Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Toplum
Cəmiyyət — mövcudluğun ümumi şərtləri, maraqlar, normalar, dəyərlər, dünya haqqında təsəvvürlər və identiklik əsasında birləşmiş fərdlərin birgə həyat fəaliyyətinin müxtəlif formaları. Başqa sözlə cəmiyyət insanların birliyi olub, özündə cəmiyyətin siyasi, iqtisadi həyatı, sosial və mədəni həyatını birləşdirən qeyri-dövlət strukturudur. O, müxtəlif maraqlara sahib olan insanların müəyyən yaşayış məskənlərində sivil əlaqə və ünsiyyət formasıdır. Cəmiyyət sözün geniş mənasında maddi həyatın, canlı təbiətin bir ,hissəsi olan, tarixən inkişaf edən, insanların fəaliyyəti formasıdır. Sözün dar mənasında isə bəşər tarixinin müəyyən bir mərhələsi (kapitalizm, feodalizm) və ya konkret sosial bir orqanizmdir (Fransa cəmiyyəti, Avropa cəmiyyəti və s ölkələr.). Cəmiyyət müəyyən qayda üzrə qurulmuş struktura malik olan bütöv bir sistem sayılmışdır. == Təsnifat == Sosioloqlar cəmiyyətləri üç geniş kateqoriyaya ayırırlar: sənayedən əvvəlki, sənaye və postsənaye. === Sənayedən əvvəlki === Sənayedən əvvəlki cəmiyyətlərdə insan və heyvan əməyinin istifadəsi ilə həyata keçirilən qida istehsalı əsas iqtisadi fəaliyyətdir. Bu cəmiyyətləri texnologiya səviyyəsinə və qida istehsal etmə üsullarına görə bu qruplara bölmək olar: ovçuluq və yığıcılıq, maldarlıq, bağçılıq və kənd təsərrüfatı. ==== Ovçuluq-yığıcılıq ==== Belə cəmiyyətlərdə qida əldə etməyin əsas forması gündəlik yabanı bitkilərin toplanması və vəhşi heyvanların ovlanmasıdır.
Qurtuluş (toplu)
"Qurtuluş" toplusu (məcmuəsi) — Azərbaycan siyasi mühacirlərinin Almaniyanın Berlin şəhərində nəşr etdikləri toplu. == Tarixi == İlk sayı 1934-cü ilin noyabrında, son - 51-ci sayı isə 1939-cu ilin yanvarında işıq üzü görmüşdür. "Qurtuluş" toplusu da digər siyasi mühacir nəşrlər kimi, bolşevik Rusiyasının əsarətində olan azərbaycanlılara müraciətlə nəşr edilirdi. Xüsusilə, hər il 28 May İstiqlalı, 27 Aprel İstila Günləri məcmuədə daha geniş əks olunurdu. Topluda Azərbaycan xalqının tarixi, mədəniyyəti, türk dünyası, beynəlxalq məsələlər və s. barədə də dəyərli yazılar verilirdi. Məcmuədə Məhəmməd Əmin Rəsulzadə, Mirzə Bala Məmmədzadə, Mir Yaqub, Hilal Münşizadə, B.Nuhoğlu, Almas İldırım, Cəfər Seyid Əhməd, Əhəd Əlizadə, Kərim Yayçılı və başqalarının məqalələri dərc olunurdu. == "27 Nisan" məqaləsi == B.Nuhoğlu "Qurtuluş" məcmuəsinin 1936-cı il 18-ci nömrəsində dərc etdirdiyi "27 Nisan" ("27 Aprel") məqaləsində yazırdı: == İstinadlar == == Ədəbiyyat == Şəmşir Səbahəddin, Azərbaycanın İstiqlal mücadiləsi. İstanbul, 2002; Tahirli A., Azərbaycan mühacirət mətbuatı, 2 hissədə, h. 1, B, 2002.
