GEOİD

Yerin həqiqi forması. G. səthi bütün nöqtələrdə ağırlıq qüvvəsi istiqamətinə perpendikulyardır, okeanlarda suyun orta səviyyəsinə uyğun gəlir. G. səthi hər yerdə qabarıqdır və nəzəri sferoid səthindən ±100 m-dən çox olmayaraq tərəddüd edir (materiklərdə sferoid səthindən yuxarı, okeanlarda isə aşağıdır). геоид geoid
GEOXRONOLOJİ CƏDVƏL
GEOİZOBAT
OBASTAN VİKİ
Geoid
Geoid — Dünya okeanın həyəcansız vəziyyətdəki səthinin və onun qitələr üzərində davamına uyğun olan ağırlıq qüvvəsi potensialının bərabər qiymətlərinin yaratdığı mürəkkəb həndəsi səth. Geoid Yerin fiqurunu müəyyən edir, onun dağlardan və dəniz hövzələrindən təşkil olunmuş fiziki səthindən əhəmiyyətli dərəcədə fərqlənir. Geoid vəziyyəti hər yerdə ayrı-ayrılıqda Yerin süni peyklərinin hərəkətini müşahidə etməklə, geodezi-astronomik və qravimetrik məlumatlara əsasən tapılır. Yer ellipsoidinin ölçü və forması adətən böyük yarımoxu (a) və sıxılması (a) ilə təyin edilir. a = (a — b) / (ab). Burada b- ellipsoidin kiçik yarımoxudur. a = 6378,245 km, a =1/298,3. Yerin həqiqi forması (rus. геоид, ing. geoid) .

Digər lüğətlərdə