GÖNLÜCƏ

сущ. зоол. кожан (род летучих мышей с несросшимися ушами). Dağ gönlücəsi горный кожан, ikirəngli gönlücə двухцветный кожан
GÖNKƏSƏN
GÖNLÜK
OBASTAN VİKİ
Gönlücə
Gönlücə (lat. Eptesicus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yarasalar dəstəsinin hamarburunlar fəsiləsinə aid heyvan cinsi.
Dağ gönlücəsi
Dağ gönlücəsi (lat. Eptesicus serotinus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yarasalar dəstəsinin hamarburunlar fəsiləsinin gönlücə cinsinə aid heyvan növü. Ölçüləri iridir (kütləsi 15, 0 – 33,7 q, bədəninin uzunluğu 64,0 – 80,0 mm, bazusu 43.2 -58,0 mm). Qanadları enli və kütdür. Qəhvəyimtil-qonur rəngli xəzi hündürdür. Arealı Şimali Afrikadan və Avropadan Cənub – Şərqi Çinə qədər uzanır. Azərbaycanda 2000 m hündürlüyə qədər hər yerdə yayılmışdır. Eptesicus serotinus andersoni Eptesicus serotinus isabellinus Eptesicus serotinus mirza Eptesicus serotinus pachyomus Eptesicus serotinus turcomanus Bütün landşaftlarda rast gəlinir, ancaq meşələrə və ya onları əvəz edən bağlara daha çox bağlı olan çoxsaylı sinantrop növlərdən biridir. Qışdan başqa bütün mövsümlərdə tapılmışdır. Könlücənin məskunlaşma sıxlığı dəniz səviyyəsindən hündürlük və landşaft tipindən asılı olaraq dəyişir.
Qobi gönlücəsi
Qobi gönlücəsi (lat. Eptesicus gobiensis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yarasalar dəstəsinin hamarburunlar fəsiləsinin gönlücə cinsinə aid heyvan növü. Əfqanıstan, Çin, Hindistan, Monqolustan, Pakistan və Rusiyada yayılmışdır. Rus zooloqu professor Nikolay Alekseyeviç Bobrinski ilk dəfə 1926-cı ildə Qobi səhrasında Altay dağlarından gələn bu heyvan nümunəsini təsvir etmişdir. Bu yarasa bədən uzunluğu 57 ilə 65 mm arasında dəyişən, qolunun uzunluğu isə 38 ilə 42 mm arasında dəyişən olduqca kiçik bir hamarburunlar yarasası növüdür. Arxa hissəsində xəz qırmızı-sarı, tüklərinin dibi tünd qəhvəyi, içəri hissələrindəki xəz qəhvəyi ağ rəngdədir. Yarasanın üst çənəsinin daxili kəsici dişləri xarici hissədəki dişlərə nisbətən daha yüksəkdir. Orta Asiyaya məxsus yerli heyvan növüdür. Bu yarasa növü Qazaxıstan, Əfqanıstan, Şimali Hindistan, Monqolustan və Cənubi Sibirdəki Tuvadan keçərək Şimali İrana qədər, Əlburz dağlarından Çinin şərqinə qədər yayılmışdır. Tipik olaraq səhra, yarımsəhra və dağ bölgələrində yaşayır.
Şimal gönlücəsi
Şimal gönlücəsi (lat. Eptesicus nilssonii) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yarasalar dəstəsinin hamarburunlar fəsiləsinin gönlücə cinsinə aid heyvan növü. Orta ölçülü növdür (kütləsi 8,0 – 14,5 q, bədəninin uzunluğu 50-60 mm, quyruğun uzunluğu 39-47 mm, qulaqların uzunluğu 12-15 mm, bazusu 37,5-43,0 mm-dir). Qulaqları nazik dərilidir. Qulağın qısa dəri çıxıntısının orta hissəsi enlidir. Qanadları nazik, ucları isə itidir. Xəzi sıx, nisbətən uzun və yumşaqdır. Bədənin üst hissəsində ikirəngli (qızılı çalarlı tünd qonur) alt hissəsidə noxudu bozdur. Bütün Şimali Avroasiyada yayılmışdır. Arealın cənubunda hər yerdə nadirdir.

Digər lüğətlərdə