Gülçöhrə Şəfiyeva
Gülçöhrə Məmməd qızı Şəfiyeva (23 aprel 1949 – 23 dekabr 2023) — Azərbaycan rejissoru, Prezident təqaüdçüsü (2018–2023).
== Həyatı ==
Gülçöhrə Şəfiyeva 1949-cu ildə Bakı şəhərində anadan olub. Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bitirib.
Aktyor Səyavuş Şəfiyevin bacısı idi.
Sənətkar uzun müddətdir şəkər xəstəliyindən əziyyət çəkirdi, iyun ayında bir ayağı amputasiya edilmişdi. 23 dekabr 2023-cü ildə 74 yaşında vəfat edib.
== Fəaliyyəti ==
Uzun illər Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi mərkəzi aparatında müxtəlif vəzifələrdə çalışıb.
G. Şəfiyeva 1994-cü ildən bu günə kimi Heydər Əliyev adına Sarayın baş rejissoru olub.
Gülçöhrə Şəfiyeva Rusiyada (Moskva, Sankt-Peterburq), Gürcüstanda, Türkiyədə, Fransada Azərbaycan mədəniyyətini təbliğ etmək məqsədilə hazırlanan tədbirlərin, Rusiyada, Misirdə, Birləşmiş Ərəb Əmirliyində keçirilən Azərbaycan Mədəniyyət Günlərinin, Azərbaycanda Rusiya Federasiyası İlinin açılış mərasiminin quruluşçu rejissoru olmuşdur.
G. Şəfiyevanın uğurlu işləri sırasında Ü. Hacıbəyov və M. Maqomayevin 110, Bülbülün 100, S. Aşurbəylinin 90, M. Maqomayev 60 illik yubiley tədbirlərini və "Gülüstan" Sarayında, habelə Bakı Əyləncə Mərkəzində keçirilən konsert proqramlarını xüsusi qeyd etmək lazımdır.