gözünün qurdunu öldürmək (azacıq yemək)

to take a bite / to have (catch) a snack / to pick a mouthful / to refresh one’s inner man / to stop the rumbling / to stay the pangs of hunger заморить червячка (cлегка перекусить)
gözünün qorasını tökmək
gözünün quyruğu ilə baxmaq
OBASTAN VİKİ
Yemək
Qida və ya qida məhsulları — orqanizmin xaricdən qəbul etdiyi üzvi və qeyri-üzvi maddələr yığımı. Qidalar çox sadə kimyəvi maddələrdən mürəkkəb üzvi birləşmələrə qədər geniş miqyasda çeşidlilik göstərir. İnsanın hər gün yeyib-içdiyi qidalar çox müxtəlifdir. Onlar orqanizmi lazımi qədər zülallar, yağlar, karbohidratlar, mineral maddələr, vitaminlər və adi su ilə təmin etməlidir.. Ən çox zülal toyuq yumurtasının ağındadır. Lakin pendir və kəsmik də, xalis zülaldan ibarətdir. Zülal ətdə və balıqda da çoxdur. Bir parça xəmir götürüb, onu suda yuyun,əlinizdə rezinə oxşayan yapışqanlı bir şey qalacaq. Bu zülaldır. Alimlər zülalı protein (yun.
Kükü (yemək)
Kükü – İran və Azərbaycan mətbəxinə aid olan, yumurtadan hazırlanan yemək növü. Səfəvilər və Qacarlar dövrünə aid kulinariya kitablarında kükünün adı çəkilir. Qacar sənədləri kükünü qəlyanaltı kimi təqdim etmişdir. İranda Yeni il və Novruz bayramı zamanı kükü bişirmək ənənəsi mövcuddur. İranda yaşayan ermənilər və gürcülər Pasxa bayramı zamanı kükü bişirirlər. Tipik kükü inqredientlərin tavada yağla qızardılması ilə hazırlanır. Bu zaman tavanın üstü bağlı olmalıdır. Bişirmə də kükünün hazırlanma metodlarından biridir. Kükü adətən çörəklə servis edilsə də, İranın şimalında düyü ilə servis edilir. Kükünün bir çox çeşidi hazırlanır.
Külçə (yemək)
Külçə — un məmulatı. Azərbaycanın milli mətbəxindən. Bunun üçün bizə 8 stəkan un, 4 ədəd yumurta, 3 stəkan süd, 8 stəkan şəkər tozu, 2 paket vanel lazımdır. Birinci şəkərlə yumurtanı qarışdırırıq. Sonra isə vaneli tökürük. Ən son olaraq unu və südü əlavə edirik. Acımağa qoyuruq. Acıdıqdan sonra xəmiri kiçik-kiçik kündələr halına gətiririk. Onları yuxa kimi yayırıq. Uyğun bir qab götürüb yaydığımız yuxanı tək-tək qabın içinə qoyuruq.
Naan (yemək)
Naan (farsca نان‎, hindce नान, urduca نان‎, kürdce nan, çin dilinde ise 馕) — buğdadan hazırlanmış əriştədir. Hindistan milli mətbəxinə məxsusdur. Hindistanla yanaşı Əfqanıstan, İran, Nepal, Pakistan, Tacikistan, Özbekistan və digər Orta Asiya ölkələrində məşhur yeməkdir. Türk dilində (misal üçün qazax, qırğız, özbək, uyqur və s.) çörək “nan” adlanır. Esas erişteni buğda unundan hazırlanmış xemşr teşkilr edir. Ancaq zövqdən asılı olaraq lobya, tərəvəz, pendir və ya kartofda əlavə edilir. Naan sup, çay və ya müxtəlif sulu yeməklə yeyilir. Naan sözü ingilis dilinə 1810-cu ilde Villiyam Tokko gətirib. Fars dilində “nan” çörək deməkdir. İllər ərzində Orta və Mərkəzi Asiyada nan sözü müxtəlif mənalar bildirmiş və sonda düz yeni lavaş çörək naan adlandırılmışdır.
Qarnıyarıq (yemək)
Qarnıyarıq — Sote edilmiş doğranmış soğan, sarımsaq, qara bibər, pomidor, istəyə bağlı yaşıl bibər, cəfəri və qiymə qarışığı ilə doldurulmuş badımcandan ibarət yemək.
