Glaucium fischeri
Sarı buynuzlalə (lat. Glaucium flavum) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin xaşxaşkimilər fəsiləsinin buynuzlalə cinsinə aid bitki növü.
== Botaniki xarakteristikası ==
İkiillik ot bitkisi olub, hündürlüyü 50sm-ə qədər olur. Gövdəsi düz, dəyirmi olub, budaqlanandır. İnkişafının birinci ilində çətiri böyük liraşəkilli-lələkvari yarılmış, yarpaqları sıxtükcüklü olmaqla, uzunluğu 35 sm-ə qədərdir. Gövdəyəbənzər yarpaqları çoxsaylı, şişkin, göyümtül, oturaq, yuxarı hissəsi qısa, oval, demək olar ki, kənarları bütövdür. Çiçəkləri tək, iri, diametri 1,5-3sm, ləçəkləri 4, böyük tərsyumurtaşəkilli və ya dairəvi, uzunluğu 3,5 sm, parlaq-sarı və ya tünd-sarıdır. Toxumları böyrəkşəkilli, qəhvəyi və ya qaradır. Bitkinin bütün hissələri şirəli soka malik olub, şirəsi çıxarıla bilir. May-iyun aylarında çiçəkləyir, avqust-sentyabr ayında isə meyvələri yetişir.