gözümün işığı, evimin yaraşığı (əzizim)

the apple of my eye / the light of my eyes / my darling / beloved (dear) свет очей моих / милый / солнышко / первый свет в окне (самый любимый, дорогой человек)
gözümə görünmə!
gözümün nuru (yeganə təsəlli)
OBASTAN VİKİ
Gözümün qarası (mahnı)
Gözümün qarası - 2006-cı ildə Azərbaycanda ən populyar mahnılardan biri. Sözləri İsmayıl Dadaşovun, musiqisi Hüseyn Abdullayevindir. Mahnı ilk dəfə 2006-cı ilin yazında Zülfiyyə Xanbabayeva tərəfindən oxunmuşdur. Mahnı efirə getdiyi gündən bütün hitparadlarda 1-ci oldu. Mahnı 2006-cı ildə ilin mahnısı seçildi. Mahnı Zülfiyyə xanımın 2009-cu ildə işıq üzü görən Dəniz albomuna daxil edildi. Mahnının videosu əvvəlki Zülfiyyə Xanbabayeva kliplərindən fərqli olaraq Gürcüstanda çəkildi. Videoda hər hansı bir sujet xətti yoxdu.
Gündüz işığı
Gün və ya sutka – zaman ölçü vahidi. Bir Yer günü 24 saata bərabərdir.
Əzizim! Bura Hindistandır
Oh Darling! Yeh Hai India! (mənası: Əzizim! Bura Hindistandır) — Ketan Mehtanın rejissorluq etdiyi Bollivud filmi.
Narahat olma, əzizim
Narahat olma, əzizim və ya Narahat olma, sevgilim (ing. Don't Worry Darling) — rejissor Oliviya Vayld tərəfindən çəkilmiş Amerika erotik psixoloji triller filmidir. Filmin ssenarisi Keri və Şeyn Van Deyk və Silbermanın hekayəsi əsasında Keti Silberman tərəfindən yazılmışdır. Filmdə baş rolları Florens Pyu və Harri Stayls canlandırmışdır. Köməkçi rollarda isə Uayld, Gemma Çan, KiKi Layn, Nik Kroll və Kris Payn iştirak etmişdirlər. Filmin premyerası 23 sentyabr 2022-ci ildə Warner Bros. tərəfindən edilmişdir. == Qısa süjet xətti == 1950-ci illərdə yaşayan bədbəxt bir evdar qadın onu daimi olaraq narahat edən bir həqiqəti kəşf edir, onu çox sevən həyat yoldaşı isə qaranlıq bir sirri ondan gizlədir. Sonda bu sirrin ifşa edilməsi onlardan birinin ölümü ilə nəticələnir.
Ayın külrəngi işığı
Ayın külrəngi işığı — Ay səthinin Günəş işığı düşməyən hissəsinin zəif işıldaması. Təzə Aydan əvvəl və sonra müşahidə olunur. Yerdən əks olunan Günəş şüalarınn Ayın qaranlıq hissəsini işıqlandırması ilə izah edilir. Ayın külrəngi işığının öyrənilməsi nəticəsində Yerin şüaqaytarma qabiliyyətinin dəyişməsi təyin edilir. Ford, E. B., Turner, E.L. & Seager, S. (2001) ``Characterization of extrasolar terrestrial planets from diurnal photometric variability Nature, Volume 412, Issue 6850, pp. 885–887. link and preprint Seager, S., Turner, E. L., Schafer, J., & Ford, E. B. (2005) ``Vegetation's Red Edge: A Possible Spectroscopic Biosignature of Extraterrestrial Plants Astrobiology, Volume 5, Issue 3, pp. 372–390. (link and preprint) Qiu J; Goode PR; Palle E; Yurchyshyn V; və b. "Earthshine and the Earth's albedo: 1.
Həqiqət İşığı Mükafatı
Həqiqət İşığı Mükafatı — təqribən hər il tibetlilər üçün demokratiya və insan hüquqlarının inkişafını istəyən qeyri-hökumət təşkilatı — Tibet üçün Beynəlxalq Kampaniya tərəfindən verikən insan hüquqları mükafatıdır. Mükafat 1995-ci ildən bəri XIV Dalay Lama tərəfindən şəxsən qəbul edənlərə təqdim edilir.