Toplam sahibolma xərci
Toplam sahibolma xərci - TCO – 1. (Total Cost of Ownership ~ совокупная стоимость владения, ССВ ~ toplam sahip olma maliyeti) – avadanlıq və proqram təminatı üçün ən yaxşı qiymət/keyfiyyət nisbətinin müəyyənləşdirilməsi metodikası. Bu termin ilk dəfə 1995-ci ildə Gartner Group hesabatlarının birində işlədilib. Dəyərləndirmə meyarları olaraq alış, quraşdırma, inzibatçılıq, texniki dəstək və müşayət, modernləşdirmə, məcburi boş dayanma qiymətləri və başqa məsrəflər götürülür. 2. Elektron avadanlıqların (ilk növbədə kompüterlərin) erqonomika və təhlükəsizlik baxımından könüllü sertifikatlaşdırılması üçün standartlar qrupu. İşveç Peşəkar Qulluqçular Konfederasiyasının (Swedish Confederation of Professional Employees) bir hissəsi olan TCO Development komitəsi tərəfindən işlənib hazırlanıb. Standartlar illər üzrə nömrələnir və hazırda TCO’92, TCO’95, TCO’99, TCO’01, TCO’03, TCO’04, TCO’05, TCO'06 və TCO'07 standartları mövcuddur. İlk standart yalnız monitorlara aid idi, sonrakılar isə mobil telefonlara, ofis avadanlıqlarına, fərdi kompüterlərin sistem bloklarına, noutbuklara və telefonlar üçün baş qarniturlarına da aiddir. TCO'92 – İşveç Peşəkar Qulluqçular Konfederasiyası (Swedish Confederation of Professional Employees) tərəfindən 1992-ci ildə işlənib hazırlanmış ilk normativlər.
Qardaş köməyi (toplu)
"Qardaş köməyi" toplusu — İctimai-siyasi toplu. == Mahiyyəti == Birinci dünya müharibəsi (1914–1918) dövründə Azərbaycanın bir sıra yaşayış məntəqələrində fəaliyyət göstərmiş "Qardaş köməyi" təşkilatının orqanı. Əsasən, Qars vilayəti ətrafında zərər çəkmiş müsəlman qaçqınlarının həyatına həsr olunmuş məqalələr dərc edilirdi. == Əsas yazıçılar == Toplunun əsas mühərrirləri Məhəmməd Əmin Rəsulzadə, Əhməd Cavad, Hüseyn Cavid, Firidun bəy Köçərli, Seyid Hüseyn, Abdulla Şaiq, Şəfiqə xanım Əfəndizadə idi.Jurnalın bir nüsxəsi hələ də İstanbulda saxlanılaraq, mühafizə olunur.
Filoloji araşdırmalar (elmi toplu)
Toplama
Toplama və ya Üstəgəlmə – (rus. надвиг, ing. overthrust, overfault, thrust-fault) sü­xur­larda yatımın pozulmasının bir forması. Tektonik hərəkətlər nəti­cəsində pozulma boyu bir süxur kütləsinin digər süxur kütləsinə nisbətən yerdəyişməsilə səciyyə­lənir. Yer dəyişmə müstəvinin me­yillik bucağına görə dik və maili növlərə ayrılır.
Toplar
Toplar — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Toplar oyk. Gədəbəy r-nunun Böyük Qaramurad i.ə.v.-də kənd. Kiçik Qafqaz dağlarının ətəyindədir. Yerli məlumata görə, yaşayış məntəqəsini Ataxan kəndindən Topu Məhəmmədhəsən adlı şəxs saldığı üçün onun ləqəbilə Topular adlanmışdır. Sonralar tələffüzdə ad təhrifə uğramış, “u” səsi adın tərkibindən düşmüş və kəndin adı Toplar şəklində qeydə alınmışdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 191 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Toppuz
Əmud, Gürz, Toppuz və ya şeşpər, düşməni yaralamaq və qalxanı (zirehi) sındırmaq (dağıtmaq) üçün yaxın məsafədən istifadə edilən hərbi silah. == Hazırlanması == Əmud odlu silah yaranmamışdan əvvəl istifadə edilən baş hissəsi sümük, daş, dəmir, tunc, bürünc və sairədən, sapı isə ağacdan və yaxud da tamamilə metaldan, düzəlmiş bir silahdır. == İstifadəsi == Piyadaların istifadə etdikləri əmud çox sadə olmuşdur. Lakin sonradan süvarilərin istifadə etdikləri gürzlərin sapı daha uzun və at üstündən istifadə emək üçün təkmilləşdirilmişdir. Əmud hər növ qalxana və zirehə qarşı işlədilən ən yaxşı silah növü olmuşdur. == Digər dillərdə == Əmud (Gürz) türk dilində "bozdoğan" deməkdir. "Bozdoğan" bir ytırtıcı quş cinsidir. Əmud (Gürz), bozdoğan quşunun başındakı pipiyə bənzədiyi üçün bu adla adlandırılmışdır. Əmudun (Gürzün) baş (yumuru) hissəsi çıxıntılı və ya düz olardı. Ərəb dilində əmud "sütun" mənasında işlədilir.
