GÜLLÜLÜK
GÜLMƏXMƏR
OBASTAN VİKİ
Gülmə
Gülüş — insanlarda ritmik olaraq diafraqma və digər tənəffüs orqanlarının eşidilə biləcək şəkildə fiziki hərəkəti. Bu hərəkət "ha-ha-ha" və ya "he-he-he" şəklindəki səslərin yaranması ilə nəticələnir. Gülüşün (qəhqəhənin) yaranması səbəbləri kimi qıdıqlanma formasında kənar mühit amilləri, yumorik hadisə və sözlər, düşüncələr göstərilir. Gülmək sevincin fiziki göstəricisi hesab olunur. Amma insanlar bəzi halldan utanmaq, təəccüblənmək kimi fərqli emosiyalarda belə gülürlər. Bəzən isə nəzakət xatirinə saxta gülüşlər baş verə bilər. İnsanlardan başqa bəzi primatlar da (şimpanze, qorilla, oranqutan) qəhqəhəyə bənzər səslər çıxarırlar. Ən çox sevinc, xoşbəxtlik, rahatlıq və s. kimi bir sıra müsbət emosional vəziyyətlərdə müşahidə olunsa da bəzi hallarda bunun əksinə xəcalət, təəccüb və ya əks duyğu halları zamanı da ortaya çıxa bilir.
Eşqin Gülməmmədov
Fərman Gülməmmədov
Fərman Gülməmmədov (Gülməmmədov Fərman İbrahim oğlu) — Azərbaycan əsilli həkim və Ukraynanın Əməkdar Elm Xadimi. == Həyatı == Fərman Gülməmmədov 1939-cu il noyabrın 7-də Borçalı mahalında – Gürcüstanın o vaxtkı Lüksemburq, indiki Bolnisi rayonunun Darvaz kəndində anadan olub. == Təhsili == 1947-ci ildə Darvaz kənd orta məktəbinin birinci sinfinə gedib, sonra təhsilini Bolnisi qəsəbəsində rus orta məktəbində davam etdirib. 1958-ci ildə orta məktəbi bitirib və elə həmin ildə Ukraynanın Donetsk Tibb İnstitutuna qəbul olunub. == Peşə fəaliyyəti == 1964-cü ildən Donetsk vilayət xəstəxanasında həkim kimi fəaliyyətə başlayıb. Az sonra isə Klinik-cərrahiyyə şöbəsinin müdiri vəzifəsinə təyin olunub. 1971-ci ildə dissertasiya müdafiə edərək, tibb elmləri namizədi elmi dərəcəsi qazanıb. 1984-cü ildə "Yoğun bağırsaq xəstəliklərində cərrahi müalicə" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək, ttibb elmləri doktoru elmi dərəcəsinə yüksəlib. Fərman Gülməmmədov 1991–1994-cü illərdə Azərbaycanda — Bakı şəhərində işləyib və Azərbaycan Elmi Tədqiqat Qastroenterologiya İnstitutunda bağırsaq xəstəliklərinin cərrahi əməliyyatları sahəsinə rəhbərlik edib. 1995-ci ildə yenidən Donetskə qayıdıb və Tibb Universitetinin "Ümumi cərrahlıq" kafedrasının müdiri vəzifəsində fəaliyyətə başlayıb.
Gülmək
Gülüş — insanlarda ritmik olaraq diafraqma və digər tənəffüs orqanlarının eşidilə biləcək şəkildə fiziki hərəkəti. Bu hərəkət "ha-ha-ha" və ya "he-he-he" şəklindəki səslərin yaranması ilə nəticələnir. Gülüşün (qəhqəhənin) yaranması səbəbləri kimi qıdıqlanma formasında kənar mühit amilləri, yumorik hadisə və sözlər, düşüncələr göstərilir. Gülmək sevincin fiziki göstəricisi hesab olunur. Amma insanlar bəzi halldan utanmaq, təəccüblənmək kimi fərqli emosiyalarda belə gülürlər. Bəzən isə nəzakət xatirinə saxta gülüşlər baş verə bilər. İnsanlardan başqa bəzi primatlar da (şimpanze, qorilla, oranqutan) qəhqəhəyə bənzər səslər çıxarırlar. Ən çox sevinc, xoşbəxtlik, rahatlıq və s. kimi bir sıra müsbət emosional vəziyyətlərdə müşahidə olunsa da bəzi hallarda bunun əksinə xəcalət, təəccüb və ya əks duyğu halları zamanı da ortaya çıxa bilir.
