GÜVƏC

is. Gildən qayrılan (bəzən içində xörək bişirilən) boğazı dar qab. Güvəcdə qatıq qoymaq. – Adımı güvəc qoy, amma ocaq üstə qoyma. ( Ata. sözü ).
Arvad sevincindən özünü itirdi və əlindəki güvəci salıb sındırdı. Q.İlkin.

◊ Güvəc yumbalanıb qapağını tapar – hər kəs axırda öz tayı ilə rastlaşar, öz tayını tapar.
GÜVƏ
GÜVƏQIRAN

Значение слова в других словарях