Şam işığı ayıqlığı
Şam işığı ayıqlığı — insanların xüsusi səbəb üçün dəstək göstərmək məqsədi ilə günbatımından sonra şamlarla çöldə yığışmasıdır. Belə hadisələr daha çox cəmiyyətdəki müxtəlif qrupların çəkdiyi əzablara etiraz etmək üçün və ya xəstəlik, fəlakət, qırğın və ya başqa tragediyalarda həyatını itirənlərini xatirəsini yad etmək üçün həyata keçirilir. Həyatını itirənlərini xatirəsini yad etmək üçün həyata keçirilən mərasimlər şam işığı memorialı da adlandırılır. Şam işığı ayıqlığının adətən dəvətli spikerləri olur və mərasim yerli medya tərəfindən işıqlandırılır. Spiker mərasimin başlığında mərasimin niyə keçirildiyini və nəyi təmsil etdiyini izah edən nitq söyləyir. Bu mərasimlərin dini mənası da ola bilər. Milad bayramında bir çıx kilsələr Şam işığı ayıqlığı keçirirlər Bu mərasimlər iştirak edənləri birləşdirmək və dəstəkləməklə bərabər zor göstərmədən məlumatlandırmağı və dəyişikliyə motivasiya etməyi də mümkün edir.
Mənim əzizim (film, 2006)
Mənim əzizim (hind: जान-ए मन, Rom: Jaan-E-Man) hind dilində çəkilmiş və 20 oktyabr 2006-cı ildə ekranlara çıxarılmış hind komediyasıdır. Rejissor Şiriş Kunderanın debüt işi hesab edilir. Film həm Hindistanda, həm də xaricdə tənqidçilər tərəfindən yüksək qiymətləndirilmişdir. Kollec ulduzu, tələbə rok qrupunun üzvü Suhan Kapur gözəl Pianın sevgisini asanlıqla əldə edir. Onu ümidsizcəsinə sevən əlaçı tələbə Aqastya belə bir rəqibə qarşı heç bir şansının olmadığını başa düşür və geriyə çəkilir. Piya kolleci bitirdikdən sonra varlı valideynlərinin istəyinin əksinə olaraq kino sahəsində karyera qurmaq niyyətində olan kasıb Suhanla evlənir. Piya onu dəstəkləyir və nəhayət ona bir prodüser şirkəti ilə sərfəli müqavilə imzalamaq təklif olunur, Amma bunun üçün Suhan Piyadan ayrılmalıdır ki, bunu da asanlıqla edir. Piya xəyanətə dözür və Suhana hamilə olduğunu belə demir. Dostlarından birinin sayəsində Nyu Yorka köçür, gül dükanı açır və qızı Sühanini tək böyüdür. Suhanın karyerası müvəffəqiyyətsizlik ilə nəticələnir, belə ki, onun debüt filmi müvəffəqiyyətsizlik ilə nəticələnir və prodüserlər onunla işləməkdən imtina edirlər.
Əzizim Fellini (film, 2010)
Əzizim Fellini — Cavid Təvəkkülün rejissoru və ssenari müəllifi olduğu, 2010-cu ildə "Carçı Film" studiyasında çəkilmiş tammetrajlı bədii televiziya filmi. Film rejissor olmaq üçün kənddən paytaxta gələn ədəbiyyat müəllimi Rasimin (Rasim Cəfərov) başına gələn hadisələr üzərində qurulub. Paytaxtda o öz dostunun (Elnur Kərimov) köməkliyi ilə qalmağa ev tapır və imtahanlara hazırlaşır. Şəhərdəki kafelərdən birində o Leyla adlı gözəl qadınla tanış olur və ona vurulur. Leyla Rasimin rejissorluq həvəsinə görə onu italyan kinorejissoru Federiko Fellininin şərəfinə Fellini deyə çağırır. Amma Leyla varlı bir iş adamı olan Camalın (Abbas Qəhrəmanov) məşuqəsidir və Rasimlə münasibətlərini ondan gizlətmək mümkün olmur. Leyla Rasimi sevir, eynilə Rasim də Leylanı, amma Camal bu münasibətin əleyhinədir və Rasimi öz adamlarına döydürür. Döyüldükdən sonra uzun müddət xəstəxanada yatan Rasim, buradan çıxdıqdan sonra yenidən Leylanın axtarışına çıxır və elə ilk tanış olduqları kafedə onu tapır. Amma Leyla burada Camalla birlikdədir və görüş zamanı Leyla çantasından tapança çıxararaq əvvəlcə Camalı, sonra isə özünü öldürür. Bu səhnədə Leylanın Rasimə yazdığı vida məktubundan məlum olur ki, Leylanın uşaq evində 5 yaşında oğlu var və Rasimdən ona qayğı göstərməyi xahiş edir.
Gözümün Qarası (Zülfiyyə Xanbabayeva mahnı)
Gözümün qarası - 2006-cı ildə Azərbaycanda ən populyar mahnılardan biri. Sözləri İsmayıl Dadaşovun, musiqisi Hüseyn Abdullayevindir. Mahnı ilk dəfə 2006-cı ilin yazında Zülfiyyə Xanbabayeva tərəfindən oxunmuşdur. Mahnı efirə getdiyi gündən bütün hitparadlarda 1-ci oldu. Mahnı 2006-cı ildə ilin mahnısı seçildi. Mahnı Zülfiyyə xanımın 2009-cu ildə işıq üzü görən Dəniz albomuna daxil edildi. Mahnının videosu əvvəlki Zülfiyyə Xanbabayeva kliplərindən fərqli olaraq Gürcüstanda çəkildi. Videoda hər hansı bir sujet xətti yoxdu.
