GÜLÇİÇƏKLİLƏR

сущ. розоцветные ( сем. цветковых растений, к которому относятся роза, вишня, груша, малина, персик, слива, яблоня и др. ); розовые
GÜLCAMALLI
GÜLÇİN
OBASTAN VİKİ
Gülçiçəklilər
Gülçiçəklilər (lat. Rosales) — bitkilər aləminə aid bitki dəstəsi. İkiləpəli bitkilərin əsası, nisbətən polimorf olan gülçiçəklilərdən başlayır. Onlar inkişaf etibarilə çoxbudaqlı olub, budaqlarının çoxu ikinci inkişaf dərəcəsində dayanmışdır. Bu sıranın fəsilə və yarımfəsilələrinə daxil olan növlərin əksəriyyətində çiçək yatağı çökək və yumurtalıq yuxarıda olur. Sıranın nisbətən sadə quruluşlu fəsilə və yarımfəsilələrinə mənsub olan növlər, ləçəklərinin sərbəst, erkəkcikləri, toxumluqları və ləçəklərinin çox olması ilə fərqlənir. Bundan sonrakı fəsilələrdə isə çox vaxt bitişik ləçəklilik və az toxumluluq aydın nəzərə çarpır. Sıranın demək olarki, bütün nümayəndələrindən çiçək yanlığı beştiplidir, çoxunun isə çiçəyi ikicinslidir. Çiçək üzvləri dairəvi düzülmüşdür, aktinomorf və ya ziqomorfdur. Çiçək yanlığı adətən ikiqatlıdır.