fromm

adj.1. dindar, mömin, abid, dəyanətli, etiqadlı; 2. (Pferd) sakit, mülayim; 3. ein ~er Wunsch yerinə yetirilməz bir arzu
Frohsinn
Fron
OBASTAN VİKİ
Erix Fromm
Erix Zeliqmann Fromm (alm. Erich Seligmann Fromm‎; 23 mart 1900[…], Frankfurt-Mayn, Prussiya – 18 mart 1980[…]) — alman sosioloq, filosof, sosial psixoloq, psixoanalitik, Frankfurt məktəbinin nümayəndəsi, neofreydizmin və freydomarksizmin yaradıcılarından biri. Erix Fromm Heydelberq və Münhen universitetlərində təhsil almışdır. 1922-ci ildə Heydelberq Universitetində doktoranturanı bitirmişdir. Münhendə psixoloq kimi tədqiqatlar apardıqdan sonra Berlin Psixoanaliz İnstitutunda təhsilini davam etdirmiş və 1931-ci ildə buradan məzun olmuşdur. XX əsrin 30-cu illərinin əvvəllərində Almaniyada nasist hərəkatı gücləndiyinə görə İsveçrənin Cenevrə şəhərinə köçmüşdür. 1933-cü ildə Çikaqo İnstitutunun dəvəti ilə ABŞ-yə getmişdir. 1934-cü ildə, 1938-ci ilə qədər heyətində bir mütəxəssis olaraq vəzifə aldığı Frankfurt İctimai Araşdırma İnstitutu ilə birlikdə Nyu-Yorka köçür. Şəxsi çalışmalarını davam etdirərək, Columbia Universitetində təhsil işçisi olaraq çalışıb. 1946-cı ildə Vilyam Alonso White Ruh Həkimliyi, Ruh Təhlil və Ruh Elm İnstitutunun qurucuları arasında iştirak edir.
Psixoanaliz və Din (Fromm)
Psixoanaliz və Din — alman sosioloq və psixoloqu Erix Frommun 1950-ci ildə yazdığı əsər. "Avtoritar din çox vaxt insanlara — insanın həqiqi həyatı ilə bir əlaqəsi olmayan — qeyri-müəyyən və əlçatmaz prinsipləri sırımağa çalışır. Hal-hazırkı vəziyyətdə yaşayan insanların həyatları və xoşbəxtlikləri "ölümdən sonrakı həyat" və ya "cəmiyyətin gələcəyi" kimi ideologiyalar uğrunda asanlıqla qurban edilə bilir. Çünki, bu ideologiyalar uğrunda bütün vasitələrə əl atmağa dəyər və beləcə bu ideologiyalar dindar və ya hüquqi "fərqlənmiş" zümrənin əlində bütün insanların həyatlarını idarə etmək üçün bir vasitəyə çevrilir." Bu kitab, psixoanalizdəki xaotik dünyamızı əks etdirən və üsyana sövq edən bir əsərdir. Dinin nəzərdən qaçırdığı nüansları vurğulamaqla yanaşı, həm psixologiya, həm də din müəllimlərinə dəyərli informasiya mənbəyi təşkil edir. Kitab psixoanalizin şüuraltı çaxnaşmalarını işıq üzünə çıxarmağa kömək edəcəkdir. Əsər Kəpəz (Pənahlı) Məmmədov tərəfindən Azərbaycan dilinə tərcümə edilmiş, Taleh Hüseynovun redaktorluğu, Firdovsi Səfərovun dizayner və rəssamlığı ilə Seymur Həsənli tərəfindən nəşrə hazırlanmış, 2018-ci ilin may ayında Turkkitab.Az tərəfindən Ankarada Bizim Büro Mətbəədə 120 səhifədə 1000 tirajla nəşr edilib. Əsərin Elmar Namazın tərcüməçisi olduğu variantı isə Cavid Qədir və Taleh Eminoğlunun redaktorluqları ilə "Kitabsevərlər" hərəkatı tərəfindən Bakıda 2018-ci ilin may ayında "Elm və Təhsil" Nəşriyyatında nəşr edilib. Turkkitab. Az Erix Fromm: Psixoanaliz və din Erix Fromm: Freyd və Yunqda psixoanaliz və din.