Torium
Torium (Th) – D.İ. Mendeleyevin elementlərin dövri sistemində 90-cı element. 1882-ci ildə Y.Y.Berselius ona Norveçdən göndərilmiş nadir mineralda yeni elementin birləşməsini aşkar edir. O, bu elementi qədim skandinav Allah – ildırım saçan Tora şərəfinə torium adlandırır. Doğrudur Berselius bu adı hələ 1815-ci ildə toriumu İsveçdən olan digər mineralda səhv olaraq “kəşf edərkən” düşünmüşdü. Bu, o nadir hadisə idi ki, tədqiqatçının özü guya onun aşkar etdiyi elementi “bağladı”. “Bağlama” 1825-ci ildə baş verdi, o vaxt məlum oldu ki, əvvəllər Berselius ittrium fosfatı analiz edibmiş. Yeni mineralı isə torit adlandırdılar, bu, torium slikat idi.
Topçu
Topçu (İsmayıllı)
Toxum
Toxum – çiçəkli bitkilərin inkişafında əsas rol oynayan müstəqil çoxalma orqanıdır. Toxumun içərisində rüşeym, onun da ətrafında rüşeymin müvəqqəti qidasını təşkil edən ehtiyat maddəsi olur. Hər toxum xaricdən qabıqla örtülür. Toxumun xarici qabıq hissəsi müxtəlif sərtlikdə və rəngdə, səthi isə çopur, qırışıq, hamar, kələ-kötür, tikanlı, tüklü ola bilir. == Toxumun quruluşu == Çiçəkli bitkilər örtülü toxumlu bitkilər adlanır. Buna səbəb toxumun tozlanma və mayalanma nəticəsində əsas bitkidə qapalı yumurtalıqda əmələ gəlməsi və ilk inkişafını yumurtalıqda əsas bitki üzərində keçirməsidir. Toxumlar böyüklüyünə və çəkilərinə görə, eləcə də birləpəli və ikiləpəli olduqları üçün çox müxtəlifdir. Onlar cürbəcür rəngdə və formada olur. Toxumdakı ləpə xaricdən qabıqla örtülmüşdür. Qabıq toxumu xarici təsirlərdən qorumaqla yanaşı onun tamlığını təmin edir.
Tulum
Tulum və ya tuluq zurnası — Azərbaycanda nəfəsli milli musiqi aləti. == Tarixi və xarakteristikası == Bir vaxtlar Qarabağ, Laçın, Qazax, Tovuz və Naxçıvan ərazisində geniş yayılmış nəfəslə çalınan dəri çalğı alətidir. Hazırda Azərbaycanda, əsasən, Naxçıvan Muxtar Respublikasında rast gəlmək olar. Başqa nəfəsli çalğı alətləri kimi tulumun da çox qədim tarixi vardır. Alimlərimiz tulumun yaranma tarixini sinifli cəmiyyətin ilk dövrlərinə aid edirlər. Hazırda tulumun müxtəlif növləri fərqli adlarla Qafqaz, eləcə də bir sıra Avropa xalqları arasında geniş istifadə edilir. Maldarlıq, əsasən də, qoyunçuluqla məşğul olan köçəri tayfalar tulumdan çox istifadə etmişlər. Səs tembri zurnanın səsinə bənzədiyi üçün bə'zən ona "tulum zurnası" da deyilib. Tulum xüsusi üsulla aşılanıb yumşaldılmış keçi və ya qoyun dərisindən hazırlanır. Bütöv soyulmuş dərinin iki ayağı möhkəm bağlanılır.
Bulbophyllum tortum
Bulbophyllum tortum (lat. Bulbophyllum tortum) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Dendrobium amplum
Dendrobium amplum (lat. Dendrobium amplum) — səhləbkimilər fəsiləsinin dendrobium cinsinə aid bitki növü.
Epigeneium amplum
Dendrobium amplum (lat. Dendrobium amplum) — səhləbkimilər fəsiləsinin dendrobium cinsinə aid bitki növü.
Eupatorium amplum
Ageratina ampla (lat. Ageratina ampla) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin ageratina cinsinə aid bitki növü. == Sinonimləri == Eupatorium amplum Benth.