Gülməkan (Xudabəndə)
Gülməkan (fars. گلمكان‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 149 nəfər yaşayır (32 ailə).
Gülməli adamlar (film, 2009)
Gülməli adamlar — Cadd Apatounun rejissorluq etdiyi, yazdığı komediya—dram filmidir. Baş rollarda stand-up komediyaçıları Adam Sendler və Set Roqen yer almaqdadır. Film 31 iyul 2009-cu il tarixində təqdim edilmişdir. Əvvəlki Apatou filmlərinə nəzərən daha dramatikdir. Universal Pictures və Columbia Pictures filmi istehsal etmişdir. == Məzmun == Corc Simmons həyatının ən bədbəxt xəbərini öyrənmişdir. Artıq geriyə dönüşü olmayan yol onu gözləyir: Ölüm! İşini yaxşı bilən stand-up komediyaçısıdır. Corc sağalmaz xəstəliyə tutulduğunu gördüyündə məyus olur. Artıq 1 ildən az ömürü qaldığını görər.
Gülməmməd Cavadov
Gülməmməd Süleyman oğlu Cavadov (17 oktyabr 1949, Bakı) — Azərbaycan mühəndisi və dövlət xadimi, Azərbaycan Respublikası energetika nazirinin müavini (2014–2020), Azərbaycan Respublikası sənaye və energetika nazirinin müavini (2006–2013), Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Material Ehtiyatları Komitəsinin sədri (1999–2005). == Həyatı == Gülməmməd Süleyman oğlu Cavadov 17 oktyabr 1949-cu ildə Bakı şəhərində anadan olmuşdur. 1972-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunun İnformasiya və ölçü cihazları fakültəsini bitirmişdir. Əmək fəaliyyətinə 1971-ci ilin sentyabr ayında Neftayırma və Neft Kimyası Sənayesi Nazirliyi İstehsalat Əmtəə Kontorunda başlamış və bir il burada çilingir işləmişdir. 1972-ci ildən Bakı elektron hesablayıcı maşınlar zavodunda mühəndis-texnoloq, 1972–1974-cü illərdə Moskva vilayətinin Zaqorsk şəhərində yerləşən Elektromexanik zavodunda mühəndis, 1974–1986-cı illərdə Bakı elektron hesablayıcı maşınlar zavodunda şöbə rəisi, 1986–1992-ci illərdə isə həmin zavodun direktoru olmuşdur. 1993–1996-cı illərdə Bakı "Peyk" zavodunda direktor müavini, 1996–1999-cu illərdə isə həmin zavodun direktoru vəzifələrində çalışmışdır. Gülməmməd Cavadov 1999-cu ilin aprel ayında Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Material Ehtiyatları Komitəsinin sədri vəzifəsinə təyin edilmiş və 2005-ci ilin dekabr ayında komitənin yeni yaradılmış Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə birləşdirməsinədək bu komitəyə başçılıq etmişdir. 2006-cı ilin sentyabr ayında o, Azərbaycan Respublikası sənaye və energetika nazirinin müavini təyin olunmuş və 2013-cü ilin oktyabr ayında nazirliyin ləğv edilməsinədək bu vəzifədə çalışmışdır. 2014-cü ilin may ayında Azərbaycan Respublikası energetika nazirinin müavini vəzifəsinə təyin edilmiş və 2020-ci ilin may ayında vəzifədən azad edilmişdir. 19 oktyabr 2018-ci ildə Gülməmməd Cavadova Azərbaycanda energetikanın inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilmişdir.
