FORMALDEHİD

is. kim. Sənayedə geniş istifadə olunan kimyəvi maddə (HCHO). Formaldehid həm də güclü konservant kimi bioloji materialların saxlanması və meyidin balzamlaşdırılmasnda istifadə edilir. Formaldehid böyük kimyanın əsas məhsulu sayılır və dünya miqyasında 10 milyon tonlarla istehsal olunur. Formaldehid eyni zamanda təhlükəli maddə olub suyu, atmosferi çirkləndirir, güclü allergiya reaksiyası törədir (gözdən yaş axıdır, öskürəyə, bronxların spazmasına səbəb olur).
FM
FORMASİYA
OBASTAN VİKİ
Formaldehid
Formaldehid — ənənəvi adı latın sözü olub, “formika”dan götürülüb, qarışqa deməkdir, (CH2O) — rəngsiz qazdır. == Xassələri == Formaldehid, metanol və qarışqa turşusunun aldehididir. Alifatik aldehidlərin homoloji sırasının ilk üzvüdür. Təmiz qaz halında formaldehid 80-1000C-də qaz olaraq stabildir. 800C-dən aşagıda yavaş-yavaş polimerləşir. Turşu və qələvilərin təsirindən bu proses sürətlənir. Formaldehid polyar həlledicilərdə, suda, spirtdə yaxşı həll olur. Onun suda 40%-li məhlulu formalin adlanır. Aşağı temperaturlarda qeyri-polyar həlledicilərdə-toluol, dietil efiri, etil asetatda, xloroformda (CHCl3) hər hansı nisbətdə qarışır. Petroleyin efirində həll olmur.

Digər lüğətlərdə