GÜVƏNMƏK

f.
1. Arxalanmaq, bel bağlamaq. Atasına güvənmək. – Sənə güvəndiyim dağlar, sənə də qar yağarmış. ( Ata. sözü ).
Ellərə güvənib yazsa sənətkar; İlham xəzinəsi tükənməz olar. S.Vurğun.

2. Lovğalanmaq, öyünmək, qürrələnmək, boş yerə fəxr etmək.
[Bayram:] …Sonra qızlar içində güvənəcəksən ki, guya sənin də ərin var? M.F.Axundzadə.
İncə xanım çox güvənir özündəki gözəlliyə. S.Vurğun.

Sinonimlər (yaxın mənalı sözlər)

  • GÜVƏNMƏK güvənmək bax 1. arxalanmaq; 2. lovğalanmaq
GÜVƏNMƏ
GÜYƏMƏ

Digər lüğətlərdə