FEYZYAB

[ ər. feyz və fars. …yab] : feyzyab etmək – feyzləndirmək, feyz vermək.
Həmişə şəhərə qayıdanda Cənnətəli şeirləri ilə məni də feyzyab edər. Çəmənzəminli.
[Məşədi Qəzənfər:] … Dərvişlər hamısı hamama yığılıb gözəl-gözəl söhbətlərlə hamam əhlini feyzyab edərlərmiş. Ü.Hacıbəyov.

Feyzyab olmaq – feyzlənmək, feyz almaq, fayda götürmək (bəzən kinayə ilə deyilir).
…İranlı qardaşlarımız Məhəmməd Əli Tehrani cənablarının moizəsini eşitməkdən feyzyab oldular. C.Məmmədquluzadə.
Onuncu günü şəbihi şəhərin ətrafında, böyük bir kəndin yaxınlığında çıxarmağa başladıq ki, kənd əhalisi də feyzyab olsun. Ə.Haqverdiyev.

Синонимы

  • FEYZYAB faydalanma — bəhrələnmə
FEYZLİ
FƏAL

Значение слова в других словарях