Gülməmməd Məmmədzadə
Məmmədzadə Gülməmməd Əliməmməd oğlu (1955, Şivlə, Lerik rayonu – 1996) — Azərbaycan jurnalisti. == Həyatı == Gülməmməd Məmmədzadə 1955-ci ildə Lerik rayonunun Şivlə kəndində anadan olub. BDU-nun kitabxanaçılıq və jurnalistika fakültəsini bitirib. O, müxtəlif vaxtlarda "Azərbaycan" qəzetində müxbir, "Cumhuriyyət", "Amin" qəzetlərində redaktor, "İncəsənət" qəzetində məsul katib işləmişdir. "Lənkəran mahalının sərkərdələri" kitabının müəllifi, "Ermənistan azərbaycanlılarının tarixi coğrafiyası" kitabının həmmüəlliflərindən biri olmuşdur. Tədqiqatçı-jurnalist Gülməmməd Məmmədzadə AYB-nin üzvü olmuş, Azərbaycan Jurnalistlər Birliyinin, "Afrika-Asiya" Beynəlxalq Xeyriyyə Cəmiyyətinin, Qafqaz Müsəlmanları Ali Ruhani İdarəsinin Elmi-Dini Şurasının diplomlarına layiq görülmüşdür. G.Məmmədzadə 1996-cı ildə vəfat etmişdir.
Gülməmməd Qarayev
Gülməmməd Qarayev (Gülməmməd Mehdi oğlu Qarayev; 1905, Qutqaşın – 27 mart 1938, Bakı) — repressiya qurbanı, Qutqaşın rayon Partiya Komitəsinin I katibi. == Həyatı == Gülməmməd Qarayev 1905-ci ildə Qutqaşın rayonunun Qutqaşın (indi Qəbələ) kəndli ailəsində anadan olmuşdur. === Təhsili === 1913-cü ilə kimi ruhani təhsili almış, 1914-cü ildə Qutqaşın ibtidai məktəbinə daxil olmuşdur. Daha sonra Gülməmməd Qarayev Qutqaşındakı Kəndli Gənclər Məktəbində təhsil almışdır. Gülməmməd Qarayev 1922-ci ilin sentyabrında Şəki (Nuxa) qəza 1-ci dərəcəli partiya məktəbində, 1923-cü ildə 2-ci dərəcəli Bakı şəhər partiya məktəbində oxumuş və Qutqaşın rayonunda müxtəlif vəzifələrdə çalışmışdır. O, 1926–1930-cu illərdə Tiflisdə 26 Bakı Komissarı adına Zaqafqaziya kommunist universitetində oxumuş və müvəffəqiyyətlə bitirmişdir. Gülməmməd Qarayev 16 sentyabr 1937-ci il tarixindən 27 mart 1938-ci il tarixinə kimi Qutqaşın rayon Partiya Komitəsinin I katibi vəzifəsində (1931–1991-ci illər arasında 5-ci I katib) çalışmışdır. == Həbsi və vəfatı == Gülməmməd Qarayev 27 mart 1938-ci ildə Qutqaşın rayon daxili işlər şöbəsinin rəisi leytenant Poqosovun iştirakı ilə həbs edilmişdir. 8 avqust 1938-ci ildə Üçlüyün çıxardığı ölüm hökmü 21 oktyabr 1938-ci ildə həyata keçirilmişdir. Azərbaycan SSR Ali Məhkəməsinin cinayət işləri üzrə məhkəmə kollegiyası Qarayev Gülməmməd Mehdi oğlu haqqında olan materiallara baxaraq XDİK üçlüyünün 8 avqust 1938-ci il tarixli qərarını ləğv etmiş, əməlində cinayət tərkibi olmadığı üçün ona bəraət verilmişdir.
