1. Bərk dartılmaq, tarım çəkilmək, tarımlanmaq. Sazın telləri gərildi. Gəminin yelkənləri gərildi.
// məc. Gərgin hala gəlmək, gərginləşmək.
Əsəbləri şiddətlə gərildi, damağını dumanlı bir atəş sardı.
Elə ki qalxıram masa dalından; Xəyalım dikilir, fikrim gərilir.
2. Qanadları dümdüz hala gəlmək, tam açılmaq.
[Turac] yerdən iki-üç addım hündürdə uçaraq gərilmiş qanadlarını bir dəfə belə çalmadan süzməyə başladı.