Son yemək
Son yemək (son şam yeməyi, ingiliscə last meal) ölümə cəzası edilmiş şəxsin hökmün icrasına az qalmış aldığı xüsusi yeməkdir. Son yeməyin menyusu adətən məhkumun əmri ilə (məqbul hədlər daxilində) tərtib edilir. Ənənəvi olaraq, ölüm hökmü tətbiq edən əksər ABŞ ştatlarında son yemək hüququ məhkumlar üçün qorunur. İstisna Texas ştatıdır, burada sonuncu yemək 2011-ci ildə məhkum Lourens Rassel Breverin çox böyük sifariş verərək yeməyə belə toxunmamasından sonra ləğv edilib. Həmçinin Merilend ştatında məhkumlar üçün son yemək nəzərdə tutulmayıb, lakin 2013-cü ildə bu ştatda ölüm hökmü ləğv edilib. ABŞ-nin bir çox ştatlarında məhkumların həddindən artıq ekzotik istəklərinə əməl etmək zərurətindən qaçmaq üçün müəyyən məhdudiyyətlər var. 1990-cı illərin sonlarından etibarən əksər hallarda alkoqollu içkilər qadağan edilib. Floridada bütün ərzaq məhsulları yerli olaraq alınmalı və cəmi 40 dollardan çox olmamalıdır. Luiziana ştatında sifariş dəyəri 15 dollardan çox olmamalıdır. Acmal Kasab: imtina etdi.
Yemək çubuqları
Yemək çubuqları ya Çapstiklər (ing. Chopsticks) — qısa quşburun bərabər uzunluqlu cüt istifadə olununan çubuqlardır ki Çin, Monqolustan, Yaponiya, Koreya, Vyetnamda və Laos, Tayland və Myanmanın şimal əyalətlərinə ənənəvi yemək alətləri kimi istifadə olunur. Ümumiyyətlə qədim Çində başlanğıcının qoyulması inanılır. Yemək çubuqları ən çox, ağac, bambuk və ya plastikdən hazırlanır, amma metal, sümük və fildişindən də hazırlanır. Yemək çubuqlarına Yaponca haşi (箸), Koreyaca jeotqarak (젓가락) və Çincə kuaizi (筷子) deyilir. Yemək çubuqları əsas əldə baş barmağ ilə barmağlar arasında saxlanılır və qida parçaların qaldırmaq üçün istifadə olunur. Aşağı yemək çubuğu sabitdir və baş barmaq bazası və üzük barmağının üst qisimi aralarında yerləşdirilir, yuxarı yemək çubuğu isə baş barmaqın üst qisimində və orta və işarə barmaqlarında yerləşdirilir və qida qaldırmaq üçün hərəkət etdirilir. A gallery of chopstick images Bring Your Own Chopsticks Movement Gains Traction in Asia Arxivləşdirilib 2007-03-07 at the Wayback Machine, article examining the link between chopsticks and deforestation How to use Chopsticks?
Bülbülü öldürmək
Bülbülü öldürmək (ing. To Kill a Mockingbird) — 1960-cı ildə Harper Li tərəfindən qələmə alınmış roman. Roman nəşr edildikdən sonra qısa zaman ərzində məşhurlaşaraq Pulitser mükafatını qazandı və müasir Amerika ədəbiyyatının klassiki oldu. Əsərin süjet xətti və qəhrəmanları Harper Linin ailəsi, qonşuları və 1936-cı ildə 10 yaşı olarkən yaşadığı Alabama ştatının Monrovill şəhərində başına gəldiyi bir hadisədən götürülmüşdür. Hekayə altı yaşındakı Cin Luis Finç tərəfindən nəql olunur. Romanda təcavüz və irqi ayrı-seçkilik mövzuları yer alsa da, əsasən, yumoristik məzmunu ilə tanınır. Hekayəni nəql edən Luis Finçin atası Attikus Finç bir sıra oxucu kütləsi üçün əsl qəhrəmana çevrilmişdi və vəkillər üçün öz vəzifəsini vicdanla həyata keçirən hüquqçü modeli idi. Bir tənqidçi roman haqqında yazır: "Bülbülü öldürmək əsəri XX əsrdə Amerikada mövcud olan irqi ayrı-seçkiliyi özündə əks etdirən ən çox oxunan kitabdır və onun qəhrəmanı Attikus Finç irqi mübarizənin ən təsirli bədii imicidir". Cənubi qotik üslubunda yazılmış bir roman olan "Bülbülü öldürmək" romanının əsas mövzusu irqi bərabərsizlik və günahsızların məhvidir. Bundan əlavə, bir çox tənqidçilər vurğulayırlar ki, Li əsərdə Amerikanın ucqar cənubundakı sosial təbəqə, cəsarət, müqayisə və gender rolları məsələlərinə də toxunur.