Gülməmməd Süleymanov
Gülməmməd Süleymanov (15 sentyabr 1948, Yormuğanlı, Kaxetiya – 7 avqust 2020) — kimya elmləri doktoru, professor. == Həyat və fəaliyyəti == Kimya elmlər doktoru, professor G. Z. Süleymanov 15 sentyabr 1948-ci ildə Gürcüstan Respublikası Borçalı mahalının Başkeçid (hazırkı Dumanisi) rayonun Muğanlı kəndində ziyalı ailəsində anadan olmuşdur. O, 1971-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunun (hazırkı Az. Dövlət Neft və Sənaye Universiteti) kimya –texnologiya fakültəsini bitirmiş, mühəndis-texnoloq ixtisasına yiyələnmişdir. 1971–1973-cü illərdə zabit kimi ordu sıralarında xidmət edən G. Süleymanov hərbi xidməti başa vurduqdan sonra, ilk əmək fəaliyyətinə 1974-cü ildə AMEA-nın Qeyri-üzvi və Fiziki Kimya İnstitutunda (indiki ak. M. F. Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu) mühəndis vəzifəsi ilə başlamışdır. 1975-ci ildə AMEA-nın Rəyasət Heyətinin qərarı ilə SSRİ EA-nın (indiki Rusiya Federasiyası Elmlər Akademiyası) A. N. Nesmeyanov adına Element Üzvi Birləşmələr İnstitutuna stajor tədqiqatçısı kimi uzun müddətli ezamiyyətə göndərilən G. Suleymanov, 1979-cu ildə akademik O. A. Reutov və professor V. İ. Sokolovun rəhbərliyi altında M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin Kimya fakültəsinin nəzdində fəaliyyət göstərən İxtisaslaşdırılmış Müdafiə Şurasında dissertasiya müdafiə edərək Kimya elmlər namizədi elmi dərəcəsi almışdır. A. N. Nesmeyanov adına Element Üzvi Birləşmələr İnstitutu ilə AEA –nın Fizika İnstitutu arasında mövcud elmi əməkdaşlıq əlaqələri nəzərə alınaraq, Respublika Elmlər Akademiyasının o vaxtkı Prezidenti akademik H. M. Abdullayevin tövsiyəsi ilə, k.e.d., prof. G. Z. Suleymanov, Fizika İnstitutunun k.e.d., prof. M. İ. Zərgərovanın rəhbərlik etdiyi "Fiziki-kimyəvi analiz" laboratoriyasının tədqiqat işlərinə cəlb edilmişdir və böyük elmi işçi vəzifəsinə təyin edilərək, beş il müddətinə başladığı elmi – tədqiqat işlərini davam etdirmək üçün, yenidən Element Üzvi Birləşmələr İnstitutuna ezamiyyə edilmişdir.
Gülməmməd bəy Kəngərli
Gülməmmədli
Gülməmmədli (Cəlilabad) — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. Gülməmmədli (Goranboy) — Azərbaycan Respublikasının Goranboy rayonunun inzibati ərazi vahidində kənd.
Gülməmmədli (Cəlilabad)
Gülməmmədli — Azərbaycan Respublikasının Cəlilabad rayonunun Gülməmmədli kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == I Şah Abbas zamanından yaranması iddia edilir. Kəndin adı yerli sakinlərin dediyinə görə Məmməd adlı adamın bu şoranlıq əraziyə köçməsi və bu ərazini gözəl bir yerə çevirməsi ( yəni güllü - çiçəkli bir yerə ) nəticəsində olmuşdur. Digər bir yerli rəvayətə görə isə Məmmədin qəmginliyi ilə bağlı bir yerli rəvayətdir (əsasən anası ilə bağlı bir rəvayət hesab olunur).[mənbə göstərin] == Toponimikası == Cəlilabad kəndi burada məskunlaşmış gülməmmədli nəslinin adını daşıyır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 2523 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir. == Mədəniyyəti == Əhali əsasən İslam dininə riayət edir. Qədim zamanlardan isə atəşpərəstlik buranın iqtidar dini mədəniyyəti olmuşdur.
Gülməmmədli (Goranboy)
Gülməmmədli — Azərbaycan Respublikasının Goranboy rayonunun Qırıqlı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Goranboy rayonunun Goranlı kənd Sovetindən Gülməmmədli kəndi Qırıqlı kənd Sovetinin tərkibinə verilmişdir. == Toponimikası == Kəndin keçmiş adı Eminalılar olmuşdur. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini vaxtilə Gədəbəydən gəlmiş miskinli elatına mənsub Eminalı adlı şəxs bina etmiş və ona görə də kənd bir müddət onun, sonralar isə oğlu Gülməmmədin adı ilə adlandırılmışdır. Oykonim "Gülməmmədin nəslindən olanlar" deməkdir. == Tarixi == == Coğrafiyası və iqlimi == == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 273 nəfər əhali yaşayır.
