FAYTON-UNİVERSAL
FENETİKA
OBASTAN VİKİ
Ay Fen
Ay Fen (çin. 艾芬; 1974) — Çində Uhan Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinin müdiri. O, dünyada koronavirus epidemiyasının başlandığını elan edən ilk həkim olmuşdur. Çində nəşr edilən "People" jurnalı tərəfindən yayımlanan bir məqalədə ona "The whistle-giver" (发哨子的人) adı verilmişdi(发 哨子 的 人) (ilk həyəcan təbilini çalan). Məqalə Çin senzurası tərəfindən dərhal məhv edilmişdi. Lakin senzuranı keçmək üçün Çin internetində emoji, Morze əlifbası ilə tərcümə edilmiş repostlar şəklində saxlanılmışdır. Ay Fen Tonzi Tibb Kollecini (indi Xuaçjun Elm və Texnologiya Universitetinin bir hissəsi) bitirib və Uhan Mərkəzi Xəstəxanasının ürək-damar xəstəlikləri şöbəsində çalışıb. 2010-cu ildən o, xəstəxananın təcili yardım şöbəsinə rəhbərlik etmişdir. Ay Fen 2019-cu il dekabrın 18-də ilk dəfə koronavirusa yoluxmuş xəstə ilə üzləşib. Belə ki, həmin gün Uhan Mərkəzi Xəstəxanasına indiyə qədər müşahidə olunmayan qəribə tənəffüs yolu iltihabı ilə 65 yaşlı bir kişi müraciət edib.
Sverre Fen
Sverre Fen (14 avqust 1924[…], Konqsberq[d], Buskerud[d] – 23 fevral 2009[…], Oslo) — Norveç memarı. Sverre Fen Norveçin Buskerud bölgəsində yerləşən Konqsberq şəhərində anadan olub. İkinci dünya müharibəsindən sonra Osloda aldığı memarlıq təhsilindən sonra Norveçin əsas memarlarından birinə çevrilmişdir. 1952-1953-cü illərdə Mərakeşdə olduğu zamanlarda bu ölkənin memarlığını öyrəndi.Bu dövrlərdəki memarlıq kəşfləri həyatının qalan hissəsində vacib rol oynamışdır. Daha sonra 2 il Parisdə yaşayan Sverre Fen Jan Pruvun ofisində işlədi. Bu zaman Le Kurbuse ilə tanış oldu. 1954-cü ildə Norveçə qayıdan memar bu zamandan etibarən ofisini açıb layihələrini hazırlamağa başlamışdır. 34 yaşında ikən 1958-ci ildə Brüsseldə keçirilən Ekspo sərgisində məşhurlaşdı. Onun 60-cı illərdəki ən məşhur işi Norveçin Hamar şəhərində yerləşən Hedmarks Muzeyi (1967-1979) idi. Digər maraqlı və məşhur işləri arasında Oslo şəhərindəki Şreyner Evi (1963) və Bambl şəhərində yerləşən Bask Evi (1990) də yer alır.
Corc Fen
Corc Fen (ing. George Fan; d. 1978) — ABŞ videooyun dizayneri. O, hazırda "All Yes Good" indie oyun studiyasının yaradıcı direktoru kimi çalışır. Fen "Insaniquarium" (2001), "Plants vs. Zombies" (2009; eyniadlı videooyun franşizasının əsasını qoydu), "Octogeddon" (2018) və "Hardhat Wombat" (2023) oyunlarının dizayneri olmuşdur. O, oyun dizaynerliyinə başlamazdan öncə təhsil aldığı Berkli Kaliforniya Universitetini 2000-ci ildə informatika elmi dərəcəsi ilə bitirmişdir. Məzun olandan sonra karyerasına "Arcade Planet"-in veb-saytı olan "Prizegames.com" üçün oyunlar hazırlamaqla başlamışdır. Nəhayət "Flying Bear Entertainment"-i təsis etmiş və Müstəqil Oyunlar Festivalında(en) finalçı olmuş "Insaniquarium" oyununu yaratmışdır. Daha sonra "Blizzard Entertainment"-də işləməyə başlamışdır.
