GƏLMƏ

пришлый, приезжий, не местный, нездешний, пришелец, чужак
GƏLİŞ-GEDİŞ
GƏLMƏK
OBASTAN VİKİ
Gəlmə
Gəlmə — Azərbaycan Respublikasının Zərdab rayonunun inzibati ərazi vahidində kənd. == Təhsil == Azərbaycan Respublikası Prezidentinin 12 fevral 2018-ci il tarixli Sərəncamı ilə Zərdab rayonunun Gəlmə kəndində 60 yerlik körpələr evi-uşaq bağçasının tikintisi üçün 963 000 manat vəsait ayrılmışdır.
Yazığı gəlmə
Yazığı gəlmə və ya acıma — çox vaxt aşağılayıcı şəfqət görünüşünü alan diskomfort duyğusu. Bu duyğunun obyekti “yazıq”, yəni öz bədbəxt vəziyyətində alçaldılmış kimi qəbul edilir. Yazıq insan özünü şikayət yolu ilə müəyyən edir ki, bu da ya işin özündən, ya da başqa bir varlığın səbəb olduğu mənfi cəhəti bildirir. Eyni zamanda, yazığı gəlməmə hissi insanı “mərhəmətsiz”, yəni qəddar edir. Bu halda yazığı gəlmə hissi mərhəmət hissinə yaxınlaşır. Lakin bəzən mərhəmətdə üstünlük motivi üstünlük təşkil edə bilir. Həmçinin, itirilmiş şeylərə görə yazığı gəlmə hissi yarana bilər. Siz itirilmiş vaxta, əşyalara və ya ölənlərə təəssüf edə bilərsiniz. Burada mərhəmət kədərə yaxınlaşır. Özünə yazığı gəlmə hissi isə, çox vaxt insanın özünü inkişaf etdirməsinə mane olan mənfi hiss kimi şərh olunur.
Gəlmədin (mahnı)
Gəlmədin — Dəyirman qrupu ilə Röyanın ifa etdiyi mahnı. == Haqqında == Mahnı Dəyirman qrupunun sayca beşinci musiqi albomu olan Atmosferə daxildir. Eyni ildə rejissor Ülviyyə Könül tərəfindən klipi çəkilmişdir. == Gəlmədin (2018) == 2018-ci ildə keçmiş Dəyirman qrupunun üzvü ABD Malik Röya ilə mahnının fərqli versiyasını duet şəklində oxumuşdur. Musiqi nömrəsi ABD Malikin Çata bilim albomunda da yer almışdır.
La-Sota vağzalına qatarın gəlməsi
La-Sota vağzalına qatarın gəlməsi (fr. L'arrivée d'un train en gare de La Ciotat) — 1895-ci ildə Lümyer qardaşlarının rejissorluğu və prodüserliyi ilə çəkilmiş ağ-qara, qısametrajlı, səssiz, sənədli film. Filmin ilk ictimai nümayişi 1896-cı ilin yanvarında baş tutub. Lümyer qardaşlarının ən məşhur filmi kimi bu film rusdilli mənbələrdə "Qatarın gəlməsi" və "Poçt qatarının gəlməsi" kimi də hallanır. == Süjet == Süjetin sadəliyinə baxmayaraq film geniş şöhrət qazanıb (ekranda yalnız qatarın gəlməsi, şəhər boyunca hərəkət edən sərnişinlər və La-Sota vağzalının dəmir yolu platforması nümayiş etdirilir). Filmdə bəzi nümayişlər əsasən qatarın hərəkətini təsvir edən hissələr psixoloji cəhətdən bunu qəbul etməyə hazır olmayan insanlar arasında vahimə doğururdu. == İstehsal == Bu 50 saniyəlik film Fransanın Buş-du-Ron departamentində, La-Sota kommunasında çəkilib. Film kinoaparat və çap dəzgahının köməyi ilə kinematoqraf vasitəsilə çəkilib. Lümyer qardaşlarının ilk filmlərinin hamısındakı kimi bu film də 1.33:1 nisbətində olan 35 mm-lik kino lentdə hazırlanmışdı. == Reaksiya == Film kino dünyasında məşhur olan şəhər əfsanəsi ilə bağlıdır.
Qırov əmələ gəlməsi
Sən gəlməz oldun
“Sən gəlməz oldun” — bəstəkar Ələkbər Tağıyevin şairə Mədinə Gülgünün sözlərinə bəstələdiyi mahnı. Mahnını vaxtı ilə Zeynəb Xanlarova, Məmmədbağır Bağırzadə, Faiq Ağayev və s. ifa ediblər. Xarici müğənillərdən Türk dilində Sibel Can və Gülay Sezər, Azərbaycan dilində Sati Kazanova, Rus dilində Soqdiana (“Məni yada sal” adı ilə). Mahnı 1973-cü ildə Ələkbər Tağıyev tərəfindən qardaşı oğlunun həyat yoldaşı Sevda xanıma həsr olunub. Sevda xanımın uşağı olandan sonra özü xərçəng xəstəliyinə düçar olur və o, uşağı bir yaşa dolmamış vəfat edir. Bu hadisə Ələkbər Tağıyevə çox təsir edir. Nəticədə o bu mahnını Sevda xanıma ithaf etmiş olur.
Xərçəngin Əmələ gəlməsinə Xəbərdarlıq (1953)
Xərçəngin əmələ gəlməsinə xəbərdarlıq (film, 1953)

Digər lüğətlərdə