Gülməmmədli bələdiyyəsi
Cəlilabad bələdiyyələri — Cəlilabad rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Gülməmmədli soyu
Gülməmmədlilər
Gülməmmədov
Gülməmmədov — Soyad. Tanınmış nümayəndələri Vüqar Gülməmmədov - Azərbaycan Respublikası dövlət xadimi. Azərbaycan Respublikası Hesablama Palatasının Sədri İradə Gülməmmədova — Bakı şəhəri Abşeron rayon İcra Hakimiyyəti Başçısı. Osman ağa Gülməmmədov — Çar Rusiyasının və Azərbaycan Cümhuriyyətinin zabiti, Türkiyə Silahlı Qüvvələrinin polkovniki.Birinci Dünya müharibəsində, Bakı döyüşündə, Əsgəran döyüşündə, Aprel işğalından sonra işğala qarşı baş tutmuş Qarabağ üsyanında və Türkiyə İstiqlaliyyət Müharibəsində iştirak edib. Birinci Dünya Müharibəsində göstərdiyi qəhrəmanlığa görə ikinci, üçüncü və dördüncü dərəcəli "Müqəddəs Georgi" xaçı, ikinci, üçüncü və dördüncü dərəcəli "Müqəddəs Georgi" medalları ilə, Bakı döyüşündə göstərdiyi qəhrəmanlığa görə "Məcidiyyə" ordeni ilə, Türkiyə İstiqlaliyyət Müharibəsində göstərdiyi qəhrəmanlığa görə isə "İstiqlal" medalı ilə təltif edilib. Fərman Gülməmmədov- Tibb elmləri doktoru. Professor. Ukrayna elm xadimi.
Gülmərz
Aşağı Gülmərz (Urmiya)
Gülməvəran (Üşnəviyyə)
Gülməvəran (fars. گل ماوران‎) — İranın Qərbi Azərbaycan ostanının Üşnəviyyə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 151 nəfər yaşayır (26 ailə).
Muraz Gülməmmədov
Natiq Gülməmmədov
Natiq Gülməmmədov (10 iyun 1955, Naxçıvan Muxtar Respublikası – 19 noyabr 2022) — Azərbaycanın tanınmış teatr xadimi. A. Şaiq adına Azərbaycan Kukla Teatrının keçmiş direktor müavini. Gülməmmədov Natiq Məmməd oğlu 1955-ci il iyunun 10-da Naxçıvan MR Şərur rayonunda anadan olmuşdur. 1972-ci ildə Qarabağlar kənd orta məktəbini bitirmişdir. 1984-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun "mədəni maarif" fakültəsinə daxil olub, 1991-ci ildə İnstitutu bitirmişdir. 1973–1979-cu illərdə Naxçivan Dram Teatrında müxtəlif sahələrdə işləmişdir. 1980–1988-ci illərdə Musiqili Komediya Teatrında bədii quruluş hissə müdiri, 1988–1997-ci illərdə Akademik Milli Dram Teatrında baş inzibatçı, 1997–2003-cü illərdə Musiqili Komediya Teatrında baş inzibatçı, 2003–2010-cu illərdə Akademik Milli Dram Teatrında direktor müavini, 2010–2015-ci illərdə Azərbaycan Dövlət Kukla Teatrında direktor müavini, 2015-ci ildən 2016-cı ilədək Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında direktor müavini vəzifələrində çalışmışdır. 2016-cı ilin yanvar ayından Akademik Milli Dram Teatrına sərəncamçı direktor vəzifəsinə təyin olunmuşdur. 2016-cı il dekabr ayında Akademik Milli Dram Teatrının sərəncamçı direktor vəzifəsindən azad edilib və həmin ay Azərbaycan Dövlət Kukla Teatrında direktor müavini vəzifəsinə təyin edilib. 2022-ci ildən yaşı ilə əlaqədar təqaüdə çıxıb.
