GÖZALTI


1. is. Sonradan almaq və ya ərə getmək üçün nəzərdə tutulan qız, yaxud da oğlan.
Əlbəttə, heç bir gözaltın varmı? Ə.Sadıq.
[Süsənbər Səməndərə:] Sözümə cavab vermədin, axı, bəlkə gözaltın var? B.Bayramov.

□ Gözaltı etmək (eləmək)1) sonradan almaq və ya ərə getmək, yaxud bir şeyi sonradan əldə etmək üçün nəzərdə tutmaq. Qızı gözaltı etmək.
– Tahir anasının kənddə gözaltı elədiyi qızı yox, Lətifəni sevdiyini yazmışdı. M.Hüseyn.
[Gülnaz:] Sən də birini gözaltı eləyib onun haqqında fikirləşərdin. H.Seyidbəyli;

2) nəzərdə tutmaq, göz qabağında tutmaq, qabaqcadan bilmək.
[Kərbəlayı Məmmədəli:] Bilirsinizmi ki, oğurluq eləyən gərək binamusluğu da gözaltı eləsin. N.Vəzirov.
Cuma … özünə tay olacaq bir əsgər … gözaltı eləməyə çalışacaqdı. Ə.Əbülhəsən.

2. zərf Başqasına bildirmədən, hiss etdirmədən; gizlincə. Gözaltı nəzər salmaq.
– …Ətrafında vüqu bulan hər bir şeyə [qadın] gözaltı baxıb diqqət yetirirdi. B.Talıblı.
Məşədi Qadir bu xəbəri söyləyəndə gözaltı baxıb nə sayaq təsir edəcəyinə diqqət verirdi. T.Ş.Simurq.
Qız dönüb gözaltı gözümə baxdı; Bu gizli baxışda sabahı gördüm… M.Araz.

Синонимы

  • GÖZALTI bəyənmə — seçmə
  • GÖZALTI altdan — gizlincə
GÖZAĞARTMASI
GÖZALTILAMA

Значение слова в других словарях