Əl-Furqan məscidi
Əl-Furqan məscidi (ing. Al-Furqan Mosque) — Şotlandiyanın Qlazqo şəhərində yerləşən məscid.
Məscid 1991-ci ildə inşa edilib və Qlazqoda ikinci tikilən məsciddir. 2009-cu ildə edilən son əlavələrdən sonra bu gün məsciddə eyni anda 500 müsəlmanın ibadət etməsi mümkündür.