Haffman kodlaşdırması
Haffman kodlaşdırması – verilənlər yıgınının ayrı-ayrı elementlərinin nisbi aşkarlanma tezliyinə əsaslanan sıxlaşdırılması üsulu: verilmiş element nə qədər tez-tez rast gəlinərsə, ona uyğun olan kod da bir o qədər qısa (bitlə) olacaq. Adətən, bu üsul mətnlərə tətbiq olunur və kodlaşdırma hərflərin işlənmə tezliyinə əsaslanır. Haffman kodlaşdırması verilənlərin sıxlaşdırılmasının ilk alqoritmlərindən biridir, o indi də bəzi dəyişikliklərə uğrayaraq ən geniş yayılmış kodlaşdırmalar sırasındadır. Haffman kodlaşdırmasının tətbiqi nəticəsində təmin edilən qənaət (verilənlər bitlərinin sayının azaldılması) bir çox hallarda (məsələn, modemin köməyilə telefon xətti ilə faylın ötürülməsində) çox əhəmiyyətli ola bilər.
İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.