GEOTEKTONİK SİKL

Belousova görə uzun müddət ərzində (150 mln. ilə yaxın) bütün Yer üzərində həm geosinklinal və həm də platformalarda eyni vaxtda təzahür edən ehtizazı hərəkətlər rejiminin dövrü dəyişməsi. Qalxma və enmənin dövriliyi dənizlərdə geniş transqressiya və reqressiyaların dövriliyinə səbəb olur. Paleozoydan başlayaraq Yerin inkişafında üç sikl ayrılır: Kaledon-Kembridən başlayır və Devonun əvvəllərində qurtarır; Hertsen-Devondan başlayıb, Permdə qurtarır; Alp-bütün Mezozoy və Kaynozoyda davam edən. Belousova görə geosinklinallarda qırışıq əmələgəlmə epoxaları bu sikllərə uyğun gəlir. цикл геотектонический geotectonic cycle
GEOTARİXİ PRİNSİP
GEOTEKTONİK ŞƏRAİTİN İNVERSİYASI
OBASTAN VİKİ
Geotektonik skil
Sikl terrası
Sikl terrası (rus. цикловая терраса, ing. cyclic terrace) — tektonik hərəkətlərin təsiri nəticəsində çay dərəsinin meyilliyinin artması və eroziya bazisinin aşağı düşməsi ilə əlaqədar formalaşan terraslar. Sikl terrası iqlimin rütubətlənməsi, çayın eroziya fəaliyyətinin artması nəticəsində də yaranır.