Boris Hagelin
Boris Sezar Vilhelm Hagelin (isv. Boris Caesar Wilhelm Hagelin; 2 iyul 1892, Hacıkənd[d] – 7 sentyabr 1983, Zuq[d]) — isveçli sahibkar, şifrələmə cihazlarının ixtiraçısı. Rotor maşınların ilk ixtiraçılarından biri olan Arvid Dammın və II Dünya Müharibəsində geniş istifadə olunan mexaniki şifrələmə maşınlarının işini davam etdirən elektromexaniki şifrələmə cihazlarının tərtibçisi. İsveçrənin Crypto AG şirkətinin təsisçisi, informasiya və telekommunikasiya təhlükəsizliyi üzrə ixtisaslaşmışdır. Devid Kan Hagelini ilk və yeganə kriptologiya milyonçusu adlandırır.
Boris Hagelin 2 iyul 1892-ci ildə Göygöl rayonun Hacıkənd qəsəbəsində anadan olub. Atası Karl Vilhelm Hagelin Bakıda Nobel neft şirkətində menecer işləyib. 1899-cu ildə Karl Hagelin direktor təyin edildi və ailəsi ilə birlikdə Sankt-Peterburqa köçdü. Boris Hagelin məktəbdə əvvəlcə Sankt-Peterburqda, sonra 1904-cü ildən İsveçdə oxuyub. Məktəbi bitirdikdən sonra o, Stokholmdakı Krallıq Texnologiya İnstitutuna daxil olub, burada mühəndis-mexanik ixtisası üzrə təhsil alıb və 1914-cü ildə bitirib.