GENEZİS (MƏNŞƏ)

geologiyada müəyyən şəraitdə geoloji proseslərin təsiri ilə hər hansı geoloji törəmənin: faydalı qazıntı yataqlarının, süxurların və b. yaranması. G. müəyyən edilməsi geoloji törəmələrin təbiətini dərk etməkdə faydalı qazıntıların axtarışını düzgün istiqamətləndirməkdə geoloji proseslərin ümumi nəzəriyyəsinin işlənilməsində mühüm rol oynayır (mis: filiz əmələgəlmə və b). генезис genesis
GENETİK TƏSNİFAT
GEOANTİKLİNAL
OBASTAN VİKİ
Genezis (geologiya)
Genezis Rodriges
Genezis Rodriges (29 iyul 1987[…], Mayami, Florida) — Tam adı Genesis Rodriguez Peres olan aktrisa Venesuela mənşəli olub, 29 iyul 1987-ci ildə Florida ştatının Mayami şəhərində anadan olmuşdur. Musiqiçi El Puma ləqəbli müğənni Xose Luis Rodrigezin qızıdır və El Puma ləqəbini daşıyır. Onun Liliana Rodriguez və Lilibeth Morillo adlı bacıları var.
Mənşə (Den Braunun əsəri)
Başlanğıc (ing. Origin) — ABŞ yazıçısı Den Braun tərəfindən 2017-ci ildə mistik-triller janrında yazılmış romandır. Robert Lenqdon haqqında romanlar seriyasından olan əsər Mələklər və iblislər, Da Vinçi şifrəsi, İtirilmiş simvol və Cəhənnəm romanlarından sonra beşinci romandır. Əsər ilk dəfə 3 oktyabr 2017-ci ildə "Doubleday" nəşriyyatı tərəfindən təqdim edilmişdir.
Qatilin inancı: Mənşə (film, 2009)
Assasinin kredosu: Mənşə (ing. Assassin’s Creed: Lineage) — Qatilin İnancı II videooyunu əsasında çəkilmiş üç qısa bölümdən ibarət bir filmdir. Film Ubisoft tərəfindən çəkilmişdir. Və birinci bölümü də 26 oktyabr 2009-cu ildə YouTube-də çıxmışdır. Filmin məqsədi videooyun üçün həvəs yaratmaq idi, bununla bərabər, həm də o, Ubisoft-un film sahəsinə girməsində ilk addım oldu. Filmi kanadalı rejissor İv Simono yönəltmişdir. Filmdəki əhvalat Qatilin İnancı II oyunundakı əhvalatın başlanğıcıdır. Diqqətlər videooyunun baş qəhrəmanı Ezio Auditore da Firenze-nin atası Covanni Auditore-nin üzərində cəmləşir. Covanni XV əsr intibah dövrundə İtaliyada yaşayan bir Qatildir. Yeni bir çağın başlanğıcında satqın bir ailə tərəfindən birləşmiş vahid İtaliyanı dağıtmaq üçün İtaliyanın güclü ailələrindən olan Medisi ailəsinə qarşı sui-qəsd qurulur.