HAQLI

sif. Düz deyən, düzgün fikirləşən, düz hərəkət edən, səhv etməyən (haqsız əksi).
Xan, arvadının sözlərinin haqlı olduğunu anladı. Çəmənzəminli.
Mühəndis etirafında haqlı idi. Ə.Sadıq.

// Doğru, düz, düzgün, yerində, həqiqətə əsaslanan. Haqlı təklif. Haqlı tələb. Haqlı etiraz.
[Nadir] …özünü töhmətləndirib, Məcidin hərəkətini haqlı (z.) görərək onun evləndiyini ağıllı iş hesab edirdi. B.Talıblı.
Getmədi, getmədi qulaqlarından; Oğlunun dediyi o haqlı sözlər. B.Vahabzadə.

◊ Haqlı çıxarmaq – bəraət qazandırmaq, doğrultmaq. Əmir bu sözləri dedikdən sonra qismən sakit olmuşdu.
O, qadınını haqlı çıxarmağa və öz vicdanını qane etməyə tələsirdi. M.S.Ordubadi.

Haqlı çıxmaq – bir mübahisədə, tələbdə, fikirdə və s. doğru olduğu aşkar olmaq.

Sinonimlər (yaxın mənalı sözlər)

  • HAQLI günahsız — təqsirsiz
  • HAQLI doğru — düz — dürüst — qanuni
  • HAQLI insaflı — ədalətli — adil

Antonimlər (əks mənalı sözlər)

  • HAQLI HAQLI – ƏDALƏTSİZ Büronun qərarı haqlıdır. Sizin təklifiniz çox ədalətsizdir (Ə.Vəliyev). HAQLI – GÜNAHKAR Aslan haqlıdır (S
HAQLAŞMAQ
HAQLILIQ
OBASTAN VİKİ
Haqlı narazılıq (film, 1988)
Güclü olan haqlıdır
Güclü olan haqlıdır və ya Güclü olan istədiyini əldə edər həm təsviri, həm də göstərişli mənaları ilə əxlaqın mənşəyi haqqında aforizmdir Təsviri olaraq, bu fikir cəmiyyətin doğruya və yanlışa baxışının hakimiyyətdəkilər tərəfindən müəyyən edildiyini və "Tarixi qaliblər yazır " kimi bir məna daşıdığını iddia edir. Yəni, bütün insanların yaxşı və pis haqqında şəxsi fikirləri olsa da, ancaq maneələri və düşmənləri dəf edəcək qədər güclü olanlar öz ideyalarını həyata keçirə, öz standartlarını bütövlükdə cəmiyyətə diktə edə bilər. Montaque kratokratiyanı (yun. κρατερός krateros "güclü" deməkdir) fiziki zorakılıq və ya demaqoq manipulyasiya yolu ilə nəzarəti ələ keçirmək üçün kifayət qədər güclü olanlar tərəfindən məcburi gücə əsaslanan bir hökumət modeli kimi təyin edirdi. Bu fikir totalitar rejimlərin kredosu kimi təsvir edilir. Sosioloq Maks Veber "İqtisadiyyat və cəmiyyət" əsərində dövlətin gücü ilə onun mənəvi nüfuzu arasındakı münasibətləri təhlil edirdi . Beynəlxalq siyasətin realist alimləri bu ifadəni hakimiyyətin suveren dövlətlər arasında münasibətləri müəyyən etdiyi " təbiət qanunu" kimi təsvir etmək üçün istifadə edirlər.

Digər lüğətlərdə