GÜLGƏZ

sif. məh. Qırmızı, al.
Ağ əllərin olub əcaib gülgəz; Qana batıb, yoxsa hənalanıbdır? M.P.Vaqif.
Şahnisə xanım göz yaşlarını gülgəz dəsmalla silərək … dedi. Çəmənzəminli.

GÜLƏYƏN
GÜLGÜ
OBASTAN VİKİ
Gülgəz
Gülgəz — Azərbaycan şairəsi, bayatıçı == Həyatı == Əsas etibarilə bayatıçı kimi tanıdığımız Gülgəz adlı sənətkarımız haqqında mənbələrdə tərümeyi-hal məlumatına təsadüf olunmur. Hansı əsrdə yaşadığı belə məlum deyildir. Bayatılarına XVIII əsrdə üzü köçürülmüş cünglərdə rast gəlinir. == Bayatıları == Seyvanın qur ucada, Kor möhtac quru cada. Gülgəzin göz yaşından, Qalmadı quru canda Bağında ha səndəli, Sən dəli, ha mən dəli. Gülgəz, yarana dəysin, Təbibin hasand əli. Gülgəzin gül adaşı, Mey daşı, gül a daşı. Yıxar bülbül öyünü, Kim atsa gülə daşı.
Abbas və Gülgəz
“Abbas və Gülgəz” – XVII əsr Azərbaycan məhəbbət dastanı. == Haqqında == Azərbaycan xalq dastanları içərisində elələri var ki, qəhrəmanlıqla məhəbbətin birləşdirilməsi yolu ilə yaradılmışdır. Xalq içərisində sevilib geniş yayılan “Əsli və Kərəm”, “Abbas və Gülgəz”, “Seydi və Pəri”, “Məhəmməd və Güləndəm”, “Leyli və Məcnun” və s. dastanları bu qəbildəndir. Abbas və Gülgəz XVII əsrdə yaranmış Azərbaycan məhəbbət dastanlarından biridir. Ehtimal olunur ki, Aşıq Abbas Tufarqanlının həyatı və şeirləri əsasında qoşulmuşdur. == Məzmunu == Abbasın sevgilisi Gülgəz zorla şah sarayına aparılır. Abbas müxtəlif çətinliklərdən keçərək məhəbbətinə qovuşur. Dolğun lirik-epik surətlər, gərgin süjet xətti “Abbas və Gülgəz”-i orta əsrlər Azərbaycan məhəbbət dastanının kamil nümunəsi səviyyəsinə yüksəltmişdir. == Variantları == Dastanın indiyədək yeddi variantı toplanmışdır.
Abbas və Gülgəz (dastan)

Abbas və Gülgəz (film, 2000)
Abbas və Gülgəz — sənədli-bədii serial. Rejissor Rövşən Almuradlı tərəfindən 2000-ci ildə ekranlaşdırılmışdır. Film Azərbaycantelefilmdə istehsal edilmişdir. Film "Abbas və Gülgəz" dastanı əsasında çəkilmişdir. Dastanı Aşıq Mahmud Qasımoğlu söyləyir. == Məzmun == Babalarımız tariximizi öncə daşlara köçürüb. Sonra dastanlarda, nağıllarda, ulu törənlərdə, miflərdə, sirli deyimlərdə, xalçalarda, el sənəti nümunələrində qoruyub saxlayıb. Bunların sırasında dastanlar aparıcı yer tutur. Şamanlar, ozanlar, aşıqlar bu dastanları nəsildən nəslə əmanət ötürüb, zaman öz köynəyindən keçirib. Tanrının millətə göndərdiyi ulu kişilərin boyuna biçib, bir boy da ucalıb, gəlib bizim çağlara çatıb bu dastanlar.
Abbas və Gülgəz (teleserial, 2000)

Gülgəzli
Gülgəzli — Azərbaycan Respublikasının Bərdə rayonunun Kolayır kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Qarabağ düzündədir. Yerli əhalinin məlumatına görə, Gülgəz adlı bir qadının övladı tərəfindən salındığı üçün kənd belə adlandırılmışdır. == Əhalisi == === Tanınmışları === Rafil Hüseynov – Masallı Rayon İcra Hakimiyyətinin başçısı. Rafael İsgəndərov – komediya aktyoru. == Təhsilin vəziyyəti == Gülgəzli kənd orta məktəbi 1946-ci ildən etibaren fəaliyyətə başlamışdır. Gülgəzli məktəbinin yetişdirdiyi onlarla savadlı şagirdlər bu gün dünyanın müxtəlif ölkələrində Azərbaycanı təmsil edirlər.
Gülgəzli bələdiyyəsi
Bərdə bələdiyyələri — Bərdə rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Xarici əlaqələri == Bərdə rayonunda fəaliyyət göstərən Bərdə (şəhər) bələdiyyəsi və Türkiyə Respublikası İstanbul şəhəri Beykoz bələdiyyəsi arasında 11 oktyabr 2021-ci il tarixində qardaş şəhər protokolu imzalanmışdır. İmza mərasimində VI çağırış Milli Məclisin deputatı Fatma Yıldırım, Beykoz bələdiyyəsinin başçısı Murat Aydın, Bərdə şəhər bələdiyyəsinin sədri Sadiq Xəlilov və Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının icraçı katibi Tofiq Həsənov iştirak etmişdir. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.

Значение слова в других словарях