Sultanı öldürmək (roman)
Sultanı öldürmək - Türkiyə yazıçısı Ahmet Ümit tərəfindən 2012-ci ildə yazılmış krimanal roman. Roman cinayət, məhəbbət və tarix üslublarını özündə birləşdirir. Hadisələr XV əsr Osmanlısından bəhs edir. Osmanlı padşahı və Konstantinopolun fatehi Fateh Sultan Mehmet öz qüdrətinin zirvəsindədir. Konstantinopol fəth olunmuşdur, sultanın adı bütün dünyaya yayılmışdır. 49 yaşında hakimiyyətinin ən qüdrətli dövrünü yaşayan sultan müxtəlif xalqlardan, müxtəlif dinlərdən olan insanlardan yeni xalq qurmaq istəyi ilə alışıb yanır. Lakin qəflətən sultan öldürülür. Hakimiyyət uğrunda iki şahzadə mübarizəyə qalxır. Saray iki yerə ayrılır. Xalq isə bundan xəbərsizdir...
Bülbülü öldürmək (film)
Bülbülü öldürmək (ing. To Kill a Mockingbird) — 1962-ci ildə çəkilən ABŞ filmi. Hüquqşünas Attikus Finç (Qreqori Pek) 2 uşağı ilə birlikdə 1930-cu illərin Alabama ştatında yaşayır. O dövrdə digər yerlərdə olduğu kimi burada da irqçilik hökm sürür. O, bir qadını zorlamaqda günahlandırılan, lakin heç bir günahı olmayan qaradərili bir kişini məhkəmədə müdafiə etməyi öz üzərinə götürür. Şəhərlilərin əksəriyyəti onu bu işdən əl çəkməyə çağırsa da, o, işi sona çatdırmaq niyyətindədir. O, öz istəyinə nail olacaqmı? O, şəhərdəki irqi ayrı-seçkiliyi aradan qaldıracaqmı? 1962-ci ildə Harper Linin eyniadlı əsəri əsasında Robert Mulligan tərəfindən çəkilmiş film. Baş rollarda Qreqori Pek, Meri Bedhem və b.
Körpə Hitleri öldürmək
Körpə Hitleri öldürmək – etika və nəzəri fizikada zamanda səyahət edərək körpə Adolf Hitleri öldürməkdən bəhs edən fikir təcrübəsi. Bu məsələ həm insan öldürmək, həm də doğuracağı nəticələr səbəbilə etik dilemmaya səbəb olur. Körpə Hitleri öldürmək İkinci Dünya müharibəsindən etibarən elmi fantastikanın mövzularından biridir və etika müzakirələrində səsləndirilir. Körpə Hitleri öldürməyin etik doğruluğu barədə konsekvensialist, deontoloji və utilitarist arqumentlər irəli sürülmüşdür. Təbiət yoxsa tərbiyə baxış bucağı isə körpə Hitleri öldürmək əvəzinə onun böyüdüyü cəmiyyəti dəyişməyi müdafiə edir. Məsələ nəzəri fizikada da müzakirə olunmuşdur. Körpə Hitleri öldürmək barədə ictimaiyyətin fikri müxtəlifdir. Florida qubernatoru Ceb Buş və aktyor Tom Henks öldürməyi dəstəkləsələr də, komediyaçı Stefan Kolbert və Ben Şapiro bu fikrə qarşı çıxmışdır. 2015-ci ildə "The New York Times" bu mövzu üzrə oxucuları arasında sorğu keçirmişdir. Konsekvensializmə görə istənilən hərəkətin əxlaqi baxımdan doğruluğu səbəb olduğu nəticələrə əsasən qiymətləndirilə bilər.
Bülbülü öldürmək (film, 1962)
Bülbülü öldürmək (ing. To Kill a Mockingbird) — 1962-ci ildə çəkilən ABŞ filmi. == Məzmunu == Hüquqşünas Attikus Finç (Qreqori Pek) 2 uşağı ilə birlikdə 1930-cu illərin Alabama ştatında yaşayır. O dövrdə digər yerlərdə olduğu kimi burada da irqçilik hökm sürür. O, bir qadını zorlamaqda günahlandırılan, lakin heç bir günahı olmayan qaradərili bir kişini məhkəmədə müdafiə etməyi öz üzərinə götürür. Şəhərlilərin əksəriyyəti onu bu işdən əl çəkməyə çağırsa da, o, işi sona çatdırmaq niyyətindədir. O, öz istəyinə nail olacaqmı? O, şəhərdəki irqi ayrı-seçkiliyi aradan qaldıracaqmı? == Film haqqında == 1962-ci ildə Harper Linin eyniadlı əsəri əsasında Robert Mulligan tərəfindən çəkilmiş film. Baş rollarda Qreqori Pek, Meri Bedhem və b.
