1. Qıcıqlandırmaq, acışdırmaq, qaşındırmaq. Dərman yaranı göynətdi.
– [Nəcəfalı] qozdan bir neçəsini qoynuna doldurdu, qərzəkli qoz ətini göynətdi.
2. məc. Narahat etmək, nigarançılıq doğurmaq, incitmək, ruhi əzab vermək.
İndi [Tahirin] fikrini ana həsrəti göynədirdi.
Hamını göynədən ( f.sif. ) hələ taxıl vergisi idi.