Ay işığı (teleserial, 2007)
Ay İşığı (ing. Moonlight) — vampirlərdən bəhs edən fövqəltəbii, dram, fantaziya və qorxu janrlı ABŞ teleserialıdır.2007-ci ildə başlayan serial uğurlu olmasına baxmayaraq 2008-ci ildə başa çatdı. Hətta tamaşaçıların kanala ərizələrindən sonra belə serial davam etmədi. 1947-ci ildə Mik Con Koralin adlı qadına aşiq olur və onunla evlənir. Sevdiyi qadının vampir olduğunu bilməyən Mik gecə yarısı həmin qadın tərəfindən vampirə çevrilir. Heç vaxt günəşə çıxa bilməyəcəyini, ata ola bilməyəcəyini və insanların qanını içmək məcburiyyətində olacağını bildiyi üçün özünə və həmin qadına nifrət edir. Koralin ərini xoşbəxt etmək üçün səkkiz yaşli Bet Turneri oğurlayaraq onu da çevirmək istəyir. Lakin Mik onu yandıraraq balaca qızı xilas edir. Bu hadisədən sonra o, detektiv olmağı qərara alır. və vampir olmağın ona verdiyi imkanlardan yararlanmağa çalışır.
Günəşin işığı (film, 2007)
Günəşin işığı (ing. Sunshine) — rejissor Denni Boylun çəkdiyi və 2007-ci ilin aprelində ekranlara çıxan elmi-fantastik triller. Hadisələr 2057-ci ildə cərəyan edir. Günəş yavaş-yavaş sönməkdədir. Bu isə Yerin məhvi deməkdir. "İkar-2" kosmik gəmisinə Günəşə yaxınlaşmaq və ora nüvə silahı atıb onu yenidən alovlandırımaq tapşırılır. Lakin sonradan aydın olur ki,bu heç də asan iş deyilmiş... Rouz Birn - Keysi,pilot Klif Kürtis - Meys,kompüter mütəxəssisi Mişel Yeo - Korasa,botanik Hiroyuki Sanada - Keneyda Filmdə kosmik gəminin adı qədim yunan əsatirlərinin qəhrəmanı İkardan götürülüb.İkar və onun atası Dedal Krit adasında yaşamağa məhkum edilmişlər.Lakin bir gün İkar özünə qanad düzəldərək göyə uçur.Lakin,Günəşin şüaları onun qanadlarını əridir və İkar yüksək hündürlükdən suya düşərək ölür. Bu əfsanə metaforadır-müəyyən sədd vardır ki,insan o səddi aşmaq gücündə deyil. Müasir araşdırmalar göstərir ki, Günəşdə olan nüvə enerjisi ona ən azı 4.5 milyard il bugünkü kimi parlamağa kifayətdir.
Qaz işığı (film, 1944)
"Qaz işığı" (ing. Gaslight) — rejissor Corc Kyukorun filmi. Neçə il bundan əvvəl boğularaq öldürülmüş məşhur opera müğənnisinin evinə həmin qadının yeganə varisi öz əri ilə yaşamağa gəlir. Gözəl və hər bir şeyə qarşı həssas olan varis Pola Olkvist öz fortepiano müəlliminə ərə getmişdir. Həmin evə gələn Pola uşaqlıq illərini xatırlayır. O zaman xalası öldürülərkən nə qətlin, nə də itmiş daş-qaşın kim tərəfindən oğurlanmasının üstü açılmamışdı. Evin qaranlıq və cansıxıcı mühiti getdikcə Polanı sıxmağa, ona əzab verməyə başlayır. O, demək olar ki, evdən bayıra çıxmır. Nədənsə ona elə gəlir ki, hər axşam evin qaz işığı azalmağa başlayır və bundan sonra onun başı üzərindəki boş çardaqdan naməlum addım səsləri gəlməyə başlayır. Pola dəli olduğunu, ağlının çaşdığını hiss edir.
And içirəm, əzizim (film, 2016)
And içirəm əzizim (Rom: Sanam Teri Kasam) 2016-cı ildə Radhika Rao-Vinay Sapru duetinin rejissoru olduğu və Dipak Mukutun prodüseri olduğu Hindistan romantik faciə filmidir. Baş rollarda Harshvardhan Rane və Mawra Hocane oynamışdırlar. Film Erik Seqalın “Məhəbbət hekayəsi” romanının müasir versiyasıdır. Filmdə Sarasvatinin atası onu evdən qovduqdan sonra İnder heç nəyə baxmayaraq onun yanında dayanır və bu, onları bir-birinə yaxınlaşdırır. Ancaq taleyin onları ayırmaq üçün özünəməxsus planları mövcuddur.
