HƏMİŞƏYAŞIL

sif. bot. Bütün ili yarpaqla (və ya iynəyarpaqla) örtülü. Həmişəyaşıl ağaclar.
HƏMİŞƏLİK
HƏMİYYƏT
OBASTAN VİKİ
Həmişəyaşıl başınağacı
Həmişəyaşıl başınağacı (lat. Viburnum tinus) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin adoksakimilər fəsiləsinin başınağacı cinsinə aid bitki növü. == Təbii yayılması == Təbii halda Aralıq dənizyanı ölkələrində bitir. == Botaniki təsviri == Hündürlüyü 4 m-ə çatan həmişəyaşıl koldur. Cavan zoğları çılpaq və ya tükcüklü,illik zoğları qonurdur. Yarpaqları dərili, ellipsvari (12 x5,5 sm), kənarları bütöv, üstü parlaq yaşıl, alt tərərfi açıq rəngli, damarcıqları tükcüklüdür. Çiçəkləri çəhrayı-ağ, ətirlidir, çətirvari süpürgələrdə toplanmışdır, diametri 10 sm-dir. Yazın sonunda çiçəkləyir. Meyvəsi şirəli, bir çəyirdəklidir, qara-göy, şarşəkilli və ya yumurtavaridir. Meyvəsi payızda yetişir.
Həmişəyaşıl murdarça
Həmişəyaşıl murdarça (lat. Rhamnus alaternus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin murdarçakimilər fəsiləsinin murdarça cinsinə aid bitki növü. == Təbii yayılması == Aralıq dənizyanı ölkələrində, Balkanda və Kiçik Asiyada təbii halda yayılıb. == Botaniki təsviri == Hündürlüyü 3 m-ə çatan qollu-budaqlı həmişəyaşıl koldur. Zoğları qırmızımtıl və ya tünd-yaşıl rəngdədir. Yarpaqlarının uzunluğu 2-6 sm, eni 1-3 sm, üstdən tünd-yaşıl, altdan açıq-yaşıldır, yan damarları 3-4 cütdür. Çiçəkləri beş üzvlüdür, zəngvari, sarımtıl-yaşıl rəngli, ikievli, sadə və ya zəif şaxələnmiş qısa saplaqlı çiçək qrupunda yerləşir. Meyvəsi üç çəyirdəkli, az ətlidir, əvvəl qırmızı, yetişdikdə isə qara rəngli olur. Mart-aprel aylarında çiçəkləyir, iyul-avqust aylarında meyvə verir. == Ekologiyası == Rütubət sevən bitkidir.
Həmişəyaşıl sekvoya
Həmişəyaşıl sekvoya (lat. Sequoia sempervirens) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin cupressales dəstəsinin sərvkimilər fəsiləsinin sekvoya cinsinə aid bitki növü. == Təbii yayılması == Şimali Amerikanın dağlıq rayonlarında, Sakit okean sahili boyu ərazilərdə yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 100 m-ə və çətirinin diamteri 8–10 m-ə çatan uzunömürlü (2000 ilə qədər) ağacdır. Sistematik baxımdan bu növ sekvoyadendrona yaxındır. Çətiri ensizdir və budaqlanması gövdənin yuxarısından başlayır. İynəyarpaqları neştərvarıdır, yumşaqdır, budaq üzərində iki cərgədə düzülür. Qozaları kiçik ölçüdədir, ovaldır 2-2,5 sm uzunluqdadır. Hamar, mavi-boz iynəyarpaqlı qısa zoğları sekvoyaya dekorativ görünüş verir. Ağacın qabığı qalın, qırmızımtıl, dərin şırımlıdır.
Həmişəyaşıl sərv
Həmişəyaşıl sərv (lat. Cupressus sempervirens) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin cupressales dəstəsinin sərvkimilər fəsiləsinin sərv cinsinə aid bitki növü. Yabanı halda Kiçik Asiya, İran, Kipr, Krit və Rodos adalarında yayılmşdır. Hündürlüyü 30 m olan düzqamətli gövdəyə malik, üfüqi formalı, enli-piramidal çətirli ağacdır. İynəyarpaqları xırda, uzunsov-rombşəkillidir, xaçşəkilli yerləşir və zoğlara sıx bitişmişdir. Boz-qonur, yumru qozaların diametri 3 sm-ə çatır, qısa budaqlardan sallanır. Toxumları qırmızı-qonur, ensiz qanadlıdır, hər qabıq altında 20 ədədə qədərdir. Xüsusilə cavan bitkilər tez böyüyür, 100 yaşında maksimum hündürlüyə çatır. Kölgəyə davamlıdır. Şəhərin əlverişsiz şəraitinə, uzunmüddətli quraqlığa dözür.
