdarı ilə düz mütənasibdir, əmtəə və ya xidmətin miqdarı artıqca faydalılıq artar, azaldıqca azalar.
İstehlakçı tərəfindən istehlak olunan əmtəənin miqdarı ilə bundan əldə etdiyi faydalılıq arasındakı əlaqəni əks etdirən funkisiya Faydalılıq funksiyası adlanır:
u
=
u
(
x
i
)
{\displaystyle u=u(xi)}
Burada U - əldə edilmiş ümumi faydalılığı, xi - i əmtəəsinin istehlak edilmiş miqdarının faydalılıq funksiyasını əks etdirir.
“Faydalılıq” (utility) anlayışı iqtisadiyyat elminə ingilis filosofu Ceremi Bentam (1748–1832) tərəfindən daxil edilib. Bu gün bazar iqtisadiyyatı haqqında bütün elm demək olar ki, iki əsas nəzəriyyəyə söykənir: faydalılıq və dəyər. Faydalılıq kateqoriyası vasitəsi ilə tələb qanunun təsiri ilə izah olunur, yəni nəyə görə məhsulun qiymətinin qalxması nəticəsində tələb həcmi azalır və əksinə.
Qeyd etmək lazımdır ki, faydalılıq subyektiv anlayışdır. Bir insan üçün faydalı və xoş ola biləcək əşya digərinə faydasız ola və xoş gəlməyə bilər.