Farscadır, güzar (əsli: qozər) sözünün cəmidir. Farsca qozaştən məsdəri ilə bağlıdır, mənası “keçib-gedən”, “daimi olmayan” deməkdir. “Keçənə güzəşt deyərlər” mənasında güzəşt sözü elə keçmək sözünün sinonimidir. İndi “уступка” anlamını əks etdirir. Güzəran həm də “yaşayış vasitələri, yaşayış tərzi” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)