Həmişəyaşıl tropika
Həmişəyaşıl tropika- yağışlı meşə ekosistemləri == Yayıldığı ərazilər == Cənubi Amerikada Amazon çayı hövzəsində, Orinokoda başdan-başa böyük massiv şəklində, Afrikada Konqo, Niger və Zambezi çayları hövzələrində və Madaqaskar adasında həmçinin Yeni Qvineya adalarında yayılıb. == İqlimi == Ərazidə illik yağıntıların miqdarı 2000–2500 mm olub aylar üzrə kifayət qədər bərabər paylanır. İlboyu bir və ya bir neçə nisbətən "quru mövsüm" (ayda 125 mm) müşahidə olunur. == Bitki örtüyü == Yağışlı tropik meşələrdə ağaclar üç yarus əmələ gətirir: 1)Seyrək yerləşən ən hündür ağaclar üst yarusu yaradır; 2)Başdan-başa həmişəyaşıl ağaclıq örtüyü, hündürlüyü 25–35 m; 3)Alt yarus–yalnız ümumi çətirdə işıq düşən sahələrdə sıx ağaclıq şəklində olur. Ot örtüyü və kollar praktiki olaraq olmur. Lakin çoxlu lianlar və epifitlər mövcuddur. Növ müxtəlifliyi olduqca yüksəkdir–bir neçə hektar sahədə rast gəlinən növlərin sayı bütün Avropanın florasında olan növlərin sayı qədərdir(Y. Odum, 1986). Bu meşələrdə ağac növlərinin sayı 170-dən çox, ot növləri isə 20-dən azdır. Yaruslar arası bitki növlərinin (lianlar, epifitlər və b.)sayı otlarla birlikdə 200–300 və daha çoxdur == Heyvanlar aləmi == Yağışlı meşələrdə heyvanların çox hissəsi bitki örtüyünün üst yarusunda yerləşir. Belə ki, Qayananın 59 məməli heyvan növünün 31-i ağaclarda yaşayır.
Həmişəyaşıl şümşad
Həmişəyaşıl şümşad (lat. Buxus sempervirens) — bitkilər aləminin şümşadçiçəklilər dəstəsinin şümşadkimilər fəsiləsinin şümşad cinsinə aid bitki növü. == Təbii yayılması == Qərbi Əlcəzairdə, Şimali və Şərqi İspaniyada, Cənubi və Mərkəzi Fransada, İsveçrədə və Kiçik Asiyada təbii halda yayılmışdır. == Botaniki təsviri == 6–10 m hündürlüyə çatan ağac və ya koldur. Qabığı bozumtul-sarı, hamar, yaşlı gövdələrdə isə xırda çatlıdır. Yarpaqların hər iki tərəfi tükcüklü, 1,5-3 sm uzunluğunda, 0,5-1,0 sm enində olub, uzunsov yumurtavari, ellipsvari, rombvari və ya dəyirmi formalıdır. Üst tərəfdən tünd-yaşıl, parlaq, altdan çox açıq rəngli və qısa saplaqlıdır. Mart ayında çiçəkləyir. Çiçəkləri qoltuq çiçək qrupunda yerləşmişdir. Dişicik çiçək qrupunda təkdir, bəzi hallarda inkişaf etmir.
Piramidal həmişəyaşıl sərv
Vətəni Orta Kaliforniyadır; burada okean sahillərində təzə və yüngül torpaqlarda bitir. Bir çox ölkədə əkilib becərilir. Hündürlüyü 25 m-ə çatıb budaqları çəpəki vəziyyətdə yuxarıya qalxmış çətirli ağacdır. Gövdəsinin qabığı tünd-qəhvəyi rəngdədir, budaqlar gövdədən yuxarıya düz bucaq altında çıxır və təxminən ona bitişikdir. Xırda yarpaqlar budaqlara bitişikdir və ya saplaq üzərində olur. Onlar tünd və açıq-yaşıl, bəzən göyümtül çalarlı ola bilər. Açıq-yaşıl yarpaqları payızda qırmızı-qonur rəng alır. Qozaları 3 sm uzunluqda, şarşəkilli, qaidəsi bir az hamar, boz və ya bozumtul-qonur, parlaqdır. Torpağa qarşı tələbkar, işıqsevən və quraqlığadavamlı dekorativ ağac cinsidir. Bu sərvə respulikanın bir çox bolgələrində tək-tək, qrup halında və xiyaban əkinlərində rast gəlinir.
Üfüqi həmişəyaşıl sərv
Hirkan həmişəyaşıl şümşadı
Hirkan həmişəyaşıl şümşadı (lat. Buxus sempervirens subsp. hyrcana) — bitkilər aləminin şümşadçiçəklilər dəstəsinin şümşadkimilər fəsiləsinin şümşad cinsinin həmişəyaşıl şümşad növünə aid bitki yarımnövü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir – VU D2. Azərbaycanın nadir növüdür. == Bioloji xüsusiyyətləri == Təbiətdə sıx budaqlı bir kol bitkisidir. Bəzən 6-10 m-ədək hündürlüyə çatan ağac şəklini alır. Gövdəsinin qabığı nazik, açıq bozumtul-sarı, hamar olub, qoca ağaclarda xırda çatlıdır. Çoxbudaqlı, sıxçətirli olub, cavan zoğlar dördüzlüdür. Bitkinin cavan zoğları yaşıl rəngdə olub, 4 guşəli, azca tüklüdür.
Adi və ya həmişəyaşıl şümşad

Значение слова в других словарях