Euphorbion peplum
Dirrik südləyəni (lat. Euphorbia peplus) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin südləyən cinsinə aid bitki növü. == Sinonimləri == Anisophyllum peplis (L.) Haw. Chamaesyce maritima Gray Chamaesyce peplis (L.) Prokh. Esula minima Haw. Esula peplus (L.) Haw. Esula rotundifolia (Lam.) Gray Euphorbia calabrica Huter, Porta & Rigo Euphorbia chamaepeploides Lotsy Euphorbia dichotoma Forssk. Euphorbia minima (Haw.) Mart. Euphorbia oleracea Pers. Euphorbia peplus var.
Qurtuluş toplusu
"Qurtuluş" toplusu (məcmuəsi) — Azərbaycan siyasi mühacirlərinin Almaniyanın Berlin şəhərində nəşr etdikləri toplu. == Tarixi == İlk sayı 1934-cü ilin noyabrında, son - 51-ci sayı isə 1939-cu ilin yanvarında işıq üzü görmüşdür. "Qurtuluş" toplusu da digər siyasi mühacir nəşrlər kimi, bolşevik Rusiyasının əsarətində olan azərbaycanlılara müraciətlə nəşr edilirdi. Xüsusilə, hər il 28 May İstiqlalı, 27 Aprel İstila Günləri məcmuədə daha geniş əks olunurdu. Topluda Azərbaycan xalqının tarixi, mədəniyyəti, türk dünyası, beynəlxalq məsələlər və s. barədə də dəyərli yazılar verilirdi. Məcmuədə Məhəmməd Əmin Rəsulzadə, Mirzə Bala Məmmədzadə, Mir Yaqub, Hilal Münşizadə, B.Nuhoğlu, Almas İldırım, Cəfər Seyid Əhməd, Əhəd Əlizadə, Kərim Yayçılı və başqalarının məqalələri dərc olunurdu. == "27 Nisan" məqaləsi == B.Nuhoğlu "Qurtuluş" məcmuəsinin 1936-cı il 18-ci nömrəsində dərc etdirdiyi "27 Nisan" ("27 Aprel") məqaləsində yazırdı: == İstinadlar == == Ədəbiyyat == Şəmşir Səbahəddin, Azərbaycanın İstiqlal mücadiləsi. İstanbul, 2002; Tahirli A., Azərbaycan mühacirət mətbuatı, 2 hissədə, h. 1, B, 2002.
Toplak iyesi
Toplax iyesi
Tortum şəlaləsi
Tortum şəlaləsi (türk. Tortum Şelalesi) — Ərzurumun Tortum ilçəsində Tortum gölü üzərində yer alan şəlalə.Şəlalənin yerləşdiyi bölgədə ziyarətçilər üçün gəzinti sahəsi və şəlalənin üzərində dəmir barmaqlıqlı balkon vardır. Şəlalə baharda bolsulu olduğundan su balkondaki ziyarətçilərə belə sıçraya bilir. İzləyicilərə təbiətlə təmas bəxş edən şəlalə, xüsusən təbiət həvəskarlarını heyran edəcək mənzərəyə malikdir. Bir rəvayətə görə, pilləkanlar vasitəsilə şəlaləyə çıxan şəxslərdə ürək və damar xəstəlikləri olmur.1952-1960 illəri arasında qurulan Tortum su elektrik stansiyası, Türkiyənin elektrik ehtiyaclarını qarşılamışdır.Yerli sakinlər şəlalənin türk dilindəki qarşılığı olan "Sutökən" adından istifadə edir. Bölgənin ən görkəmli ziyarətçiləri Atatürk Universitetinin müxtəlif bölgələrindən olan tələbələrdən ibarətdir. Bundan əlavə, Tortum şəlaləsi beynəlxalq turizm üçün açıq bir ərazidir və xarici turistləri də qəbul edir. == Tarixçə == Tortum şəlaləsi 1700-cü illərin ortalarında Balıqlı kəndinin qərbində yerləşən dağın sürüşməsi ilə yaranan şəlalədir. Tortum şəlaləsi, Tev vadisi ilə Tortum gölünün şimal ucu arasındakı ərazidən tökülməsi ilə əmələ gəlir. Tortum şəlaləsinin töküldüyü ərazi yatağın yaxınlığında dayanıqlı əhəng daşı təbəqələrindən keçir.
