Göttingen
Göttingen (alm. Göttingen) — Almaniyanın Aşağı Saksoniya torpağında universitet şəhəri. Saksoniyanın əhalisinə görə beşinci şəhəridir. Şəhər 18 şəhər rayonundan ibarətdir.
Georq-Avqust adına Göttingen universiteti 1734-ci ildə Böyük Britaniya kralı II Georq tərəfindən təsis edilib. Vaxtilə Avropanın ən böyük universitetlərindən sayılıb. 100 minlik şəhərin təqribən 23 mini dünyanın müxtəlif bölgələrindən gələn tələbələrdir. Universitetlə 45 nəfər nobel mükafatı laureatı əmək fəaliyyəti ilə bağlı olub. 4,5 milyon ədəd kitabla universitet kitabxanası Almaniya kitabxanaları arasında öndə gedir.
1998-2005-ci illərdə Almaniyanın federal kansleri olmuş Gerhard Şröder bu universiteti bitirmişdir.