Daphnidostaphylis fendleri
Adi ayıqulağı (lat. Arctostaphylos uva-ursi) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin erikakimilər fəsiləsinin ayıqulağı cinsinə aid bitki növü. Şimali Amerika və Avrasiyanın şimalında geniş yayılmışdır. Seyrək quru şam və enliyarpaqlı meşələrdə, talalarda, sahilkənarı qumsallıqda, daş qırıntıları səpələnmiş yerlərdə bitir. Açıq və günəşin işıqlandırdığı yerləri xoşlayır və digər bitkilərə rəqib deyildir. Arbutus acerba Gilib. Arbutus buxifolia Stokes Arbutus officinalis Boiss. Arbutus procumbens Salisb. Arbutus uva-ursi L. Arctostaphylos adenotricha (Fernald & J.F.Macbr.) Á.Löve, D.Löve & B.M.Kapoor Arctostaphylos angustifolia Payot Arctostaphylos officinalis Wimm. & Grab.
Daphnidostaphylis fendleriana
Adi ayıqulağı (lat. Arctostaphylos uva-ursi) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin erikakimilər fəsiləsinin ayıqulağı cinsinə aid bitki növü. Şimali Amerika və Avrasiyanın şimalında geniş yayılmışdır. Seyrək quru şam və enliyarpaqlı meşələrdə, talalarda, sahilkənarı qumsallıqda, daş qırıntıları səpələnmiş yerlərdə bitir. Açıq və günəşin işıqlandırdığı yerləri xoşlayır və digər bitkilərə rəqib deyildir. Arbutus acerba Gilib. Arbutus buxifolia Stokes Arbutus officinalis Boiss. Arbutus procumbens Salisb. Arbutus uva-ursi L. Arctostaphylos adenotricha (Fernald & J.F.Macbr.) Á.Löve, D.Löve & B.M.Kapoor Arctostaphylos angustifolia Payot Arctostaphylos officinalis Wimm. & Grab.
Eduard Fenzl
Eduard Fenzl (ing. Eduard Fenzl; 1808–1879) Avstriya botaniki.
Euphorbia fendleri
Euphorbia fendleri (lat. Euphorbia fendleri) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin südləyən cinsinə aid bitki növü.
Fenakistiskop
Fenakistiskop (ing. Phenakistoscope) — İlk animasiya aləti. Fenakistiskop eyni bir hərəkətin təkrar olunması əsasında yaranan sürətli hərəkət verici cihaz olmuşdur. Kino sənətinin ilkin pilləsi hesab olunan fenakistiskop 1831-ci ildə Belçikalı alim Yozef Plateyu və Avstriyalı Simon von Stamfer tərəfindən kəşf edilmişdir. Fenakistiskop yunan dilindən göz aldatmaq mənasını verir. Cihaza bu adı Yozef Plateyu vermişdir. Sirklərdə və əyləncə məkanlarında böyük marağa səbəb olan alət, uzun illər Avropada öz məşhurluğunu qorumuşdur. Fenakistiskopun iş mexanizmi eyni bir təsvirin dairəvi şəkildə 10 dəfə çəkmək və onları qatlamaqdan ibarət idi. Bununla eyni təsvirlər bir - birinin arxasınca dəyişir və mexaniki hərəkət yaranırdı.
Fenakit
Fenakit — mineral, Be2[SiO4]. Fenakit - Triqonal. Kristalları: romboedrik, bəzən prizmatik. İkiləşmə {100} üzrə. Ayrılma {110} üzrə qeyri-mükəmməl. Aqreqat: druzlar, şüaşəkilli, dənəvər. Rəngsiz, sarı və b. Parıltısı şüşəli. Sərtliyi 7,5. Xüsusi çəkisi 3.
Fenantren
Fenantren - kimyəvi formulu - C14H10. Fenantren, antrasenin izomeri olub, onunla bərabər daş kömür qətranının antrasen yağı fraksiyasında rast gəlinir. Fenantren efirdə və benzolda yaxşı, spirtdə çətin həll olur. Bundan istifadə edərək onu antrasendən ayıırlar. Daş kömür qətranında fenantrenin miqdarı antrasendən daha artıq olmasına baxmayaraq hələ indiyə qədər ondan boyaq və başqa faydalı maddələr almaq mümkün olmamışdır. Fenantrenin öyrənilməsi nəzəri cəhətdən maraqlıdır, çünki fenantren nüvəsi morfin, kodein kimi bəzi təbii alkaloidlərin və başqa təbii birləşmələrin tərkibində vardır. Fenantreni 650-8000C temperaturda asetilendən və ya ortoditolil, dibenzil, stibel kimi bəzi benzol törəmələri buxarlarından (yüksək temperaturda qızarmış boru içərisində buraxmaqla) sintez edirlər. Fenantren və onun törəmələrini almaq üçün əhəmiyyətli sintez üsulunu Pşorr təklif etmişdir. Bu üsulla, əvvəlcə ortonitrobenzo aldehidini fenilsirkə turşusunu kondensləşdirib α-fenil-ortonitrodarçın turşusunu onu reduksiya etməklə α-fenil-ortonitrodarçın turşusun, ondan diazolaşma yolu ilə müvafiq diazobirləşməni sonra diazolbirləşməni mis tozunu iştirakı ilə parçalamaqla fenantrenkarbon turşusunu alırlar. Fenantrenkarbon turşusunu qızdırdıqda ondan karbon qazı ayrılır və fenantren əmələ gəlir.
