Hicrət
Hicrət — ərəb sözü olub başqa yerə getmək, köçmək mənasını ifadə edir. Məhəmməd peyğəmbərin və onun tərəfdarlarının 622-ci ilin sentyabrında Məkkədən Mədinəyə köçməsi kimi tarixdə qalmışdır. Xəlifə Ömərin dövründə (634–644) Hicrət ili (622) müsəlman təqviminin başlanğıcı elan edildi.
Hicri təqvim, hicrətdən başlanan müsəlman təqvimidir. Hicri təqvim iki növdür: hicri-qəməri (ərəbcə-Ay) və hicri-şəms (ərəbcə-Günəş).
Hicri-qəməri təqvimin ayları bunlardır:
Məhərrəm;
Səfər;
Rəbiüləvvəl;
Rəbiülaxır;
Cəmadiyələvvəl;
Cəmadiyəlaxır;
Rəcəb;
Şaban;
Ramazan;
Şəvval;
Zilqədə;
Zilhiccə.