İstiqlal toplusu
İstiqlal toplusu — 1919-cu ildə, "İstiqlal bəyannaməsi"nin elan olunmasının birinci ildönümü münasibətilə Bakıda buraxılmış toplu. == Tarixi == "İstiqlal bəyannaməsi"nin mətni ilə açılan topluda Məhəmməd Əmin Rəsulzadənin "Azərbaycan parlamenti", P. Kosalının "Seymin Parlamanı Cümhuriyyətimizin tarixi inkişafında", Üzeyir bəy Hacıbəylinin "Azərbaycan türklərinin musiqisi tarixindən", naməlum müəllifin "Xalq ədəbiyyatı" məqalələri verilmişdir.
Toppuş bacı
Tünzalə Məcid qızı Əliyeva (15 fevral 1973, Kirovabad – 22 yanvar 2023) — azərbaycanlı aktrisa, Azərbaycan Respublikasının Əməkdar artisti. Toppuş bacı kimi tanınırdı. == Həyatı == Tünzalə Əliyeva 1973-cü il fevralın 15-də Gəncədə anadan olmuşdur. 1990-cı ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Dram və kino aktyorluğu" fakültəsinə qəbul olmuşdur. Ali məktəbi başa vurandan sonra bir müddət özəl teatrlarda çalışmışdır. Sonra Gəncəyə qayıdıb bir müddət Gəncə Televiziyasında, sonra Kukla Teatrında, daha sonra da Gəncə Dövlət Dram Teatrında fəaliyyət göstərmişdir. Oradan çıxıb Bakıya gəlmiş və C. Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında işləmişdir. İrəvan Teatrının səhnəsində Qəmər (Ə. Əmirli, "Müqəddəs Valentin günü"), Almaz (M. Haqverdiyev, "Məhəbbət əzabları"), Natella (M. Haqverdiyev, "Qısqanc ürəklər"), Şahnaz (A. Rəhimov "Pul hərisləri"), Qadın (H. Mirələmov, "Ləyaqət"), Mehriban (Ə. Nesin, "Toros canavarı"), Gülzar (Elçin, "Poçt Şöbəsində xəyal"), Sənəm (Ü. Hacıbəyov, "O olmasın, bu olsun"), Nanı Kişi (İftixar, "Dan yeri söküləndə"), Səkinə (Hidayət, "Bu dünyanın adamları"), Səməni (İ. Məlikzadə, "Subaylarınızdan görəsiniz"), Mələk (Ağarəhim Rəhimovun, "Əsgər anası"), Alverçi qadın (T. Vəliyeva, "Analar neyləsin"), Mədinə (Anar, "Təhminə və Zaur"), Xatuba (Ramiz Abdullayev, "Biznesmen"), Xəzangül (Ə. Hacızadə, "Məhəbbət ölmür"), Əsir qadın (S. Şaxtaxtı, "Ölüm həsrəti"), Səkinə (Elçin, "Akvariuma xüsusi sifariş") rollarını uğurla ifa etmişdir. Gəncə-Kəpəz Müstəqil Şirkət telekanalında "İzinlə", "Vətənim" və "Gülüş qatarı" verilişlərinin aparıcısı olmuşdur. ATV kanalında nümayiş etdirilən "Çal-Çağır" şou proqramının aparıcısı olan "Toppuş bacı" obrazının ifaçısıdır.
Caner Topçu
Caner Topçu (25 iyun 1997, İstanbul) Türk aktyordur. == Həyatı == Əslən Kastamonulu olan Caner Topçu, 25 iyun 1997 tarixində İstanbulda anadan olub. İbtidai təhsilini və orta təhsilini İstanbulda tamamladı. Daha sonra isə özündə aktyorluq bacarığını kəşf etdi və Harun Özer Teatr təhsili və Fulya Filazi aktyorluq təhsilini aldı. Ağ Cəhənnəm, Diqqət İnternet Var, Sarıqamış və İnamdan Zəfərə kimi bir çox teatr oyununda rol aldı. 2015-ci ildə Savadsızlar adlı kinoteatr filmində Rəcəb obrazı ilə kameraların qarşısına keçdi.