Fenantren və onun törəmələri
Fenantren - kimyəvi formulu - C14H10. Fenantren, antrasenin izomeri olub, onunla bərabər daş kömür qətranının antrasen yağı fraksiyasında rast gəlinir. Fenantren efirdə və benzolda yaxşı, spirtdə çətin həll olur. Bundan istifadə edərək onu antrasendən ayıırlar. Daş kömür qətranında fenantrenin miqdarı antrasendən daha artıq olmasına baxmayaraq hələ indiyə qədər ondan boyaq və başqa faydalı maddələr almaq mümkün olmamışdır. Fenantrenin öyrənilməsi nəzəri cəhətdən maraqlıdır, çünki fenantren nüvəsi morfin, kodein kimi bəzi təbii alkaloidlərin və başqa təbii birləşmələrin tərkibində vardır. Fenantreni 650-8000C temperaturda asetilendən və ya ortoditolil, dibenzil, stibel kimi bəzi benzol törəmələri buxarlarından (yüksək temperaturda qızarmış boru içərisində buraxmaqla) sintez edirlər. Fenantren və onun törəmələrini almaq üçün əhəmiyyətli sintez üsulunu Pşorr təklif etmişdir. Bu üsulla, əvvəlcə ortonitrobenzo aldehidini fenilsirkə turşusunu kondensləşdirib α-fenil-ortonitrodarçın turşusunu onu reduksiya etməklə α-fenil-ortonitrodarçın turşusun, ondan diazolaşma yolu ilə müvafiq diazobirləşməni sonra diazolbirləşməni mis tozunu iştirakı ilə parçalamaqla fenantrenkarbon turşusunu alırlar. Fenantrenkarbon turşusunu qızdırdıqda ondan karbon qazı ayrılır və fenantren əmələ gəlir.
Fender
Fender — ABŞ-də yerləşən və dünya miqyasında çox məşhur bir gitara istehsalçısı şirkətdir. Əsası 1946-cı ildə Leo Fender tərəfindən qoyulmuşdur. 1950-ci ildə bir maqnitli Fender Esquire adlı elektrik gitaranı istehsal edən firma 1951-ci ildə həmin gitaranı modifikasiya edərək iki maqnitli Fender Broadcaster ilə əvəz edirlər. Sonradan bu gitaranın adı Telecaster olaraq dəyişdirilmişdi və bu gün həmin gitara peşəkar musiqiçilər arasında ən məşhur gitaralardan biridir. Elə həmin il ilə Leo Fender tarixdə ilk Fender Precision Bass bas-gitarasını ixtira edir və 1952-ci ildən bu gitaranın istehsalına başlanır. Bu gitara hal-hazırda bir çox musiqiçilər və istehsalçılar üçün bas-gitaranın etalonu hesab olunur. 1954-cü ildə Fender öz əfsanəvi Stratocaster gitarasını istehsal edir və bu gitara musiqi dünyasında bir növ inqilab edir. Bu gitaranın forması bir müddət gitara istehsalının tendensiyalarının gedişatını da müəyyən edir. Sonrakı illər Stratocaster'in modifikasiya olunmuş bir neçə modeli hazırlanır və əksəriyyəti indi də istehsal edilir. 1958 — Fender Jazzmaster 1960 — Fender Jazz Bass 1961 — Fender Bass V 1961 — Fender Bass VI 1962 — Fender Jaguar 1964 — Fender Mustang 1965 — Fender Coronado 1987 — Fender Performer 1993 — Fender Prodigy 1995 — Fender Roscoe Beck Bass 2005 — Fender Jaguar Baritone 1987-ci ildə Fender şirkəti, Los-Ancelesdən 180 mil uzaqlıqda, Meksikanın Ensenade şəhərində bir fabrik açır.