Osman ağa Gülməmmədov
Osman ağa Gülməmmədov (16 avqust 1892, Yuxarı Salahlı, Qazax qəzası – 1 noyabr 1950, Qars, Qars ili) — Çar Rusiyasının və Azərbaycan Cümhuriyyətinin zabiti, Türkiyə Silahlı Qüvvələrinin polkovniki. Birinci Dünya müharibəsində, Bakı döyüşündə, Əsgəran döyüşündə, Aprel işğalından sonra işğala qarşı baş tutmuş Qarabağ üsyanında və Türkiyə İstiqlaliyyət Müharibəsində iştirak edib. Birinci Dünya Müharibəsində göstərdiyi qəhrəmanlığa görə ikinci, üçüncü və dördüncü dərəcəli "Müqəddəs Georgi" xaçı, ikinci, üçüncü və dördüncü dərəcəli "Müqəddəs Georgi" medalları ilə, Bakı döyüşündə göstərdiyi qəhrəmanlığa görə "Məcidiyyə" ordeni ilə, Türkiyə İstiqlaliyyət Müharibəsində göstərdiyi qəhrəmanlığa görə isə "İstiqlal" medalı ilə təltif edilib. Osman ağa Gülməmməd ağa oğlu 1892-ci il avqustun 16-da Yelizavetpol quberniyasının Qazax qəzasındakı Salahlı kəndində anadan olub. Hərbi xidmətinə 1914-cü ilin sentyabrında könüllü olaraq Qafqaz Yerli Atlı Diviziyasının tərkibində olan Tatar süvari alayında başlayıb. Bu alayın tərkibində o, 1917-ci ilin avqust ayına qədər Avstriya və Rumıniya cəbhələrində olan hərbi əməliyyatlarda iştirak edib. Hərbi xidmətə sıravi əsgər kimi başlayıb. 1915-ci ildə kiçik uryadnik rütbəsinə layiq görülüb. 1915-ci ilin fevral ayında Avstriya cəbhəsində Brigen şəhəri uğrunda gedən döyüşlərdə yaralanıb. 1916-cı il mart ayının 22-də baş uryadnik və 1917-ci ilin iyunun 29-da milis-yunkeri rütbəsi ilə təltif olunub.
Rauf Gülməmmədov
Rauf Məmməd oğlu Gülməmmədov (2 yanvar 1944, Kirovabad – 21 iyun 1999, Bakı) — Bakı Şəhər İcra Hakimiyyətinin sabiq başçısı (1992–1993), Azərbaycan Respublikası Baş nazirinin sabiq müavini, Bakı Şəhər İcra Hakimiyyəti başçısının sabiq birinci müavini, Azərbaycan Ali Sovetinin XII çağırış deputatı. Rauf Gülməmmədov 2 yanvar 1944-cü il tarixində Gəncə şəhərində doğulmuşdur. Orta təhsilini Gəncədə 4 saylı orta məktəbdə, ali təhsilini isə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunda almışdır. Rauf Gülməmmədov 1960–1963-cü illərdə Bakı Avtomobil Təmiri Zavodunun əvvəl fəhləsi, sonra isə çilingəri, 1967–1971-ci illərdə Nərimanov Rayon Mənzil İstismar İdarəsinin mühəndisi, 1971–1980-ci illərdə Binəqədi Rayon Mənzil İstismar İdarəsi rəisi, 1980–1982-ci illərdə Bakı Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin İxtisaslaşdırılmış Təmir-Tikinti İdarəsinin rəisi, 1982–1984-cü illərdə Bakı Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin İxtisaslaşdırılmış Təmir-Tikinti Trestinin müdiri, 1984–1989-cu illərdə Bakı Baş Mənzil İstehsalat İdarəsinin rəisi, 1989–1991-ci illərdə Bakı Baş Tikinti İdarəsinin rəisi vəzifəsində çalışmışdır. 5 iyul 1993-cü il tarixindən 1997-ci ilədək Rauf Gülməmmədov Bakı Baş Tikinti İdarəsinin rəisi vəzifəsində çalışmışdır. Rauf Gülməmmədov 21 iyun 1999-cu il tarixində Bakıda ölmüşdür. Rauf Gülməmmədov 1990-cı il seçkilərində 20 saylı seçki dairəsindən XII çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir. O, həmçinin , Bakı Şəhər Xalq Deputatları Sovetinin də deputatı olmuşdur. Rauf Gülməmmədov 1991–1992-ci illərdə Bakı Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsini daşımışdır. Rauf Gülməmmədov 23 aprel 1992-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin səlahiyyətini həyata keçirən Azərbaycan Respublikası Ali Sovetinin sədri Yaqub Məmmədovun 695 nömrəli qərarına əsasən Azərbaycan Respublikası Baş nazirinin müavini vəzifəsinə təyin olunmuşdur.
Bəylik dərsi və ya keçmişdən gülməcələr...
== Məzmun == == Film haqqında == Film Mövlud Süleymanlının "Bəylik dərsi" povesti əsasında çəkilib.

Значение слова в других словарях