1. Arxalanmaq, bel bağlamaq. Atasına güvənmək. – Sənə güvəndiyim dağlar, sənə də qar yağarmış. ( Ata. sözü ).
Ellərə güvənib yazsa sənətkar; İlham xəzinəsi tükənməz olar.
2. Lovğalanmaq, öyünmək, qürrələnmək, boş yerə fəxr etmək.
[Bayram:] …Sonra qızlar içində güvənəcəksən ki, guya sənin də ərin var?
İncə xanım çox güvənir özündəki gözəlliyə.