Feneketlen gölü
Feneketlen gölü (mac. Feneketlen-tó) — Macarıstandakı süni göl. Budapeştin 11-ci rayonunda yerləşir. Uzunluğu 200 m, maksimal eni 40 m-dir. Sahilləri düzəldilmişdir. İnsanlar arasında məşhurdur. Azərbaycan dilinə tərcümədə gölün adı "dibsiz" deməkdir. Feneketlen gölü bir kərpic fabrikinin su basmış gil ocağıdır. O 1877-ci ildə meydana gəlmişdir. 20-ci əsrin əvvəllərində göl ətrafı ərazilər bir çöllük idi və burada heç bir fəaliyyət yox idi.
Fenerbahçe TV
«Fenerbahçe TV» — «Fənərbaxça İdman Klubu» təsisinin sahibləndiyi və qərargahı İstanbul şəhərində yerləşən Türkiyə idman telekanalı. Telekanal Türkiyə ərazisində yayımlanan ilk idman telekanalıdır. Telekanal 2003-cü ildən peyk, peyk şəbəkəsi xidmətləri və kabel xidməti ilə yayımlanmağa başlamışdır. Günlük yayımlanan proqramlara Live News, Futbolun Zirvesi (prezident Aziz Yıldırım ilə yayımlanan canlı proqram), 2F1B, Biz Bir Aileyiz (atletlərin ailə həyatları haqqında), Cafe Fener (gündəlik atletlərin yaşayışı haqqında), Eko Fener (gündəlik iqtisadi xəbərlər haqqında), Endüstriyel Spor ("sənaye" idmanı haqqında), Filede Fener (voleybol haqqında), Potada Fener (basketbol haqqında), Genç Kramponlar (gənc komandalar haqqında), Maç Kaç Kaç, Maça Doğru, Maç Başlıyor, Maçın Ardından, Maçın Öyküsü (bütün beş proqram həftəlik futbol oyunları haqqında), Nostalji Futbol (keçmiş vacib oyunlar haqqında), Yaşayan Efsaneler (yaşayan əfsanəvi idmançılar haqqında) və s. misal göstərmək olar. Televiziyanın canlı proqramına gündəlik xəbərlər, qadın basketbolu, kişi və qadın voleybolu, gənclərin futbolu, atletika, boks, avarçəkmə və yelkənli idman növlərində keçirilən yarışlar və yarış öncəsi xəbərlər daxildir.
Feniks
Finiks (ing. Phoenix) — ABŞ-nin Arizona ştatının paytaxtı və iri şəhəri. 2010-cu il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,445,632 nəfərdən ibarət idi.
Feniks (bürc)
Feniks (lat. Phoenix) — göyün cənub yarımkürəsində bürc.
Fenilalanin
Fenilalanin həyat üçün önəmli aminturşulardan biridir. Təbii halda məməlilərin südlərində mövcuddur. Süd və müxtəlif növ içki məhsulları istehsalında istifadə olunur. Antidepressiv təsiri vardır.
Fenilketonuriya
Fenilketonuriya — ağır irsi xəstəlik olub, əsasən sinir sisteminin zədələnməsi ilə müşahidə olunur. Autosom — resessiv yolla ötürülür İlk 1934-cü ildə Norveç həkimi və biokimyaçısı İ. A. Fellinq (İvar Asbjörn Fölling, 1888–1973) tərəfindən təsvir edilmişdir. Ağır irsi xəstləik olub əsasən, sinir sisteminin zədələnməsi ilə xarakterizə olunur. Fenilketonuriya, fenilalanin 4-hidrolaza fermentinin çatışmaması ilə bağlı yaranan bir xəstəlikdir. Xəstənin qanında fenilalaninin miqdarı yüksək olur. Onlarda sidik vasitəsilə fenil piroüzüm turşusunun ifrazı baş verir. Bütün bunların səbəbi orqanizmdə yalnız bir fermentin – fenilalanin 4-hidrolazanın çatışmaması durur. Fenilalanin 4-hidrolaza fermentini kodlaşdıran PAH geni 12-ci autosom xromosomun uzun çiyninin 23.2 lokusunda (12q 23.2) yerləşir. Xəstəlik autosom-resesiv tipdə irsən verilir. Müəyyən edilmişdir ki, xəstəliyin rastgəlmə tezliyi : · Çində-1:18000 · Yaponiyada-1:120000 · Finlandiyada-1:100000 · Koreyada-1:41000 · Türkiyədə-1:2600 · ABŞ-da-1:15000 · Norveçdə-1:13000 Eiologiya.