Stylodipus telum
Stylodipus telum (lat. Stylodipus telum) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin gəmiricilər dəstəsinin ərəbdovşanlar fəsiləsinin stylodipus cinsinə aid heyvan növü. == Adı == Bu növün sinonimiyasına daxil olan Dipus halticus (Brandt, 1844) adının nomenklatura statusu yoxdur. Allactaga (Allactaga sibirica Forster) formalarından birinə istinad edərək Dipus halticus Illiger, 1825 adının səhv istifadə edilməsini təmsil edir. == Areal == Bu canlılar əsasən Çin, Qazaxıstan, Türkmənistan, Ukrayna, Özbəkistan və Rusiya ərazisində yaılmışlar. Rusiyanın Don çayı hövzəsində yerləşən qumluqlarda, Qərbi Xəzərönündən Zaysan dağ arası çökəkliyinə və İrtış çayının sağ sahilinə qədər ki, ərazilərdə görülürlər. == Xarici görünüş == Bu canlıların uzunluğu 9–12 sm, arxa ayaqlarının uzunluğu isə 4,6–5,1 sm təşkil edir. Başı yuvarlaq, ağız qısaldılmış formadadır. Qulaqları nisbətən kiçikdir. Arxa ayaqları üç barmaqlıdır.
Toluy xan
Toluy xan və ya Tuluy xan (monq. Тулуй; təq. 1191, Monqolustan – 1232, Monqolustan) — Monqol imperiyasının dövlət xadimi, hərbi lider. Çingiz Xan və Börtenin dördüncü - ən kiçik oğlu. Çingiz Xanın ölümündən sonra bir müddət Monqol imperiyasının naibi olmuşdur (1227-1229). Naib kimi özünə Böyük Noyon (monq. ᠶᠡᠬᠡ ᠨᠣᠶᠠᠨ, çin. 也可那颜) titulunu götürmüşdü. Ölümündən sonra 1251-ci ildə oğlu Münke xan tərəfindən ona imperator titulu İn-u xuan-di (Cəsur və döyüşkən imperator) və Juyçonq məbəd adı verildi. 1265-ci ildə dördüncü oğlu Xubilay tərəfindən ona daha bir titul Çinqhsianq xuan-di (Görkəmli və yardımsevər imperator) verildi.
Öptüm
Öptüm - Sezən Aksunun 2011-ci il mayın 15-də yayınlanan studiya albomudur. Albomda Camal Sürəyanın "Sayım" adlı şeiri də yer alır.
Plüm
Plüm - [lat. pluma-lələk] alt mantiyadan Yer qabığına qalxan mantiya şırnaqları; alt mantiya maddəsi olub, seysmoayrıcıdan (660 km yuxarı) nüvə-mantiya sərhədinədək yerləşən "isti", aşağı sıxlıqlı qatdan əmələ gəlir. Mantiya şırnaqları və "isti nöqtələr" konsepsiyası plitədaxili maqmatizm hadisəsini izah etmək üçün S.Vilson (1963–1965) və S. Morqan (1971) tərəfindən irəli sürülmüşdir. Konsepsiya belə bir fikirə əsaslanır ki, mantiya şırnaqları – plümlər mantiyanın çox dərin qatlarında yaranır və daha yüksək səviyyədə hərəkət edən litosfer plitələri sanki "yandıraraq" xətti vulkan silsilələri (okeanda-vulkanik adalar) əmələ gətirir və "qızmar (isti) nöqtələrlə" kəsişən plitələrin hərəkəti istiqamətində, qanunauyqun sürətdə onların yaşını get-gedə qədimləşdirir . == Həmçinin bax == Mantiya Yer qabığı Litosfer plitə == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.
Ölüm
Ölüm — canlı orqanizmin həyat fəaliyyətinin dayanması. Ölümün səbəbi qocalma, aclıq, xəstəlik, özünəqəsd, qətl və digər proseslər ola bilər. Ölüm vahid zaman ərzində populyasiyada ölən fərdlərin sayını göstərir. Ölüm də populyasiyada bir çox səbəbdən fərdlərin genetik və fizioloji mükəmməlliyindən (yararlığından), əlverişsiz fiziki mühit şəraitinin və yırtıcı, parazit, xəstəliklərin təsirindən asılıdır. Hər nəslin həyat tsiklinin müxtəlif mərhələlərində bu amillərin təsir gücü müxtəlif olur. Bir generasiya fərdlərinin hamısı bioloji yaş həddinə çatması və sonra qısa müddətdə ölməsi ideal hadisə sayılır. Hind filosofu Vivekananda belə hesab edirdi ki, ölüm zəifliyin bir ifadəçisidir: Zəifin nə bu dünyada, nə də başqa dünyada yeri yoxdur. Zəiflik ölümdür, deyirdi Vivekananda. Sokratın öz ölümü ərəfəsində son dəfə etdiyi söhbəti xatırlayın. Bu söhbət Fedonda təsvir edilir.