HAARP
HAARP (ing. High Frequency Active Auroral Research Program; tərc. Yüksəktezlikli Aktiv Qütb İşıqlarıTədqiqatlar Proqramı) — ABŞ Hərbi Hava Qüvvələri, ABŞ Hərbi Dəniz Qüvvələri, Alyaska Ferbanks Universiteti və Müdafiə Nazirliyinin perspektivli layihələri araşdırma idarəsi (DARPA) tərəfindən birgə maliyyələşdirilən, ionosfer tədqiqat proqramı kimi başladılmış layihə. İngilis şirkəti BAE Systems tərəfindən dizayn edilmiş və tikilmişdir. Layihənin ilkin məqsədi ionosferi tədqiq etmək və radio rabitə və müşahidələr üçün ionosferə bağlı təkmilləşdirilmə texnologiyasının inkişaf etdirilməsi potensialını araşdırmaq idi. HAARP 2015-ci ildən etibarən Alyaska Ferbanks Universiteti tərəfindən idarə olunur.
Proqram çərçivəsində ionosferin xüsusiyyətlərini araşdırmaq üçün həyata keçirilən tədqiqatlar Alyaskada aparılır. İonosferə bu cür müdaxilə ideyası ilk dəfə Nikola Tesla və Islam Papaxov tərəfindən irəli sürülmüşdür.
Layihənin dayandırılması üçün bir sıra ölkələrdə kampaniyalar aparılır. Çünki HAARP layihəsinin iqlimə nəzarət və süni zəlzələ silahı ola biləcəyinə dair iddialar mövcuddur.