Fenilsirkə turşusu
Fenilsirkə turşusu (α- toluol turşusu)- kimyəvi formulu С6H5СH2COOH olan üzvü birləşmədir. Fenilsirkə turşusu – parıltılı iynələrə bənzər, bal iyli bir maddədir. Üzvü birləşmələrdə həmçinin dietil efirində və etil spirtində yaxşı həl olunur. Suda pis həl olunur 1,66 q/100 q (20 °C). Fenilsirkə turşusunun sintezinin əksəriyyəti benzil - hallogenlərdən əmələ gəlir. Fenilsirkə turşusu benzil nitrilin hidrolizi ilə sintez edilə bilər, öz növbəsində benzil bromidin natrium siyanidlə qarşılıqlı təsiri ilə əldə edə bilərik. Fenilsirkə turşusunun ikinci sintez üsulu - benzilxloridin maqniumlaqarşılıqla təsirindən və sonradan alınan Qrinyar reaktivının karbon turşusu ilə reaksiyası nəticəsində alınır PhCH2Cl + Mg → {\displaystyle \to } PhCH2MgCl PhCH2MgCl + CO2 → {\displaystyle \to } PhCH2COOMgCl PhCH2COOMgCl + H2O → {\displaystyle \to } PhCH2COOH + Mg(OH)Cl Fenilsirkə turşusu və efirləri ətir kompozisiyalarının və qida sirkəsinin hazırlanmasında istifadə olunur Fenilsirkə turşusu amfetaminin sintezində bir başlanğıc maddə kimi istifadə olunur. Dovşanlar üçün fenilsirkə turşusunun yarım öldürücü dozası 5 q / kq təşkil edir. Рабинович В. А., Хавин З. Я. Краткий химический справочник. — Л.: Химия, 1977.
Fenimor Kuper
Ceyms Fenimor Kuper (ing. James Fenimore Cooper; 15 sentyabr 1789 - 14 sentyabr 1851) — məşhur Amerika yazıçısı. Amerika romantizminin ilk görkəmli nümayəndələrindən biri olan Ceyms təkcə öz vətənində deyil, eləcə də dünyanın bir çox ölkələrində yaxşı tanınır. Macəra romanlarının və ovçu Natti (Nataniel) Bamponun sərgüzəştləri haqqında çoxsaylı əsərlərin müəllifidir. Həmin seriyadan olan "Sonuncu mogikan" əsəri onun yaradıcılığının zirvəsi hesab olunur. ...İstiqlaliyyət uğrunda gedən müharibədə xalq kütlələri böyük qəhrəmanlıq göstərmiş, onların sayəsində qazanılan qələbədən isə iri torpaq və sənaye sahibləri öz mənafeləri üçün istifadə etmişdilər. Amerika burjua inqilabı torpaq və quldurluq məsələlərini heç də mübarizəyə qoşulanların arzuladıqları kimi həll edə bilməmişdi. Azadlıq, bərabərlik və torpaq gözləyən sadə amerikalılar aldadılmışdılar. Amerika romantizmini yaradan səbəblərdən biri bu idi. Doğrudan da, Vaşinqton İrvinq və Fenimor Kuper kimi ilk romantiklərin əsərlərində kapitalist qayda-qanunlarının insafsızlığı və qəddarlığı, iri sənaye sahiblərinin, maliyyəçilərin, plantasiyaçıların xalqı soymağa can atmalarından narazı qalanların əfval-ruhiyyəsi əks olunurdu.
Fenitlər
Fenitlər — qələvi və ya qələvi-ultraəsasi süxur massivlərinin qranitli-qneys, arkozlu qumdaşları və başqa kvars-çöl şpatlı süxurlarla kontaktında fenitləşmə prosesi nəticəsində əmələ gələn ekzokontakt qələvi metasomatitlər. Fenitlər avtometamorfizm və kontakt metomorfizm proseslərini müşayiət edən, əsasən natrium metasomatizminin məhsulu olub, piroksen — çöl şpatı və ya qələvi amfibollu, apatitli və titanlı nefelin-piroksen (egirin) çöl şpatı süxurlarından ibarətdir. Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Fenixanthes
Adaçayı (lat. Salvia) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Sürvə çiçək qruplarında toplanan efir yağlarına görə becərilir. Onun çiçək qruplarında 0,11–0,3 % efir yağı vardır. Bu yağların tərkibinə linalilasetat (58–70 %), linalol (10–15 %) və başqa maddələr daxildir. Sürvə yağı və ondan hazırlanan məhsullar ətriyyat kosmetika sənayesində, qida və əczaçılıq sənayesində istifadə edilir. Sürvənin meyvələrində 31 %-ə qədər quruyan yağ vardır. İstehsal tullantılarından qiymətli ətir tənzimləyicisi – sklyarol alınır. Sürvə bitkisi gözəl bal verən bitkidir. Sürvə elə də çox qədimdən becərilən bitki deyildir.
