Bir çox götür-qoydan sonra qızlar səpini qurtaran kimi Xanpərinin sahəsinə getməyi qərara aldılar.
Bütün bu tərəddüdlər və götür-qoylardan bezikən Sona, çarşabına bürünüb həyətdən çıxdı.
Nəcəfalıgildə götür-qoy uzun çəkdi.
◊ Götür-qoy etmək (eləmək) – mülahizə etmək, ətraflı fikirləşmək, müzakirə etmək, ölçüb-biçmək.
Biz çox götür-qoy etdikdən sonra yenə də onun evinə girməyi, hərgah müqavimət göstərərsə edam etməyi qərara almışdıq.
Kosa çox götür-qoy etdikdən sonra … qara qıfılı qapıya bənd etmiş və yollanıb kəndə getmişdi.
Bütün əhvalatı o dönə-dönə; Götür-qoy eləyir bir də dərindən.