Gwyneth Paltrow
Qvinet Keyt Peltrou (27 sentyabr 1972[…], Los-Anceles, Kaliforniya) — ABŞ aktrisası və müğənnisi.
== Həyatı ==
Qvinet Peltrou 27 sentyabr 1972-ci ildə Kaliforniyanın Los-Anceles şəhərində anadan olmuşdur. O, aktrisa Blythe Danner və film prodsseri Bruce Paltrowın qızıdır. Atası əslən yəhudi, anası isə yarı holland, yarı ingilisdir. Özündən kiçik Jake Paltrow adlı qardaşı var. Əmisi isə opera müğənnisidir.
Aktrisa Santa Monika şəhərində böyüyüb. 2003-cü ildə ingilis əsilli müğənni Chris Martinlə ailə həyatı quran aktrisa 2014-cü ildə ondan boşanmışdır. Cütlyün iki övladı var.