Girdin qazana - oldun yeməli.

You cannot lie down with dogs without rising with fleas. / Who keeps company with the wolves, will learn to howl. / He that lies down with dogs must rise up with fleas. / He that lives with cripples learns to limp. / You can’t back out once you’ve begun. / Cf. Once you’ve put your hand to the plough, don’t look back. / Once you pledge don’t hedge. / In for a penny, in for a pound. / Those who play bowls must expect to meet with rubbers. Попал в стаю, лай не лай, а хвостом виляй. / С волками жить - по-волчьи выть. / Между воронами и сорока по-вороньи каркает. / Севши в пиру на ряду, не говори: плясать не могу. / Взялся за гуж, не говори, что не дюж.
girdə masa dalında konfrans
girən kol deyil
OBASTAN VİKİ
Yeməli abelmoş
Bamiyə (lat. Abelmoschus esculentus) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin əməköməcikimilər fəsiləsinin abelmoş cinsinə aid bitki növü. Hündürlüyü 1,5 m-ə çatır. Xarici görünüşünə və çiçəklərinə görə pambıq koluna oxşayır. Vətəni Şərqi Afrikadır. Bamiyənin yetişməmiş meyvəsi tərəvəz kimi işlədilir (xörəyə tökülür, salat və konserv hazırlanmasında istifadə edilir); gövdəsindən qaba lif alınır. Qovrulmuş toxumundan qəhvə surroqatı hazırlanır. Tropik və subtropik ölkələrdə, Şimali Amerika və Cənubi Avropada bir çox sortu yetişdirilir. Bamiyə Azərbaycanda da (əsasən Xaçmaz rayonunda) əkilir. Bamiyə sözünün mənşəyi ərəbcə eyni məna daşıyan باميا (bāmiyā) sözünə əsaslanır.
Yeməli doqquzdon
Yeməli doqquzdon (lat. Lonicera edulis) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin doqquzdonkimilər fəsiləsinin doqquzdon cinsinə aid bitki növü. Əsasən Şərqi Sibirdə, Uzaq Şərqdə bitir. Hündürlüyü 0,6-1 m-ə çatan alçaqboylu koldur. Cavan budaqları nazik və sıx tükcüklüdür. Bitki yaşlandıqca budaqları çılpaqlaşır. Yarpaqları nazik, ensiz neştərvaridir, saplağı qısadır. Çiçəkləri nektarlı, qıfvari formalı, süpürgəvari çiçək qrupunda olmaqla yarpaq qoltuğunda yerləşir, ləçəkləri sarı rəngdədir. May-iyun aylarında çiçəkləyir. Meyvəsi tünd-göyümtül rəngli, 9-12 mm uzunluğunda olmaqla, silindrvarı formadadır, əsasən iyul ayında yetişir.
Yeməli giləzəhər
Yeməli topalaq
Yeməli topalaq (lat. Cyperus esculentus) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin topalaqkimilər fəsiləsinin topalaq cinsinə aid bitki növü. Cyperus aureus subsp.
Yeməli yosunlar
Yeməli yosunlar — Yosunlar göbələklər kimi yeyilən və yeyilməyən olur. Yeyilən yosunlar dəniz yosunlarıdır. Şirin su yosunları zəhərli ola bilər. Dəniz otları fibra (liflər), minerallar, mikroelementlər və vitaminlərlə zəngindir (xüsusilə kalsiumla). Tam proteinlidir" , yəni tərkibində insan orqanizmi üçün vacib olan doqquz aminoturşunun adekvat proporsiyası var. Yeyilən yosunları xüsusən onların yodla zənginliyi və sağlam tiroid üçün əhəmiyyətidir. Tiroid metabolizmi və bədən temperaturunu requlyasiya edir. Ona görə yosunlar çəki probleminə də kömək edə bilir. Bundan başqa təbii diuretikdirlər (sidik ifrazını gücləndirirlər). Bəzi yosunlar, məsələn mozuku (yaponca) yosunu, hətta xərçəng müalicəsində istifadə olunur.
Sən gəlməz oldun
“Sən gəlməz oldun” — bəstəkar Ələkbər Tağıyevin şairə Mədinə Gülgünün sözlərinə bəstələdiyi mahnı. Mahnını vaxtı ilə Zeynəb Xanlarova, Məmmədbağır Bağırzadə, Faiq Ağayev və s. ifa ediblər. Xarici müğənillərdən Türk dilində Sibel Can və Gülay Sezər, Azərbaycan dilində Sati Kazanova, Rus dilində Soqdiana (“Məni yada sal” adı ilə). Mahnı 1973-cü ildə Ələkbər Tağıyev tərəfindən qardaşı oğlunun həyat yoldaşı Sevda xanıma həsr olunub. Sevda xanımın uşağı olandan sonra özü xərçəng xəstəliyinə düçar olur və o, uşağı bir yaşa dolmamış vəfat edir. Bu hadisə Ələkbər Tağıyevə çox təsir edir. Nəticədə o bu mahnını Sevda xanıma ithaf etmiş olur.
Ləpirçi: Mən yeməli deyiləm
Ləpirçi: Mən yeməli deyiləm — Rövşən Abdullaoğlunun "Ləpirçi" silsiləsindən olan ilk kitabı. Roman Amerikanın Erik Hoffer adına kitab müsabiqəsində (Eric Hoffer Book Award) uğur qazanıb. Kitab münsiflər heyətindən uğurlu rəylər toplayaraq finalçılar arasında yer alıb. == Məzmun == “Ləpirçi” silsiləsi Afrika tayfalarının gizli və aşkar düşmənlərindən, böyük bir materikin taleyini dəyişməyə cəhd edən cəsur və mərd insanların mübarizəsindən danışır. Bu kitablar, eyni zamanda oxucunu müxtəlif Afrika tayfalarının qədim mədəniyyəti, inanc və əfsanələri, insanla təbiətin əsrarəngiz rabitəsi ilə də tanış edəcək; həyat fəlsəfəsi, yaradılış, insan və cəmiyyətin psixologiyası ilə bağlı mühüm suallara aydınlıq gətirəcək. Silsilənin ilk kitabı olan “Mən yeməli deyiləm” Afrika xalqları arasında ən çox zülmə məruz qalmış tayfalardan biri olan piqmeylərdən bəhs edir. Digər tayfaların bir heyvan kimi ovlayıb yediyi bu insanlar daha sonra yerlilərlə yanaşı, həm də ağdərili istilaçılar tərəfindən hər cür təcavüzə məruz qaldılar. Dünyanın ən qısaboy xalqı olan piqmeylər XX əsrin əvvəllərində Avropa və Amerika heyvanxanalarında “təkamülü tamamlanmamış insan” adı ilə canlı eksponat kimi qəfəsdə saxlanılırdılar. Yumruq boylu insanların talelərini dəyişmələri üçün qarşılarında duran ən mühüm sual bizi, bəlkə də, heç vaxt düşündürməyib: insan olduğunu isbat etməyin bir yolu varmı? == Nəşr == Kitab 2020-ci ildə Bakıda Qədim Qala nəşriyyatında "Ləpirçi" silsiləsində 264 səhifədə 60x84 ölçüsündə çap edilib.