HÜZUR

is. [ ər. ] klas.
1. Ön, qabaq, pişgah.
□ Hüzur(u)na – yanına, qabağına, önünə. Hüzuruna çağırmaq. Hüzuruna gəlmək. Hüzuruna heç kəsi qəbul etmir.
[Pirverdi bəy Kəblə Qulaməliyə:] Bu saat oğlun Mustafanı, get, gətir cənab nəçərnikin hüzuruna. C.Məmmədquluzadə.
[Vaqif:] Axund, xanın hüzuruna getmək çağı deyilmi? Çəmənzəminli.

Hüzurunda – yanında, qabağında, önündə. Hüzurunda oturmaq. Hüzurunda danışmaq.
– Xidmətçilər Hüseynqulu ağadan qorxub hüzurunda titrəyirdilər. S.S.Axundov.
Gör nələr yaradır hökmü dövranın; Leyla hüzurunda dayanmış xanın. B.Vahabzadə.

Hüzurundan – yanından, qabağından, önündən.
Elə ki məclis qurtardı, hamı dağıldı, Cünun da durub paşanın hüzurundan mürəxxəs oldu. Koroğlu”.

2. Hazır olma, orada olma.
Hiss edirdim ki, mənim hüzurum və söhbətim [Ağaverdini] narahat edir. S.Hüseyn.

Синонимы

  • HÜZUR ön — qabaq — qarşı
  • HÜZUR hüzur bax ön
HÜZR
X

Значение слова в других словарях