gəzhagəz
gəzib-baxmaq
OBASTAN VİKİ
Geriyə baxma, qoca (roman)
Geriyə baxma, qoca — İlyas Əfəndiyevin ilk dəfə 1980-ci ildə nəşr olunmuş avtobioqrafik romanı. == Məzmun == İlyas Əfəndiyevin bu əsəri əslində avtobioqrafik sayıla bilər və müəllif bunu tarixə müraciət edərək göstərir. Çox qısa bir müddətdə dörd hakimiyyətin – çar üsul-idarəsinin, burjua respublikasının (XCQK, ZK, ZDFR), xalq cümhuriyyətinin və bolşevik rejiminin bir-birin əvəz etməsinin xalqın müxtəlif təbəqələrinin həyatında yaratdığı ümid və gözləntilər özünün bədii ifadəsini tapmışdır. == Nəşr və tərcümə == Əsər Latın qrafikalı Azərbaycan əlifbası ilə 2017-ci ildə Bakı Kitab Klubunda 308 səhifədə 50 tirajla çap edilib. == İstinadlar == == Həmçinin bax == Geriyə baxmağa dəyər... (film, 1985) == Xarici keçidlər == Goodreads-də Geriyə baxma, qoca "Geriyə baxma, qoca (roman)" ( (az.)). bbclub.az. 2019-11-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-03.
Yuxarı baxma (film, 2021)
Yuxarı baxma (ing. Don't Look Up) - Adam Makkeyin rejissorluğu əsasında çəkilmiş elmi-fantastik və satirik filmdir. == Məzmunu == Miçiqan Dövlət Universitetinin astronomiya fakültəsinin doktorantı Keyt Dibiaski əvvəllər məlum olmayan və çox böyük komet kəşf edir. Onun professoru Rendall Mindi bu kəşfə sevinir, amma hesablamaları nəticəsində görür ki, bu komet 6 ay ərzində Yerə yaxınlaşacaq və bütün canlılar məhv olacaq. Kometə "Dibiaski" adını verirlər. Daha sonra onlar bu komet haqda alim Teddi Oqletorpu məlumatlandırırlar. Bu məlumatı prezidentə də bildirmək üçün Ağ Evə yollanırlar, amma prezident Ceyn Orlin və onun oğlu Ceyson Orlin onları laqeydliklə qarşılayırlar. Çünki bir müddət sonra prezident seçkiləri keçiriləcəkdi. Professor və onun tələbəsi televiziya verilişinə çıxmağı qərarlaşdırırlar. Lakin bu cəhdləri də uğursuz alınır.