GƏRİLMƏK

məch.
1. Bərk dartılmaq, tarım çəkilmək, tarımlanmaq. Sazın telləri gərildi. Gəminin yelkənləri gərildi.
// məc. Gərgin hala gəlmək, gərginləşmək.
Əsəbləri şiddətlə gərildi, damağını dumanlı bir atəş sardı. A.Şaiq.
Elə ki qalxıram masa dalından; Xəyalım dikilir, fikrim gərilir. B.Vahabzadə.

2. Qanadları dümdüz hala gəlmək, tam açılmaq.
[Turac] yerdən iki-üç addım hündürdə uçaraq gərilmiş qanadlarını bir dəfə belə çalmadan süzməyə başladı. M.Hüseyn.

Синонимы

  • GƏRİLMƏK uzadılmaq — sərilmək — aralamaq
  • GƏRİLMƏK dartılmaq — çəkilmək — tarımlaşmaq
GƏRİLMƏ
GƏRMƏ₂

Значение слова в других словарях