Nəzakətlə öldürmək (film, 2012)
Billi öldürmək: 1-ci hissə
Billi öldürmək: 1-ci hissə (ing. Kill Bill: Volume 1) — 2003-cü ildə rejissor Kventin Tarantino tərəfindən ekranlaşdırılmış Amerika döyüş sənətləri janrında filmdir. Filmin ssenarisi də Tarantinoya məxsusdur. Film toy günü ona xəyanət edən və onu öldürməyə cəhd edən keçmiş həmkarlarından qisas alan sui-qəsdçi Gəlinin (Uma Turman) hekayəsindən bəhs edir. "Billi öldürmək" filminin kinoteatrlarda nümayişi əvvəlcə bir seriya olaraq nəzərdə tutulmuşdu. Lakin filmin müddəti dörd saatdan çox olduğundan film iki hissəyə ayrıldı. 1-ci hissə kinoteatrlarda 180 milyon dollar gəlir əldə edərək, Tarantinonun həmin vaxtadək ən yüksək qazanc gətirən filmi oldu. "Billi öldürmək: 2-ci hissə" bir il sonra 16 aprel 2004-cü ildə kinoteatrlarda nümayiş olundu. Gəlinlik libasında olan qadın Texasın El Paso şəhərində Ölümcül İlanlar Dəstəsinin hücumundan sonra kilsədə yaralı halda uzanıb. Dəstənin başçısı Bill onu güllə ilə başından vurmazdan əvvəl Gəlin ona hamilə olduğunu və körpənin atasının Bİll olduğunu söyləyir.
Billi öldürmək: 2-ci hissə
Billi öldürmək: 2-ci hissə (ing. Kill Bill: Volume 2) — 2004-cü ildə rejissor Kventin Tarantino tərəfindən ekranlaşdırılmış Amerika döyüş sənətləri janrında filmdir. Filmin ssenarisi də Tarantinoya məxsusdur. Film 1-ci hissənin davamı olub sui-qəsdçi Gəlinin (Uma Turman) toy günü ona xəyanət edən və onu öldürməyə cəhd edən keçmiş həmkarlarından qisas almasından bəhs edir. "Billi öldürmək" filminin kinoteatrlarda nümayişi, əvvəlcə, bir seriya olaraq nəzərdə tutulmuşdu. Lakin filmin müddəti dörd saatdan çox olduğundan film iki hissəyə ayrıldı. 1-ci hissə kinoteatrlarda 180 milyon dollar gəlir əldə edərək, Tarantinonun həmin vaxtadək ən yüksək qazanc gətirən filmi oldu. "Billi öldürmək: 2-ci hissə" bir il sonra 16 aprel 2004-cü ildə kinoteatrlarda nümayiş olundu.
Billi öldürmək: 1-ci hissə (film, 2003)
Billi öldürmək: 1-ci hissə (ing. Kill Bill: Volume 1) — 2003-cü ildə rejissor Kventin Tarantino tərəfindən ekranlaşdırılmış Amerika döyüş sənətləri janrında filmdir. Filmin ssenarisi də Tarantinoya məxsusdur. Film toy günü ona xəyanət edən və onu öldürməyə cəhd edən keçmiş həmkarlarından qisas alan sui-qəsdçi Gəlinin (Uma Turman) hekayəsindən bəhs edir. "Billi öldürmək" filminin kinoteatrlarda nümayişi əvvəlcə bir seriya olaraq nəzərdə tutulmuşdu. Lakin filmin müddəti dörd saatdan çox olduğundan film iki hissəyə ayrıldı. 1-ci hissə kinoteatrlarda 180 milyon dollar gəlir əldə edərək, Tarantinonun həmin vaxtadək ən yüksək qazanc gətirən filmi oldu. "Billi öldürmək: 2-ci hissə" bir il sonra 16 aprel 2004-cü ildə kinoteatrlarda nümayiş olundu. == Filmin süjeti == Gəlinlik libasında olan qadın Texasın El Paso şəhərində Ölümcül İlanlar Dəstəsinin hücumundan sonra kilsədə yaralı halda uzanıb. Dəstənin başçısı Bill onu güllə ilə başından vurmazdan əvvəl Gəlin ona hamilə olduğunu və körpənin atasının Bİll olduğunu söyləyir.