GPON
Gigabit-capable passive optical network (GPON) və ya G.984 — gigabit tutumlu passiv optik şəbəkənin (GPON) tətbiqi üçün ITU-T standartı. O, adətən FTTP xidmətlərinin müştəri ilə ən uzaqdakı əlaqəsini (son kilometr) həyata keçirmək üçün istifadə olunur.
GPON optik mühitə və ona daxil olmaq üçün istifadə olunan cihaza tələblər qoyur və Ethernet kadrlarının optik siqnala çevrilmə üsulunu, həmçinin həmin siqnalın parametrlərini müəyyən edir. OLT və ONT-lər arasında vahid əlaqənin ötürmə qabiliyyəti 2,4 Gbit/s aşağı , 1,2 Gbit/s yuxarı və ya nadir hallarda simmetrik 2,4 Gbit/s təşkil edir və standartın müəyyən etdiyi TDMA protokolundan istifadə edərək 128 ONT-yə qədər paylaşılır. GPON xətaların düzəldilməsi (Reed-Solomon) və şifrələmə (AES) üçün protokolları müəyyənləşdirir, identifikasiyanı (LOID, seriya nömrəsi və/və ya parol) daxil edən xətt nəzarəti (OMCI) üçün protokolu müəyyən edir.
GPON-un tətbiq edilməsi bir çox ümumi xüsusiyyətləri bölüşsə də, əksər xüsusiyyətlər qeyri-müəyyən olaraq qaldı, buna görə də praktikada müxtəlif tətbiqlər arasında uyğunluq azdır. Xüsusilə, istifadə ediləcək fiber kabel və birləşdiricilərin dəqiq növü müəyyən edilməyib.
OLT kimi tanınan əsas optik ötürücü, telekommunikasiya operatorunun mərkəzi ofisində yerləşir. OLT-dəki lazer, fotonları mərkəzi ofisdən passiv optik ayırıcıda bitən şüşə və plastik fiber-optik kabelə göndərir. Splitter mərkəzi ofisdən gələn vahid siqnalı 64-ə qədər istehlakçıya göndərilə bilən siqnallara bölür.