HAÇA

1. Ağacın bucaq şəklində ayrılmış gövdəsi və ya budağı // ümumiyyətlə, haça şəklində olan.

2. Dustaqların qaçmaması üçün istifadə olunan əşya. (“Koroğlu” dastanının lüğəti)

Haça boyuna, kündə isə ayağa vurulur.

Bir atı var Alapaça,

Aman vermir Qırat qaça,

Şeşpərinin ucu haça,

Giziroğlu Mustafa bəy.

                                   (“Durna teli”)

*

Xacənin boynuna haça, ayağına kündə vurub zindana apardılar. (Paris nüsxəsi, 3-cü məclis)

HACƏT ƏRƏB
HAÇA-KÜÇƏ

Значение слова в других словарях