Fenixanthes splendens
Salvia splendens (lat. Salvia splendens) — dalamazkimilər fəsiləsinin adaçayı cinsinə aid bitki növü. Fenixanthes splendens (Sellow ex Schult.) Raf. Jungia splendens (Sellow ex Schult.) Soják Salvia brasiliensis Spreng. Salvia colorans Benth. [Invalid] Salvia issanchou auct.
Fenixia
Fenixia (lat. Fenixia) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Fenixia pauciflora Merr.
Fenixia pauciflora
Fennomaniya
Fennomaniya (fin Fennomania) — Finlandiyanın təhsil almış təbəqəsini isveç dili əvəzinə, fin dilindən istifadə etməsinə, daha sonra dövlət statusu almağa və nəhayət, Finlandiya milli dövlətini yaratmağa çalışan fin milli azadlıq hərəkatı. Hərəkat özünün ən yüksək səviyyəsinə 19-cu əsrin ikinci yarısında, romantik milliyətçiliyin yüksəldiyi dönəmdə çatdı.
Fennoskandiya
Fennoskandiya (fin Fennoskandia, isv. Fennoskandien, norv. Fennoskandia) — Skandinaviya və Kola yarımadalarını, materik Finlandiya və Kareliyanı əhatə edən coğrafi yarımada. Fennoskandiya adı latın dilində olan "Fenniya" (Finlandiya) və "Skandiya" (Skandinaviya) sözlərindən gəlir. Termin ilk dəfə Finlandiya arxeoloqu Vilhelm Remzi tərəfindən 1898-ci ildə istifadə edilmişdir. Fennoskandiya kristalik qalxanlar üzərində düzənliklərdən və Kaledon qırışıqlığında alçaq və orta dağlıqdan ibarət sahədir. Müasir buzlaşma ocaqları, qədim buzlaşmanın izləri, həmçinin buzlaq gölləri, fyord və şxer tipli sahillər xarakterikdir. İqlimi mülayim soyuqdur. Tayqa, meşə-tundra, tundra, qarışıq meşələr, dağ-tundra qurşaqları var. Fennoskandiya // Большая советская энциклопедия: [в 30 т.] (3-е изд.).
Fransua Fenelon
Fransua Fenelon (6 avqust 1651[…] – 7 yanvar 1715[…], Kambre)— fransız yazıçısı, filosofu. XVII əsrin sonlarının mühüm sənətkarlarından biri Fransua de Salinyak de Lamot Fenelondur /1651–1715/. Yoxsullaşmış zadəgan ailəsində anadan olan Fenelon XIV Lüdovikin nəvəsi və taxtın varisinin tərbiyəçisi olmuşdur. "Qızların tərbiyəsi haqqında" adlı ilk traktatında Fenelon pedaqogikanın incəliklərini anlayan azad fikirli bir ziyalı kimi çıxış edir. Madam de Mentenon tərəfindən açılan Sen-Sir pansionunun tərbiyə sistemi bu traktat əsasında qurulmuş, Peterburq Smolnı institutu yaradılanda isə Sen-Sir pansionu nümunə götürülmüşdür. 1689-cu ildən Bossüenin vasitəçiliyi ilə kralın varisinin tərbiyəçisi olur, altı il bu vəzifədə çalışaraq pedaqoji məqsədlər izləyən əsərlər yaradır, ləyaqətli kral yetişdirməyə çalışır, dövləti idarə işinin ideal prinsiplərini irəli sürür. Təmsillərində Fenelon ehtiyatla davranır. "Ölülərin dialoqları" əsərində isə dövləti idarə prinsipləri haqqında düşüncələrini əks etdirir. Fenelon maraqlı və incə formada krallara siyasət dərsi öyrədir. Yazıçının fikrincə, "Kim ki, hökmdarlıq edir, dövlətin qanunlarına hamıdan daha artıq tabe olmalıdır, qanunların xaricində onun şəxsiyyətinin heç bir qiyməti yoxdur… Kral təbəələr üçün yaradılmışdır, təbəələr kral üçün yox." Bu sonuncu fikir XIV Lüdovikin məşhur "Dövlət mən özüməm" fikrinin büsbütün əksi idi.

Значение слова в других словарях