Karbohidrogen
Karbohidrogenlər - yalnız karbon və hidrogen atomlarından ibarət olan birləşmələrdir.
Karbohidrogenlər iki yerə bölünür:
Doymuş karbohidrogenlər
Doymamış karbohidrogenlər
Karbon atomları arasında yalnız birqat rabitə olduqda doymuş karbohidrogenlər, bir və ya bir neçə ikiqat, üçqat rabitə olduqda isə onlar doymamış karbohidrogenlər adlanır. Bu birləşmələr tərkiblərindəki karbon və hidrogen atomlarının nisbətinə görə fərqlənir.
Bir hidrogen atomu çıxarılmış karbohidrogenlərə Hidrokarbillər deyilir. Aromatik karbohidrogenlər, alkanlar, alkenlər, alkinlər, tsiklo-alkanlar və s. karbohidrogenlərin müxtəlif sinifləridirlər. Yerdə təbii şəkildə tapılan karbohidrogenlərin əksəriyyəti xam neftin tərkibində rast gəlinir. Hansı ki, burada parçalarına ayrılmış üzvi birləşmələr karbon və hidrogen bolluğu yaradır ki, bunlar da birləşdikdə sonsuz uzunluğa malik ola biləcəyi düşünülən zəncirlər əmələ gətirə bilirlər.
Karbohidrogenlərin molekulunda bir və ya bir neçə hidrogen atomunu halogenlərlə əvəz etdikdə alınan birləşmələrdir.
Molekulda halogen atomunun sayına görə;
Birhalogenli birləşmələr
İkihalogenli birləşmələr
Üçhalogenli birləşmələr ola bilər.