Əzizim! Bura Hindistandır (film, 1995)
Oh Darling! Yeh Hai India! (mənası: Əzizim! Bura Hindistandır) — Ketan Mehtanın rejissorluq etdiyi Bollivud filmi.
Ağ saçların işığı (film, 1993)
Ağ saçların işığında qısametrajlı sənədli filmi rejissor Teymur Bəkirzadə tərəfindən 1993-cü ildə çəkilmişdir. Film "Salnamə" Sənədli Filmlər Studiyasında istehsal edilmişdir. Kinolent Azərbaycanın görkəmli alimi, yazıçısı, pedaqoqu Əzizə xanım Cəfərzadənin anadan olmasının 70 illiyinə ithaf edilmişdir. == Məzmun == Kinolent Azərbaycanın görkəmli alimi, yazıçısı, pedaqoqu Əzizə xanım Cəfərzadənin anadan olmasının 70 illiyinə ithaf edilmişdir.
Balaca günəş işığı (film, 2006)
Balaca günəş işığı (ing. Little Miss Sunshine) — 2006-cı il ABŞ istehsalı faciəvi komediya, yol fimi. Conatan Deyton və Valeri Faris birlikdə rejissorluğu ilə çəkilmiş filmdə, Qreq Kinnir, Stiv Kerell, Tonni Kollett, Pol Dano, Ebiqeyl Breslin və Alan Arkin rol alıb. Filmin premyerası 20 yanvar 2006-cı ildə Sandens Film Festivalında baş tutdu və onun paylama hüquqları festival tarixində edilən ən böyük sövdələşmələrdən biri üçün Fox Searchlight Pictures tərəfindən satın alındı. Filmin ABŞ-da 26 iyul 2006-cı ildə məhdud buraxılışı var idi və daha sonra avqustun 18-dən başlayaraq daha geniş buraxılışa qədər genişləndi. Balaca günəş işığı 101 milyon dollar qazanaraq kassa uğuru qazandı, əsasən aktyorluq, rejissorluq, ssenari və yumora görə tərifləndi. Film ən yaxşı film də daxil olmaqla dörd "Oskar" mükafatına namizəd olub. Arndt və Arkin müvafiq olaraq "Ən yaxşı orijinal ssenari" və "Ən yaxşı ikinci plan aktyoru" nominasiyalarını qazanıblar. Breslin ən yaxşı ikinci plan qadın roluna namizəd olub. O, həmçinin Ən Yaxşı Film üçün Müstəqil Ruh Mükafatını qazandı və bir çox başqa mükafatlar aldı.
Günün soyuq işığı (film, 2012)
Günün soyuq işığı (ing. The Cold Light of Day) rejissor Mabrouk El Meçrinin çəkdiyi 2012-ci il ABŞ və İspaniya istehsalı olan döyüş/triller filmidir. Vill Şau ailəsi ilə birgə yay tətilini keçirtmək üçün İspaniyaya gedir. Qayıqda olarkən üzərək sahilə gələrək dərman alan Vill geri qayıtdıqda qayıqda heç kimin olmadığını görür. Ailəsini mafiya tərəfindən qaçırıldığını öyrənir və ailəsi qarşılığında bir vacib çamadanı taparaq həmin adamlara verməlidir. Həm sağ qalmaq həm də ailəsini xilas etməyə çalışan Vill eyni zamanda da atasının bir vaxtlar Mərkəzi Kəşfiyyat İdarəsində işlədiyini öyrənir. Bundan başqa atasının başqa qadından olan qızı ilə təsadüfən tanış olur və birlikdə bu çətin vəziyyətdən çıxmağa çalışır. Henri Kavill — Vill Şau Siqurni Uiver — Ciin Karrak Brüs Villis — Martin Şau Veronica Eçegui — Lusiya Kaldera Karolina Quddal — Laurie Şau Rafi Qavron — Caş Şau Oskar Cineda — Maksimo Lolo Herrero — Reynaldo Mark Ullod — Visente Emma Hamilton — Dara Kollins Cosef Maule — Qorman Maykl Budd — Esmael Aleks Amaral — Kesar Cim Piddok — Meskler Paloma Bloid — Kristiana Rosçidi Zem — Zahir Kolm Meaney — Mərkəzi Kəşfiyyat İdarəsinin Agenti «Günün Soyuq İşığı» — Internet Movie Database saytında.
Yaz yuxusunun işığı (film, 1996)
Quruluşçu rejissor: Rövşən Almuradlı