Hörrə

Qərbi Azərbaycanın Çəmbərək və Kalinino şivələrində “südlə undan hazırlanan duru yemək, kaşa” mənasında işlənir. (10, 179) Təbriz mətbəxlərində qoca adamlar, xəstələr, diş çıxarmaqda olan uşaqların içməsi üçün hazırlanır. Unu soyuq suda çalıb, yavaş-yavaş isti su töküb, sonra duz, kərə və bəzən süd artırıb vam ocağın üstündə bişirirlər. (28, 307) Təbriz dialektində bu söz “o//ö” sait əvəzlənməsi ilə işlənir.
Hortdama
Xama