1. Bərkdən səslənmək, gurultu qoparmaq, guruldamaq.
Hiddət ilə ruzigar gurlar; Qar parçaları səmaya fırlar.
// Eyni mənada odlu silahlar haqqında. Minomyotlar gurladı. Uzaqvuran toplar aramsız gurlayırdı.
// Eyni mənada gurultulu səs çıxaran çalğı alətləri haqqında. Təbil gurladı.
– Şeypurlar gurladı, ov bitdi.
[Qacar:] Gurlasın dağlarda şeypurun səsi; Sabah alınmalı Şuşa qələsi!
2. Qalın və güclü səs çıxarmaq, bu cür səslə danışmaq. Qoca gurladı.
– [Ayrım qızının] gurlayan ( f.sif. ) səsini hər kəs eşitsə idi, onun bir kişi olduğuna inanardı.
// Bərk səslənmək.
Bu suallar birər-birər Dəmirqayanın qulağında gurlayırdı.
3. məc. Güclü bir qüvvə ilə başlamaq, qopmaq.
Pəncərədən izdihama tamaşa edən xanımlar, qızlar 1825-ci ildə baş vermiş dekabristlər üsyanının yeni bir qüvvətlə gurlayacağından qorxub tir-tir əsirdilər.