Femen
FEMEN (Ukraynca: Фемен) 2008-ci ildə Anna Qutsol tərəfindən təsis edilib. Anna Hutsol qrupu təsis etdikdən sonra, Femen təşkilatını yaratmasının səbəbini onların ölkələrində fəal qadınların olmaması və kişi yönümlü Ukrayna cəmiyyətinə olan reaksiyası ilə izah edir. Qrupun beynəlxalq nikah agentlikləri, gender ayrı-seçkiliyi və digər beynəlxalq və milli sosial problemlərlə bağlı keçirmiş olduğu etiraz aksiyaları mövcuddur. Qrup dünyada xüsusilə seks turizminə qarşı həyata keçirmiş olduğu yarıçılpaq nümayişləri ilə tanınır.
Qrupun məqsədi Ukraynada yaşayan qadınların mədəni və mənəvi dəyərlərini, eləcə də onların liderliyini inkişaf etdirməkdir. Bununla da Ukrayna dünya miqyasında həm imicini yaxşılaşdırmış, həm də öz şəhərinin qadınlarına yeni və daha yaxşı imkanlar vermişdir.
8 Mart Beynəlxalq Qadınlar Günündə İstanbula etiraz aksiyası keçirməyə gələn FEMEN üzvləri keçirmiş olduqları etiraz aksiyasından sonra saxlanılaraq deportasiya edilmişdirlər.
Anna Qutsol - lider, təşkilatçı;
Aleksandra Şevçenko - lider, Femenin “üz və bədəni”;
İnna Şevçenko. 2012-ci ilin dekabrında o, Fransanın “Le Figaro” qəzetinə görə “İlin TOP 20 qadını”na daxil olub;
Oksana Şaçko (2018-ci ildə intihar edib).
Olqa Sergeyevna Deda (1948) - qadınlar üçün pensiya yaşının artırılmasına qarşı "Çətin yaş" mono-məclisi keçirib.