FİZİKİ COĞRAFİYA
/ yun. physikos-təbii /
Yerin coğrafi təbəqəsini kompleks şəkildə öyrənən təbii coğrafi elmlər sistemi. Bir tərəfdən coğrafi təbəqənin ümumi xüsusiyyətlərinə və onun struktur hissələrinə-təbii ərazi /və akvatorial/ komplekslərinə /yerşünaslıq, landşaftşünaslıq, paleocoğrafiya və s./ həsr olunmuş elmlərdən, digər tərəfdən öyrənmə obyekti tamın bir hissəsi kimi coğrafi təbəqənin ayrı-ayrı komponentlərinə /geomorfologiya, iqlimşünaslıq, qurunun hidrologiyası, okeanologiya, qlyasiologiya, torpaqların coğrafiyası, biocoğrafiya və s./ həsr olunmuş xüsusi elmlərdən ibarətdir. Xüsusi elmlər və paleocoğrafiya-sərhəd elmləridir. Texniki, kənd təsərrüfatı və təbii elmlərlə təmasda onun tətbiqi istiqamətləri formalaşır. F. c-nın əsas məqsədi yer səthində müxtəlif təbii hadisələr arasındakı funksional aslılığı araşdırmaqdan,insanın ətraf mühitlə qarşılıqlı təsirinin problemlərini öyrənməkdən və təbii ərazi komplekslərindən səmərəli istifadə və mühafizə yollarını işləməkdən ibarətdir.
физическая география
physical-geography